Azərbaycan ilə Pakistan arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - FOTO/VİDEO

Azərbaycan ilə Pakistan arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - FOTO/VİDEO
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyulun 11-də İslamabadda Azərbaycan ilə Pakistan arasında imzalanmış sənədlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mübadiləsi mərasimi olub.

Bizim.Media xəbər verir ki, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Pakistan İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Mohammad İşaq Dar və Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov mübadilə ediblər.

“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında tranzit ticarət haqqında Saziş”i Pakistanın kommersiya naziri Cam Kamal Xan və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mübadilə ediblər.
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında preferensial ticarət Sazişi”ni Pakistanın kommersiya naziri Cam Kamal Xan və Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov mübadilə ediblər.

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Pakistan İslam Respublikasının Kommunikasiyalar və Özəlləşdirmə Nazirliyi arasında dövlət əmlakının özəlləşdirilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Pakistanın kommunikasiyalar və özəlləşdirmə naziri Abdul Alim Xan və Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov mübadilə ediblər.

“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Pakistan İslam Respublikasının Hüquq və Ədliyyə Nazirliyi arasında Əməkdaşlıq Memorandumu”nu Pakistanın hüquq və ədliyyə naziri Azam Nazir Tarar və Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev mübadilə ediblər.

“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında mineral ehtiyatlar və geologiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Pakistanın energetika naziri Musadik Masud Malik və Azərbaycanın energetika naziri Pərviz Şahbazov mübadilə ediblər.

“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Pakistan İslam Respublikasının Milli İrs və Mədəniyyət İdarəsi arasında 2024-2029-cu illər üzrə mədəni mübadilə Proqramı”nı Pakistanın milli irs və mədəniyyət naziri Ataullah Tarar və Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov mübadilə ediblər.

“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Pakistan İslam Respublikasının İnformasiya Texnologiyaları və Telekommunikasiya Nazirliyi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Pakistanın informasiya texnologiyaları və telekommunikasiya naziri xanım Şaza Fatima Xavaca və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mübadilə ediblər.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Pakistan İslam Respublikasının “Pakistan Televiziya Korporasiyası” MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu”nu “Pakistan Televiziya Korporasiyası” MMC-nin sədri xanım Şahera Şahid və Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov mübadilə ediblər.

“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında elmi və texnoloji əməkdaşlıq haqqında Saziş”i Pakistanın Elm və Texnologiya Nazirliyinin katibi Ali Tahir və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mübadilə ediblər.

“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”i Pakistanın Əyalətlərarası Əlaqələndirmə Nazirliyinin katibi Nadim İrşad Kayani və Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev mübadilə etdilər.
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”i Pakistanın Aviasiya Nazirliyinin katibi Saif Ancum və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mübadilə ediblər.

“Bakı şəhəri (Azərbaycan Respublikası) ilə İslamabad şəhəri (Pakistan İslam Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Anlaşma Memorandumu”nu İslamabad Paytaxt Korporasiyasının rəhbəri Muhammad Ali Randhava və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov mübadilə ediblər.

“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Pakistan İslam Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı İdarəsi arasında Anlaşma Memorandumu”nu Pakistanın Kiçik və Orta Sahibkarlığın İnkişafı İdarəsinin baş icraçı direktoru Sokrat Aman Rana və Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov mübadilə ediblər.

“Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Pakistan Ədəbiyyat Akademiyası arasında Anlaşma Memorandumu”nu Pakistanın Ədəbiyyat Akademiyasının sədri xanım Naciba Arif və Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov mübadilə ediblər.

 

Azərbaycan ilə Pakistan arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - FOTO/VİDEO - foto 1
Azərbaycan ilə Pakistan arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - FOTO/VİDEO - foto 2
Azərbaycan ilə Pakistan arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - FOTO/VİDEO - foto 3
Azərbaycan ilə Pakistan arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - FOTO/VİDEO - foto 4
Azərbaycan ilə Pakistan arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - FOTO/VİDEO - foto 5
Azərbaycan ilə Pakistan arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - FOTO/VİDEO - foto 6
Azərbaycan ilə Pakistan arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - FOTO/VİDEO - foto 7
Azərbaycan ilə Pakistan arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - FOTO/VİDEO - foto 8
Azərbaycan ilə Pakistan arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - FOTO/VİDEO - foto 9
Azərbaycan ilə Pakistan arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - FOTO/VİDEO - foto 10
Azərbaycan ilə Pakistan arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - FOTO/VİDEO - foto 11


