Pakistanın yeni səfiri etimadnaməsini Prezidentə təqdim etdi - FOTO

Pakistanın yeni səfiri etimadnaməsini Prezidentə təqdim etdi - FOTO
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddinin etimadnaməsini qəbul edib.

Bizim.Media xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.

Pakistana dövlət səfərini məmnunluqla xatırlayan Azərbaycan Prezidenti ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyin çox xoş təsir bağışladığını deyib, bunun ölkələrimiz və xalqlarımız arasında dostluğu, qardaşlığı və tərəfdaşlığı nümayiş etdirdiyini bir daha vurğulayıb.

Dövlətimizin başçısı bu səfərin önəminə toxunaraq, əməkdaşlığımıza dair geniş sahələri əhatə edən məsələlərin müzakirə olunduğunu və sənədlərin imzalandığını məmnunluqla xatırladıb.
Prezident İlham Əliyev bu dövlət səfəri nəticəsində Azərbaycan-Pakistan əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu, səfər çərçivəsində müxtəlif sahələrdə, o cümlədən investisiya qoyuluşu və enerji sahələrində yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edildiyini vurğulayıb. Dövlətimizin başçısı Pakistana dövlət səfəri zamanı qəbul olunmuş qərarların, əldə edilmiş razılaşmaların və imzalanmış sənədlərin həyata keçirilməsi istiqamətində hər iki tərəfin iş apardığını bildirib. Azərbaycan Prezidenti preferensial ticarət sazişinin önəmini qeyd edərək, bu sənədə yeni maddələrin əlavə edilməsi istiqamətində aidiyyəti qurumlar tərəfindən işlərin həyata keçirildiyini vurğulayıb.

Prezident İlham Əliyev ərazilərimizin işğalına görə Pakistanın Ermənistan ilə diplomatik əlaqələr qurmamasını, hətta torpaqlarımızın azad edilməsindən və suverenliyimizin tam bərpa olunmasından sonra da bunu etməməsini bir daha əsl dostluğun və qardaşlığın təzahürü kimi yüksək qiymətləndirib. Dövlətimizin başçısı Pakistan rəhbərliyinin Vətən müharibəsi dövründə Azərbaycana göstərdiyi siyasi dəstəyin bizim üçün böyük önəm daşıdığını bir daha vurğulayıb.

Azərbaycan Prezidenti səfir Qasım Mohiuddinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Xoş sözlərə və qəbula görə minnətdarlığını bildirən səfir Pakistan Prezidenti Asif Əli Zərdarinin və Baş nazir Məhəmməd Şahbaz Şərifin səmimi salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da səmimi salamlarını Pakistan Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

Ölkəmizə böyük məhəbbət hissi bəslədiyini qeyd edən səfir Azərbaycan kimi gözəl bir ölkədə Pakistanı təmsil etməkdən qürur hissi duyduğunu bildirib.

Səfir dövlətimizin başçısının Pakistana dövlət səfərini zamanı müəyyən olunmuş strateji əməkdaşlıq istiqamətlərinin həyata keçirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib. O, Azərbaycanın Pakistana dəstəyini, xüsusən Cəmmu və Kəşmir məsələsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun qaydada həllinə dair ölkəmizin ədalətli mövqeyinin önəmini vurğulayıb.



Pakistanın yeni səfiri etimadnaməsini Prezidentə təqdim etdi - FOTO - foto 1
Pakistanın yeni səfiri etimadnaməsini Prezidentə təqdim etdi - FOTO - foto 2
Pakistanın yeni səfiri etimadnaməsini Prezidentə təqdim etdi - FOTO - foto 3
Pakistanın yeni səfiri etimadnaməsini Prezidentə təqdim etdi - FOTO - foto 4
Pakistanın yeni səfiri etimadnaməsini Prezidentə təqdim etdi - FOTO - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

"Liverpul" "Brayton"u məğlub edərək ilk dördlüyə yüksəldi - VİDEO

"Liverpul" "Brayton"u məğlub edərək ilk dördlüyə yüksəldi - VİDEO

"Mançester Yunayted" öz meydanında "Bornmut"a böyük hesabla uduzdu

"Mançester Yunayted" öz meydanında "Bornmut"a böyük hesabla uduzdu

Sənan Süleymanov: “Bir ay əvvəl telefonumda yazmışdım ki, ayın 25-də dünya çempionu olacağam” - FOTO

