Madi Raimov: "ŞƏT Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır" – MÜSAHİBƏ 

“Azərbaycan gələcəkdə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ola bilər. Çünki o, artıq bu sammitə dəvət olunub. Düşünürəm ki, Qazaxıstan və Orta Asiyanın digər türk dövlətləri buna dəstək olacaqlar. Azərbaycan Çin üçün vacib tərəfdaşdır, çünki onların mallarının satışı üçün yeni dəhliz oradan keçir”.

Bu fikirləri Bizim.Media-ya müsahibəsində qazaxıstanlı politoloq Madi Raimov deyib.

Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə Azərbaycan və Türkiyənin qatılmasını şərh edən politoloq, Hindistan və Çin üçün Azərbaycanın təşkilata üzv olmasının vacib olduğunu vurğulayıb.

Sözügedən müsahibəni təqdim edirik:

- Cənab Raimov, siz sammit çərçivəsində prosesləri Astanadan izləyirsiz. Şanxay Əməkdaşlıq Təşkilatının Qazaxıstanda keçirilən sammitində nələr müzakirə olunur?

- ŞƏT-in hazırkı sammitinin iştirakçıların sayına görə tayı-bərabəri yoxdur. Bu sammitdə 10 minə yaxın xarici nümayəndə iştirak edir. “ŞƏT+” iclası “Çoxtərəfli dialoqun gücləndirilməsi – davamlı sülh və inkişafa nail olmaq” mövzusunda keçiriləcək. Əsas müzakirə bloku enerji sahəsində əməkdaşlıq və sabit enerji marşrutlarının yaradılması məsələləri olacaq. Sammit çərçivəsində enerji bazarına ciddi təsir edəcək bəzi yeni strateji sazişlər ola bilər.

- Bu dəfə iştirakçı sayı baxımından fərqlilik görürük. Üzv olmayan daha hansı qurum və ölkələr Astana zirvəsində iştirak edir?

- Sammitin genişləndirilmiş formatı təşkilatın dialoq üzrə tərəfdaşı olan ölkələrin liderlərinin iştirakını nəzərdə tutur. Onların arasında Azərbaycan, Qətər, BƏƏ, Türkmənistan və Türkiyə var. Sammitə BMT-nin Baş katibi Antonio Quterreş və KTMT, MDB və digər təşkilatların rəhbərləri də gəliblər. Bu tədbirdə ŞƏT-in 2035-ci ilə qədər inkişaf strategiyasının qəbul ediləcəyi gözlənilir ki, bu da təşkilat daxilində müəyyən islahatların olacağı deməkdir. ŞƏT təhlükəsizlik məsələlərinə yönəlmiş strukturdan iqtisadiyyat, ekologiya və digər sahələrdə çoxtərəfli əməkdaşlığa doğru inkişaf edir.

- ŞƏT-in BMT ilə yaxından əməkdaşlıq etdiyini görə bilirik. Artıq Şanxay Əməkdaşlıq Təşkilatı dünyada daha böyük güc kimi çıxış edə bilərmi?

- Qazaxıstanın təşəbbüsü ilə qəbul edilmiş BMT Baş Assambleyasının “BMT və ŞƏT arasında əməkdaşlıq” qətnaməsi təşkilatın dünya miqyasında artan rolundan bəhs edir. Bu, qlobal problemlərin həllində səylərin əlaqələndirilməsi üçün yeni imkanlar açır. Sammitin ən mühüm məqsədi ŞƏT-in tərkibini genişləndirməkdir. Astana sammiti zamanı Belarusun tam üzvlüyü təmin ediləcək. Bundan əlavə, Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə və Misir də bu təşkilata qoşulmağa maraq göstərir.

- Türk dövlətləri ilə Çin arasında münasibətlər inkişaf etməyə davam edəcəkmi? Yəni, ŞƏT buna şərait yaradır?

- Türkiyənin xarici işlər naziri Hakan Fidanın bu yaxınlarda Çin Xalq Respublikasına, Pekinə və Sincan-Uyğur Muxtar Bölgəsinə səfəri də iki ölkə arasında inkişafa təkan verir. Türkiyə elə bir geosiyasi vəziyyətdədir ki, Çin öz mallarını təkcə Qərbi Avropaya deyil, Şərqi Avropaya da tanıtmaq üçün Türkiyə kimi tərəfdaşa ehtiyac duyur. Tədbirdə Azərbaycan və Türkiyə liderləri iştirak edirlər. Bu da xüsusi önəm kəsb edir.

- Azərbaycan gələcəkdə bu təşkilata üzv ola bilərmi? Rəsmi Bakı təşkilata qoşulmaqla nə əldə edəcək?