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

ABŞ təbii qaz hasilatı üzrə Rusiya ilə saziş bağlayacaq

ABŞ təbii qaz hasilatı üzrə Rusiya ilə saziş bağlayacaq

Nə vəzifə, nə qohumluq, nə də "nüfuz": Azərbaycanda kriminal qaydalara yer yoxdur

Nə vəzifə, nə qohumluq, nə də "nüfuz": Azərbaycanda kriminal qaydalara yer yoxdur

“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov

“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov

"Liverpul" "Brayton"u məğlub edərək ilk dördlüyə yüksəldi - VİDEO

"Liverpul" "Brayton"u məğlub edərək ilk dördlüyə yüksəldi - VİDEO

"Mançester Yunayted" öz meydanında "Bornmut"a böyük hesabla uduzdu

"Mançester Yunayted" öz meydanında "Bornmut"a böyük hesabla uduzdu

Sənan Süleymanov: “Bir ay əvvəl telefonumda yazmışdım ki, ayın 25-də dünya çempionu olacağam” - FOTO

Sənan Süleymanov: “Bir ay əvvəl telefonumda yazmışdım ki, ayın 25-də dünya çempionu olacağam” - FOTO

Azərbaycan millisi Düşənbədə keçirilən cüdo üzrə turniri 5 medalla başa vurdu - FOTO

Azərbaycan millisi Düşənbədə keçirilən cüdo üzrə turniri 5 medalla başa vurdu - FOTO

İsraildə seçkilərə 48 saat qalmış ŞOK XƏBƏRDARLIQ: Müharibə hər an başlaya bilər

İsraildə seçkilərə 48 saat qalmış ŞOK XƏBƏRDARLIQ: Müharibə hər an başlaya bilər

Orxan Pamukun keçmiş sevgilisi illər sonra tribunaya qayıtdı

Orxan Pamukun keçmiş sevgilisi illər sonra tribunaya qayıtdı

Tribunalar canlanır, problemlər qalır: Azərbaycan futbolunda yeni dövr

Tribunalar canlanır, problemlər qalır: Azərbaycan futbolunda yeni dövr

Sumqayıtda kəmər partladı: Evləri su basdı - VİDEO

Sumqayıtda kəmər partladı: Evləri su basdı - VİDEO

Zelenskidən ŞAD XƏBƏR: “ABŞ Ukraynaya kəşfiyyat dəstəyini tam bərpa edib”

Zelenskidən ŞAD XƏBƏR: “ABŞ Ukraynaya kəşfiyyat dəstəyini tam bərpa edib”

Əfqanıstanda güclü zəlzələ oldu

Əfqanıstanda güclü zəlzələ oldu

Aygün Kazımova möhtəşəm festivalın bağlanış günündə - FOTO

Aygün Kazımova möhtəşəm festivalın bağlanış günündə - FOTO

“Bavariya” səfərdə “Frayburq”a qalib gəldi - VİDEO

“Bavariya” səfərdə “Frayburq”a qalib gəldi - VİDEO

İsrail Qəzzaya yenidən zərbələr endirdi - 7 ölü, 8 yaralı var

İsrail Qəzzaya yenidən zərbələr endirdi - 7 ölü, 8 yaralı var

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında mühüm sənəd imzalanacaq - FOTO

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında mühüm sənəd imzalanacaq - FOTO

Azərbaycanı tənqid edən Oktay Saralın QALMAQALLI keçmişi

Azərbaycanı tənqid edən Oktay Saralın QALMAQALLI keçmişi

Ağır atletika üzrə 2030-cu il dünya çempionatı Moskvada keçiriləcək

Ağır atletika üzrə 2030-cu il dünya çempionatı Moskvada keçiriləcək

Serbiyada seçkilər başa çatdı - İlkin nəticələr gözlənilir

Serbiyada seçkilər başa çatdı - İlkin nəticələr gözlənilir

Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

Deputat Arzuxan Əlizadənin oğlunu dəhşətli davada öldürülən Ceyhunla nə birləşdirib? - FOTO

Deputat Arzuxan Əlizadənin oğlunu dəhşətli davada öldürülən Ceyhunla nə birləşdirib? - FOTO

“Çempionluq mübarizəsi ötən mövsümdən daha ağır olacaq”

“Çempionluq mübarizəsi ötən mövsümdən daha ağır olacaq”

Naxçıvan şəhərində minik avtomobilləri toqquşdu - 1 yaralı var - FOTO

Naxçıvan şəhərində minik avtomobilləri toqquşdu - 1 yaralı var - FOTO

End of content

No more pages to load

RADİO