Sənan Süleymanov: “Bir ay əvvəl telefonumda yazmışdım ki, ayın 25-də dünya çempionu olacağam” - FOTO

Azərbaycan millisi Düşənbədə keçirilən cüdo üzrə turniri 5 medalla başa vurdu - FOTO

Azərbaycan millisi Düşənbədə keçirilən cüdo üzrə turniri 5 medalla başa vurdu - FOTO

İsraildə seçkilərə 48 saat qalmış ŞOK XƏBƏRDARLIQ: Müharibə hər an başlaya bilər

İsraildə seçkilərə 48 saat qalmış ŞOK XƏBƏRDARLIQ: Müharibə hər an başlaya bilər

Orxan Pamukun keçmiş sevgilisi illər sonra tribunaya qayıtdı

Orxan Pamukun keçmiş sevgilisi illər sonra tribunaya qayıtdı

Tribunalar canlanır, problemlər qalır: Azərbaycan futbolunda yeni dövr

Tribunalar canlanır, problemlər qalır: Azərbaycan futbolunda yeni dövr

Sumqayıtda kəmər partladı: Evləri su basdı - VİDEO

Sumqayıtda kəmər partladı: Evləri su basdı - VİDEO

Zelenskidən ŞAD XƏBƏR: “ABŞ Ukraynaya kəşfiyyat dəstəyini tam bərpa edib”

Zelenskidən ŞAD XƏBƏR: “ABŞ Ukraynaya kəşfiyyat dəstəyini tam bərpa edib”

Əfqanıstanda güclü zəlzələ oldu

Əfqanıstanda güclü zəlzələ oldu

Aygün Kazımova möhtəşəm festivalın bağlanış günündə - FOTO

Aygün Kazımova möhtəşəm festivalın bağlanış günündə - FOTO

“Bavariya” səfərdə “Frayburq”a qalib gəldi - VİDEO

“Bavariya” səfərdə “Frayburq”a qalib gəldi - VİDEO

İsrail Qəzzaya yenidən zərbələr endirdi - 7 ölü, 8 yaralı var

İsrail Qəzzaya yenidən zərbələr endirdi - 7 ölü, 8 yaralı var

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında mühüm sənəd imzalanacaq - FOTO

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında mühüm sənəd imzalanacaq - FOTO

Azərbaycanı tənqid edən Oktay Saralın QALMAQALLI keçmişi

Azərbaycanı tənqid edən Oktay Saralın QALMAQALLI keçmişi

Ağır atletika üzrə 2030-cu il dünya çempionatı Moskvada keçiriləcək

Ağır atletika üzrə 2030-cu il dünya çempionatı Moskvada keçiriləcək

Serbiyada seçkilər başa çatdı - İlkin nəticələr gözlənilir

Serbiyada seçkilər başa çatdı - İlkin nəticələr gözlənilir

Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

Deputat Arzuxan Əlizadənin oğlunu dəhşətli davada öldürülən Ceyhunla nə birləşdirib? - FOTO

Deputat Arzuxan Əlizadənin oğlunu dəhşətli davada öldürülən Ceyhunla nə birləşdirib? - FOTO

“Çempionluq mübarizəsi ötən mövsümdən daha ağır olacaq”

“Çempionluq mübarizəsi ötən mövsümdən daha ağır olacaq”

Naxçıvan şəhərində minik avtomobilləri toqquşdu - 1 yaralı var - FOTO

Naxçıvan şəhərində minik avtomobilləri toqquşdu - 1 yaralı var - FOTO

Leyla Əliyevadan "Turandot" tamaşası ilə bağlı paylaşım - VİDEO

Leyla Əliyevadan "Turandot" tamaşası ilə bağlı paylaşım - VİDEO

Putinlə Tramp bu ölkədə GÖRÜŞƏCƏK

Putinlə Tramp bu ölkədə GÖRÜŞƏCƏK

Tramp: “Məndə İranla bağlı mühüm kəşfiyyat məlumatları var”

Tramp: “Məndə İranla bağlı mühüm kəşfiyyat məlumatları var”

End of content

No more pages to load

RADİO