İdman
Bu gün 03:41

İngiltərə Premyer Liqasının VIII turunda "Mançester Yunayted" doğma meydanda "Bornmut"la qarşılaşıb.
Bizim.Media xəbər verir ki, oktyabrın 25-də Mançesterdəki "Old Trafford" stadionunda keçirilən görüş qonaqların 0:3 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmanı 76 212 tamaşaçı izləyib.
"Bornmut"un heyətində Rayan 38-ci, Markus Tavernye 43-cü, Evanilson isə 71-ci dəqiqədə fərqlənib.
Səkkiz oyundan sonra yeddi xal toplayan "Mançester Yunayted" turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. Doqquz xalı olan "Bornmut" isə 13-cü yerdədir.
Bizim.Media