Vuçiçdən böyük savaş XƏBƏRDARLIĞI – III Dünya Müharibəsi ehtimalları ARTIR...

Serbiya Prezidenti Aleksandr Vuçiç dünyanın böyük müharibəyə hazırlaşdığı barədə xəbərdarlıq edib. 

O deyib ki, Yaxın Şərqdə "Hizbullah" və İsrail arasında qarşıdurma, Aİ-nin Avropa Diplomatiyasına rəhbərlik etmək üçün Kaya Kallasın seçilməsi, eləcə də Qərb və Şərq ölkələrinin genişmiqyaslı silah alışı böyük müharibəyə hazırlıqdan xəbər verir. 

Vuçiçin sözlərinə görə, "Hizbullah" və İsrail arasında münaqişədən qaçmaq demək olar ki, mümkün deyil və hadisələrin bu cür inkişafı Qərb və Şərq ölkələrinin hərbi münaqişəyə cəlb olunmasına gətirib çıxaracaq.

Vuçiçin fikrincə, Rusiya bütün mümkün vasitə və qüvvələrlə sona qədər mübarizə aparacaq.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, Üçüncü Dünya Müharibəsinin başlanması ehtimalı 50/50 faiz nisbətindədir:

“Əslində təkcə Vuçiç deyil, son dövrlər bir çox digər siyasətçilər də Üçüncü Dünya Müharibəsinin başlana biləcəyi barədə anonslar verirlər. Onlar açıqlamalarında belə bir təhdidin real olacağını söyləyirlər. Daha əvvəl Türkiyə xarici işlər naziri Hakan Fidan, ondan sonrakı dövrdə Rusiya və Avropa rəhbərlərindən müxtəlif şəxslər dünya müharibəsi risk ilə bağlı ciddi xəbərdarlıqlar ediblər. 

Bütün bu açıqlamalar boşuna deyil. 

Həqiqətən də, hazırda Üçüncü Dünya Müharibəsinin baş verməsi ehtimalı kifayət qədər böyükdür. İsrail HƏMAS qarşıdurmasının arealı getdikcə böyüyür. İsraillə “Hizbullah” arasındakı qarşıdurmanın daha da kəskinləşdiyi və təhlükəli hala yaxınlaşdığını açıq şəkildə müşahidə edirik. 

Eyni zamanda, hələlik donmuş vəziyyətdə olan Çin Tayvan, Şimali Koreya ilə Cənubi Koreya arasındakı müharibə ocaqları da aktiv fazada qalmaqda davam edir. Bütün bu hadisələr ölkələrarası konfrontasiyanın, ziddiyyətli münasibətlər sisteminin dərinləşməsinə gətirib çıxarır”. 

Həmsöhbətimiz hesab edir ki, istənilən halda ayrı-ayrı şəkildə dünya müharibəsinin kiçik fraqmentlərini onsuz da müşahidə edirik:

“Üçüncü Dünya Müharibəsinin başlanması ehtimalı mövcud durumda 50 faizdən heç də aşağı deyil. Yaxın gələcəkdə dünya müharibəsinin reallaşması ehtimalı 55-60 faiz civarındadır. Bu, dünya sərvətlərinin bölüşdürülməsindəki ədalətsizlik və başqa faktlar üzərindən daha da qızışdırılır”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İrakli Kobaxidze Azərbaycanla sərhədlərin demarkasiyasından danışdı

İrakli Kobaxidze Azərbaycanla sərhədlərin demarkasiyasından danışdı

Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçəcək?

Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçəcək?

Ermənistanda iki polis güllələndi

Ermənistanda iki polis güllələndi

Qızıl və gümüş BAHALAŞDI

Qızıl və gümüş BAHALAŞDI

Rusiyada ZƏLZƏLƏ oldu

Rusiyada ZƏLZƏLƏ oldu

ANS-in keçmiş əməkdaşı bu televiziyaya direktor təyin olundu

ANS-in keçmiş əməkdaşı bu televiziyaya direktor təyin olundu

Dünya çempionatı: Bu gün 4 cüdoçumuz mübarizəyə başlayır - FOTO

Dünya çempionatı: Bu gün 4 cüdoçumuz mübarizəyə başlayır - FOTO

Siqareti azaltmaq istəyirdilər, daha çox satıldı

Siqareti azaltmaq istəyirdilər, daha çox satıldı

Arvadına xəsarət yetirdi, polisə təslim oldu

Arvadına xəsarət yetirdi, polisə təslim oldu

Yağışa görə yollarda endirilən sürət həddi bərpa olundu

Yağışa görə yollarda endirilən sürət həddi bərpa olundu

Ağstafada iki qardaş kafedə xəsarət aldı

Ağstafada iki qardaş kafedə xəsarət aldı

Rusiya Ukraynaya zərbələr üçün yeni silah hazırlayıb – Forbes

Rusiya Ukraynaya zərbələr üçün yeni silah hazırlayıb – Forbes

Moskva Krım körpüsünün müdafiəsini gücləndirdi

Moskva Krım körpüsünün müdafiəsini gücləndirdi

Əhəd ABIYEV Əli Kərimli ilə bağlı SENSASİON FAKTLARI AÇIQLADI – MÜSAHİBƏ

Əhəd ABIYEV Əli Kərimli ilə bağlı SENSASİON FAKTLARI AÇIQLADI – MÜSAHİBƏ

Bu gün Yer kürəsini 6 ballıq maqnit qasırğası vuracaq

Bu gün Yer kürəsini 6 ballıq maqnit qasırğası vuracaq

Türkiyənin türk dövlətləri ilə ticarəti 72,2 milyard dollara çatdı

Türkiyənin türk dövlətləri ilə ticarəti 72,2 milyard dollara çatdı

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Xətai rayonunun bəzi hissələrində qaz olmayacaq

Xətai rayonunun bəzi hissələrində qaz olmayacaq

Fransada 500-ə yaxın məktəb etirazlar səbəbindən bağlanacaq - VİDEO

Fransada 500-ə yaxın məktəb etirazlar səbəbindən bağlanacaq - VİDEO

Ancelina Coli Qəzzadakı dağıntıların miqyasını Google Earth vasitəsilə göstərdi - FOTO

Ancelina Coli Qəzzadakı dağıntıların miqyasını Google Earth vasitəsilə göstərdi - FOTO

"Google"dən "Gemini Pro" modeli ilə bağlı AÇIQLAMA: Bu tarixdən etibarən...

"Google"dən "Gemini Pro" modeli ilə bağlı AÇIQLAMA: Bu tarixdən etibarən...

“Bitcoin”in qiyməti 86 min dolları ötdü

“Bitcoin”in qiyməti 86 min dolları ötdü

Millətlər Liqası: Fransa Belçikaya, İtaliya Türkiyəyə qarşı

Millətlər Liqası: Fransa Belçikaya, İtaliya Türkiyəyə qarşı

Gürcüstanda azərbaycanlı qətlə yetirildi - FOTO

Gürcüstanda azərbaycanlı qətlə yetirildi - FOTO

End of content

No more pages to load

RADİO