Prezident Qarabağ Universitetində - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xankəndi şəhərində Qarabağ Universitetində görülən işlərlə tanış olub. 

Bizim.Media xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev ali təhsil ocağında görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib. 

Bildirilib ki, universitet binasının fasadında rəngləmə işləri aparılıb, əsas giriş hissənin isə tarixi formasına qaytarılması üçün əlavə dəyişikliklər edilib.

Binanın dəhlizlərinin döşəmələri sökülərək yenilənib. Daxili divarların suvağı təzələnib, suvaqaltı kommunikasiya xətləri dəyişdirilib. Bütün otaqlar müasir tələblərə uyğun mebel və avadanlıqlarla təchiz olunacaq. Universitetin ərazisində geniş abadlıq işləri görülüb. Binanın qarşısındakı park sökülərək müasir tələblərə uyğun yeni park salınıb. 

Qeyd edilib ki, ölkənin və regionun ehtiyacları, həmçinin beynəlxalq əmək bazarının müasir trendləri nəzərə alınmaqla, ilkin mərhələdə Qarabağ Universitetində kadr hazırlığı 6 fakültədə - Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, İqtisadiyyat, Mühəndislik və Turizm fakültələrində aparılacaq. 2024/2025-ci tədris ili üçün universitetdə ümumilikdə 27 ixtisas üzrə 1120 tələbənin təhsil alması nəzərdə tutulur.

Bundan əlavə, universitetdə 8 ixtisas üzrə SABAH qrupları yaradılacaq. Müxtəlif ali təhsil müəssisələrinin birinci tədris ilini (kursunu) bitirmiş tələbələri arasında imtahan və müsahibə keçirilməklə əlavə olaraq 200-250 tələbənin də sentyabrda Qarabağ Universitetinin SABAH qruplarında təhsil alması planlaşdırılır. Bununla bağlı müvafiq elan verilib və qeydiyyat prosesi başlanılıb. 
Qəbul aparılacaq ixtisaslar üzrə yeni məzmunlu təhsil proqramlarının hazırlanması işinə start verilib. Beynəlxalq təcrübəyə əsaslanmaqla müasir dövrün tələblərinə uyğun olaraq Qarabağ Universitetinin strukturu hazırlanıb və təsdiqlənib. Eyni zamanda, Qarabağ Universiteti tərəfindən ştat cədvəli təsdiq edilib və ilkin olaraq universitetdə zəruri vəzifələr üzrə təyinatlar aparılıb.

Universitetin inzibati və elmi-pedaqoji kadr potensialının daha peşəkar formalaşdırılması üçün ardıcıl olaraq bir sıra vəzifələr üzrə vakansiya elanları verilib. Proqram rəhbərləri (dekanlar) üçün vakansiya müraciətləri dəyərləndirilib və müvafiq komissiya tərəfindən müsahibələr keçirilib, hazırda həmin vəzifələrə təyinatlar aparılır. 

Qarabağ Universitetinin loqo, brendinq və promo məhsullarının, sosial media strategiyasının, tanıtım videoçarxlarının hazırlanması istiqamətində işlər davam etdirilir. 

Tələbələr Qarabağ Universitetinə Dövlət İmtahan Mərkəzinin qəbul imtahanları (I tədris ilinə), Elm və Təhsil Nazirliyinin SABAH qruplarına imtahan və müsahibələri əsasında (II tədris ilinə) cəlb ediləcəklər. Regional təhsil idarələri vasitəsilə buraxılış siniflərində təbliğat işləri aparılır. Yüksək bal toplamış abituriyentlərin Qarabağ Universitetinə səfərlərinin təşkili planlaşdırılır. 

Diqqətə çatdırılıb ki, Qarabağ Universitetində təhsil alacaq tələbələr üçün bir sıra imtiyazlar da nəzərdə tutulub. Belə ki, burada təhsil alacaq tələbələr ödənişsiz mənzil tipli yataqxana, təqaüd, həmçinin kompüterlə (notbuk) ilə təmin olunacaqlar. Ən yüksək bal toplayan tələbələrə əlavə təqaüd veriləcək. Tələbələr üçün ekoloji təmiz universitet şəhərciyi yaradılacaq. 

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il noyabrın 28-də “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılıb. 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda 7 ayda yol qəzalarında ölənlərin SAYI

Azərbaycanda 7 ayda yol qəzalarında ölənlərin SAYI

Mərkəzi Bank 4 sığorta vasitəçisinin lisenziyasını LƏĞV ETDİ

Mərkəzi Bank 4 sığorta vasitəçisinin lisenziyasını LƏĞV ETDİ

Ağstafada qəza: "Tofaş" idarəetmədən çıxaraq aşdı

Ağstafada qəza: "Tofaş" idarəetmədən çıxaraq aşdı

Nadir Qafarzadə nəvələri ilə belə vaxt keçirir – VİDEO

Nadir Qafarzadə nəvələri ilə belə vaxt keçirir – VİDEO

"Qarabağ"ın oyunu bu telekanalda yayımlanacaq

"Qarabağ"ın oyunu bu telekanalda yayımlanacaq

İspaniyada istilər 4 mindən çox insanın ölümünə səbəb olub

İspaniyada istilər 4 mindən çox insanın ölümünə səbəb olub

Azərbaycanda ipoteka krediti alanların 33,3%-i subay şəxslərdir

Azərbaycanda ipoteka krediti alanların 33,3%-i subay şəxslərdir

İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən üç uşaq anası SAXLANILDI

İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən üç uşaq anası SAXLANILDI

Bu gün “Qarabağ”ın oyunu var

Bu gün “Qarabağ”ın oyunu var

Kürdəxanıda güclü yanğın – YENİLƏNİB/VİDEO

Kürdəxanıda güclü yanğın – YENİLƏNİB/VİDEO

Balaqusar sakinləri icra başçısından yolun asfaltlanmasını istədi - FOTO

Balaqusar sakinləri icra başçısından yolun asfaltlanmasını istədi - FOTO

Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə dronla hücum edildi - VİDEO

Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə dronla hücum edildi - VİDEO

Banqladeşin yeni prezidenti BƏLLİ OLDU

Banqladeşin yeni prezidenti BƏLLİ OLDU

Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir? – VİDEO

Azərbaycan vətəndaşı zorla müharibəyə göndərilir? – VİDEO

Diqqət! Naxçıvanda gecə saatlarında işıqlar sönəcək

Diqqət! Naxçıvanda gecə saatlarında işıqlar sönəcək

İki qadın güləşçimiz yarımfinala yüksəldi

İki qadın güləşçimiz yarımfinala yüksəldi

Nazir müşavirini İŞDƏN ÇIXARDI

Nazir müşavirini İŞDƏN ÇIXARDI

Dünyanın yarısının danışdığı beş dil

Dünyanın yarısının danışdığı beş dil

Təl-Əviv aeroportunda xaos: 100 min sərnişin… - Video

Təl-Əviv aeroportunda xaos: 100 min sərnişin… - Video

Pünhan Əlizadəyə vəzifə verildi – FOTO

Pünhan Əlizadəyə vəzifə verildi – FOTO

Keçmiş direktor vəfat etdi

Keçmiş direktor vəfat etdi

Sabah saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sabah saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Hasil Abbasov şöbə müdirini vəzifəsindən azad etdi

Hasil Abbasov şöbə müdirini vəzifəsindən azad etdi

Başına ot presi düşən kişi öldü

Başına ot presi düşən kişi öldü

End of content

No more pages to load

RADİO