Sülh Fondundan Ermənistana "tulapayı" - FOTO

Sülh Fondundan Ermənistana "tulapayı" - FOTO
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-ın son dövrlər Ermənistana "xüsusi qayğı" ilə yanaşması İrəvanda hökumət tərəfdarları tərəfindən guya iki ölkə arasında strateji əlaqələrin inkişafı kimi dəyərləndirilir. Reallıqda isə heç kimə sirr deyil ki, Vaşinqton erməni dövlətindən Cənubi Qafqazdakı geosiyasi maraqlarını təmin etmək üçün plasdarm kimi istifadə edir. Ermənistana edilən yardımlar və bu günlərdə reallaşdırılan birgə hərbi təlimlər də bu məqsədə xidmət edir.

Bizim.Media "Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edir:

Ermənistanın siyasi rəhbərliyi amerikalı hərbçilərlə birlikdə keçirilən "Eagle partner 2024" təlimlərini hərbi sahədə analoqu olmayan uğur kimi xalqa sırımağa çalışır. İrəvanın bəzi təbliğatçıları nə qədər gülünc olsa da iddia edirlər ki, bu təlimlər Ermənistan ordusunu gücləndirəcək və bu, guya Azərbaycanı cilovlayacaq.

Medalyonun başqa üzünün olduğu üzə çıxır

Qeyd edək ki, sözügedən təlimlərə Ermənistan silahlı qüvvələrinin sülhməramlı briqadası, ABŞ-nin Avropa və Afrikadakı quru qoşunlarının hərbçiləri və Kanzas milli qvardiyası cəlb edilib. Təlimlərlə bağlı ilk xəbərlərdən sonra Qərbin təbliğat maşınları işə salınıb. İddia edilir ki, təlimlər ağır vəziyyətdə olan erməni ordusunu dirçəltmək, ordunu Azərbaycanın istənilən hücumuna qarşı hazırlamaq məqsədi daşıyır. Amma diqqətlə izlədikdə görünür ki, təlimlərdə erməni ordusunun bölmələrinə dəyənək və qalxanla şərti düşməni sıxışdırmaq öyrədilir. Təlimlərin odlu silahdan istifadə edilən hissələri isə daha çox antiterror əməliyyatları təəssüratı yaradır. Bu da medalyonun başqa üzünün olduğunu üzə çıxarır.

Dəyənək və qalxanlı təlim müxalifətə qarşı yönəlib

Məntiqlə yanaşsaq, Ermənistan ordusunun dəyənək və qalxanla döyüşməsi mümkünsüzdür. Çünki cəbhə xəttində adətən dəyənək və qalxan lazım olmur. Belə çıxır ki, təlimlər daha çox Paşinyanın erməni xalqının narazılığını yatırmasına yönəlib. Məqsədlərdən biri də ordu qüvvələrini kütləvi aksiyaların yatırılmasına hazırlamaqdır. Bu məntiqlə yanaşsaq, təlimlərdə niyə dəyənək və qalxanlardan istifadə edildiyi aydınlaşır. Diqqətlə izlədikdə də görürük ki, Qərb əslində Paşinyana əsas təhlükənin daxildən gəldiyini anlayır. Təsadüfi deyil ki, son illər ərzində Qərb institutları tərəfindən Ermənistanda daxili təhlükəsizlik üçün yarım milyard dollara yaxın vəsait xərclənib.

Sülh Fondundan Ermənistana "tulapayı" - FOTO - foto 1


QHT-lərə və mediaya inanılmaz maddi dəstək

Avropa İttifaqı da hər il Ermənistana bu məqsədlərlə qrant şəklində 65 milyon avro ayırır. Müharibədən sonra ayrılan bu tipli vəsaitlərin həcmi 250 milyon avrodan çoxdur. Ermənistanın anti-Rusiya siyasətini davam etdirəcəyi təqdirdə əlavə olaraq daha 275 milyon dollar ayrılacağına da söz verilib.
 

ABŞ tərəfindən vətəndaş cəmiyyətinin, medianın maliyyələşdirilməsinə təkcə bu il 30 milyon dollar xərclənib. Ümumilikdə, Aİ və ABŞ birlikdə müharibədən sonra Ermənistanda vətəndaş cəmiyyətinin yaradılması, saxlanılması, maliyyələşdirilməsi və polisin təlimi üçün 400 milyon dollardan çox vəsait yönəldiblər.


ABŞ və Aİ birlikdə Ermənistanda Polis Patrul Xidmətinin yaradılması üçün də külli miqdarda pul xərcləyiblər və proses hazırda da davam edir. Söhbət ən azı 30 milyon dollardan gedir. ABŞ və Aİ tərəfindən Polis Patrul Xidmətinə maddi-texniki dəstək də verilir. Məsələn, 2023-cü ildə Aİ Polis Patrul Xidmətinə yolsuzluq avtomobilləri də daxil olmaqla 75 "Škoda" avtomobili bağışlayıb. Sözügedən polis bölməsinin yaradılmasında şəxsən Aİ təmsilçisi Daniel İoannisyan iştirak edib.

Sülh Fondunun "tulapayı"

Sülh Fondundan Ermənistana "tulapayı" - FOTO - foto 2


Bu nəhəng vəsaitlərin fonunda bu yaxınlarda Aİ Ermənistana Sülh Fondundan 10 milyon avro ayırmağa qərar verdi. Məqsəd Ermənistana silah və sursat almaqda yardımçı olmaqdır. Fonddan ayrılacaq 10 milyon avro ilə bir batalyon üçün modul tipli səhra düşərgəsi yaradılması nəzərdə tutulur. 