- Bəli, təbii ki, Azərbaycan gələcəkdə ŞƏT-ə üzv ola bilər. Çünki o, artıq bu sammitə dəvət olunub. Düşünürəm ki, Qazaxıstan və Orta Asiyanın digər türk dövlətləri buna dəstək göstərəcəklər. Azərbaycan Çin üçün vacib tərəfdaşdır, çünki onların mallarının satışı üçün yeni dəhliz oradan keçir. Əbəs yerə deyil ki, Çin Qırğızıstan, Özbəkistan və Türkmənistandan keçməklə daha bir dəmir yolu xətti çəkir. Hansı ki, həmin yol Xəzər dənizi ilə Azərbaycana gedəcək. Həm Çin, həm də Hindistan Azərbaycanın sammitə üzvlüyündə maraqlıdır.

- Zəngəzur dəhlizinin önəmi bir daha artır..

- Bəli, Azərbaycan “Bir kəmər, bir yol” layihəsində xüsusi rol oynayır. Zəngəzur dəhlizi reallaşarsa, bu əməkdaşlıq daha da dərinləşəcək. Düşünürəm ki, bu dəhliz olmasa belə, rəsmi Bakı ilə ŞƏT iştirakçıları arasında əməkdaşlıq dərinləşəcək. Çünki Azərbaycan beynəlxalq sanksiyalara görə Rusiyadan yan keçməklə yüklərin daşınmasında mühüm strateji əhəmiyyət kəsb edir.

- Cənab Raimov, suallarımızı cavablandırdığınız üçün təşəkkür edirəm.

- Mən də təşəkkür edirəm.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İrakli Kobaxidze Azərbaycanla sərhədlərin demarkasiyasından danışdı

İrakli Kobaxidze Azərbaycanla sərhədlərin demarkasiyasından danışdı

Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçəcək?

Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçəcək?

Ermənistanda iki polis güllələndi

Ermənistanda iki polis güllələndi

Qızıl və gümüş BAHALAŞDI

Qızıl və gümüş BAHALAŞDI

Rusiyada ZƏLZƏLƏ oldu

Rusiyada ZƏLZƏLƏ oldu

ANS-in keçmiş əməkdaşı bu televiziyaya direktor təyin olundu

ANS-in keçmiş əməkdaşı bu televiziyaya direktor təyin olundu

Dünya çempionatı: Bu gün 4 cüdoçumuz mübarizəyə başlayır - FOTO

Dünya çempionatı: Bu gün 4 cüdoçumuz mübarizəyə başlayır - FOTO

Siqareti azaltmaq istəyirdilər, daha çox satıldı

Siqareti azaltmaq istəyirdilər, daha çox satıldı

Arvadına xəsarət yetirdi, polisə təslim oldu

Arvadına xəsarət yetirdi, polisə təslim oldu

Yağışa görə yollarda endirilən sürət həddi bərpa olundu

Yağışa görə yollarda endirilən sürət həddi bərpa olundu

Ağstafada iki qardaş kafedə xəsarət aldı

Ağstafada iki qardaş kafedə xəsarət aldı

Rusiya Ukraynaya zərbələr üçün yeni silah hazırlayıb – Forbes

Rusiya Ukraynaya zərbələr üçün yeni silah hazırlayıb – Forbes

Moskva Krım körpüsünün müdafiəsini gücləndirdi

Moskva Krım körpüsünün müdafiəsini gücləndirdi

Əhəd ABIYEV Əli Kərimli ilə bağlı SENSASİON FAKTLARI AÇIQLADI – MÜSAHİBƏ

Əhəd ABIYEV Əli Kərimli ilə bağlı SENSASİON FAKTLARI AÇIQLADI – MÜSAHİBƏ

Bu gün Yer kürəsini 6 ballıq maqnit qasırğası vuracaq

Bu gün Yer kürəsini 6 ballıq maqnit qasırğası vuracaq

Türkiyənin türk dövlətləri ilə ticarəti 72,2 milyard dollara çatdı

Türkiyənin türk dövlətləri ilə ticarəti 72,2 milyard dollara çatdı

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Xətai rayonunun bəzi hissələrində qaz olmayacaq

Xətai rayonunun bəzi hissələrində qaz olmayacaq

Fransada 500-ə yaxın məktəb etirazlar səbəbindən bağlanacaq - VİDEO

Fransada 500-ə yaxın məktəb etirazlar səbəbindən bağlanacaq - VİDEO

Ancelina Coli Qəzzadakı dağıntıların miqyasını Google Earth vasitəsilə göstərdi - FOTO

Ancelina Coli Qəzzadakı dağıntıların miqyasını Google Earth vasitəsilə göstərdi - FOTO

"Google"dən "Gemini Pro" modeli ilə bağlı AÇIQLAMA: Bu tarixdən etibarən...

"Google"dən "Gemini Pro" modeli ilə bağlı AÇIQLAMA: Bu tarixdən etibarən...

“Bitcoin”in qiyməti 86 min dolları ötdü

“Bitcoin”in qiyməti 86 min dolları ötdü

Millətlər Liqası: Fransa Belçikaya, İtaliya Türkiyəyə qarşı

Millətlər Liqası: Fransa Belçikaya, İtaliya Türkiyəyə qarşı

Gürcüstanda azərbaycanlı qətlə yetirildi - FOTO

Gürcüstanda azərbaycanlı qətlə yetirildi - FOTO

End of content

No more pages to load

RADİO