Bütün bunları ümumiləşdirsək, əminliklə belə bir qənaətə gəlmək olar ki, hazırda Qərb üçün prioritet Ermənistan cəmiyyətini, mediasını və vətəndaş cəmiyyətini nəzarətdə saxlamaqdır. Bu mümkün olmayanda isə cəmiyyəti təzyiq altında saxlamaq lazım gələcək. Bu işdə isə polis qüvvələri, erməni-amerikan hərbi təlimlərində dəyənək və qalxanlardan istifadə edən hərbçilər yardımçı olacaqlar. Görünür, payız aylarında İrəvanda və regionlarda erməni keşişlə müxalifətin keçirməyi planlaşdırdığı etiraz aksiyaları Qərbi ciddi narahat edir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

"Liverpul" "Brayton"u məğlub edərək ilk dördlüyə yüksəldi - VİDEO

"Liverpul" "Brayton"u məğlub edərək ilk dördlüyə yüksəldi - VİDEO

"Mançester Yunayted" öz meydanında "Bornmut"a böyük hesabla uduzdu

"Mançester Yunayted" öz meydanında "Bornmut"a böyük hesabla uduzdu

Sənan Süleymanov: “Bir ay əvvəl telefonumda yazmışdım ki, ayın 25-də dünya çempionu olacağam” - FOTO

Sənan Süleymanov: “Bir ay əvvəl telefonumda yazmışdım ki, ayın 25-də dünya çempionu olacağam” - FOTO

Azərbaycan millisi Düşənbədə keçirilən cüdo üzrə turniri 5 medalla başa vurdu - FOTO

Azərbaycan millisi Düşənbədə keçirilən cüdo üzrə turniri 5 medalla başa vurdu - FOTO

İsraildə seçkilərə 48 saat qalmış ŞOK XƏBƏRDARLIQ: Müharibə hər an başlaya bilər

İsraildə seçkilərə 48 saat qalmış ŞOK XƏBƏRDARLIQ: Müharibə hər an başlaya bilər

Orxan Pamukun keçmiş sevgilisi illər sonra tribunaya qayıtdı

Orxan Pamukun keçmiş sevgilisi illər sonra tribunaya qayıtdı

Tribunalar canlanır, problemlər qalır: Azərbaycan futbolunda yeni dövr

Tribunalar canlanır, problemlər qalır: Azərbaycan futbolunda yeni dövr

Sumqayıtda kəmər partladı: Evləri su basdı - VİDEO

Sumqayıtda kəmər partladı: Evləri su basdı - VİDEO

Zelenskidən ŞAD XƏBƏR: “ABŞ Ukraynaya kəşfiyyat dəstəyini tam bərpa edib”

Zelenskidən ŞAD XƏBƏR: “ABŞ Ukraynaya kəşfiyyat dəstəyini tam bərpa edib”

Əfqanıstanda güclü zəlzələ oldu

Əfqanıstanda güclü zəlzələ oldu

Aygün Kazımova möhtəşəm festivalın bağlanış günündə - FOTO

Aygün Kazımova möhtəşəm festivalın bağlanış günündə - FOTO

“Bavariya” səfərdə “Frayburq”a qalib gəldi - VİDEO

“Bavariya” səfərdə “Frayburq”a qalib gəldi - VİDEO

İsrail Qəzzaya yenidən zərbələr endirdi - 7 ölü, 8 yaralı var

İsrail Qəzzaya yenidən zərbələr endirdi - 7 ölü, 8 yaralı var

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında mühüm sənəd imzalanacaq - FOTO

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında mühüm sənəd imzalanacaq - FOTO

Azərbaycanı tənqid edən Oktay Saralın QALMAQALLI keçmişi

Azərbaycanı tənqid edən Oktay Saralın QALMAQALLI keçmişi

Ağır atletika üzrə 2030-cu il dünya çempionatı Moskvada keçiriləcək

Ağır atletika üzrə 2030-cu il dünya çempionatı Moskvada keçiriləcək

Serbiyada seçkilər başa çatdı - İlkin nəticələr gözlənilir

Serbiyada seçkilər başa çatdı - İlkin nəticələr gözlənilir

Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

Deputat Arzuxan Əlizadənin oğlunu dəhşətli davada öldürülən Ceyhunla nə birləşdirib? - FOTO

Deputat Arzuxan Əlizadənin oğlunu dəhşətli davada öldürülən Ceyhunla nə birləşdirib? - FOTO

“Çempionluq mübarizəsi ötən mövsümdən daha ağır olacaq”

“Çempionluq mübarizəsi ötən mövsümdən daha ağır olacaq”

Naxçıvan şəhərində minik avtomobilləri toqquşdu - 1 yaralı var - FOTO

Naxçıvan şəhərində minik avtomobilləri toqquşdu - 1 yaralı var - FOTO

Leyla Əliyevadan "Turandot" tamaşası ilə bağlı paylaşım - VİDEO

Leyla Əliyevadan "Turandot" tamaşası ilə bağlı paylaşım - VİDEO

Putinlə Tramp bu ölkədə GÖRÜŞƏCƏK

Putinlə Tramp bu ölkədə GÖRÜŞƏCƏK

Tramp: “Məndə İranla bağlı mühüm kəşfiyyat məlumatları var”

Tramp: “Məndə İranla bağlı mühüm kəşfiyyat məlumatları var”

End of content

No more pages to load

RADİO