Ermənistanın mina xəritələrini verməməsi ilə bağlı İsrail parlamentinə müraciət edildi

"Azİz" İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyası Ermənistanın mina xəritələrini Azərbaycana təqdim etməməsi ilə əlaqədar İsrailin siyasi rəhbərliyinə və knesset (parlament) üzvlərinə müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, "Azİz" İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivakın imzası ilə İsrail Prezidenti Reyven Rivlinə, Baş Nazir Benyamin Netanyahuya, parlament deputatlarına, şəhərlərin merlərinə və mer müavinlərinə ünvanlanan məktubda bildirilib ki, bütün beynəlxalq konvensiyalara və əldə olunmuş razılıqlara zidd olaraq Azərbaycana mina xəritələrini təhvil verməkdən imtina edən Ermənistan bununla minlərlə insanın həyatını təhlükəyə məruz qoyur, milyona yaxın qaçqın və məcburi köçkünlərin əzəli torpaqlarına qayıtmasına əngəl törədir.

Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini tərk edərkən şəhər və kəndləri tamamilə məhv etdiyi, infrastrukturları dağıtdığı, apara bilmədikləri mal-qaranı öldürdükləri, evləri yandırdıqları, meşələrdəki ağacları kəsməklə ekoloji fəlakət törətdikləri, Ermənistan ərazisindən Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən şəhərlərinə, o cümlədən Gəncəyə raket zərbələri endirildiyi, Gəncədə böyük yəhudi icmasının da yaşadığı yada salınıb.

İsraildəki bir çox şirkətlərin Azərbaycanın azad edilmiş torpaqlarında dağıdılmış şəhərlərinin bərbası, sənayenin yenidən qurulması və kənd təsərrüfatının canlandırılması istiqamətində fəaliyyət göstərmək arzusunda olduqları nəzərə çatdırılıb:

"Lakin erməni işğalçıları geri çəkilərkən bütün əraziləri minalayıblar. Ermənilərin minalaşdırdıqları ərazilərdə artıq 20 Azərbaycan vətəndaşı həlak olub, 80 nəfəri ağır yaralanıb. Erməni tərəfinin belə davranışı azad edilmiş ərazilərdə iqtisadi və mədəni inkişafın bərpa edilməsinə mane olur".

Müraciətdə Ermənistanın mina xəritələrini təhvil verməsində Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəklənməsinə, bu vacib problemin həllində qətiyyətli addımlar atılmasına çağırış edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qarabağ” yenə sürpriz edəcəkmi? - “Nyukasl”da ciddi itkilər…

“Qarabağ” yenə sürpriz edəcəkmi? - “Nyukasl”da ciddi itkilər…

Əhaliyə XƏBƏRDARLIQ: Saat 17:00-dək...

Əhaliyə XƏBƏRDARLIQ: Saat 17:00-dək...

Metroya minənlərin NƏZƏRİNƏ: Bu stansiyada təmir işləri başa çatdı - VİDEO

Metroya minənlərin NƏZƏRİNƏ: Bu stansiyada təmir işləri başa çatdı - VİDEO

Mingəçevirdə məktəbdə YANĞIN - Şagirdlər təxliyə olundu

Mingəçevirdə məktəbdə YANĞIN - Şagirdlər təxliyə olundu

Dubaydan gələn Azərbaycan vətəndaşı Moskvada aeroportda SAXLANILDI - FOTO

Dubaydan gələn Azərbaycan vətəndaşı Moskvada aeroportda SAXLANILDI - FOTO

Faciəyə aparan SƏHLƏNKARLIQ: Nəzarətsiz silahlarla övlad cinayət törədərsə, valideynini hansı cəza gözləyir?

Faciəyə aparan SƏHLƏNKARLIQ: Nəzarətsiz silahlarla övlad cinayət törədərsə, valideynini hansı cəza gözləyir?

Azərbaycanda kişi qəbirdaşındakı yazıya görə yeznəsini MƏHKƏMƏYƏ VERDİ

Azərbaycanda kişi qəbirdaşındakı yazıya görə yeznəsini MƏHKƏMƏYƏ VERDİ

ABŞ səfirliyi Nəriman Axundzadəni təbrik etdi

ABŞ səfirliyi Nəriman Axundzadəni təbrik etdi

“Zirə” bu futbolçuya görə 150 min QAZANDI

“Zirə” bu futbolçuya görə 150 min QAZANDI

Kanalizasiya xəttinin üstündə tikilən ev magistral su borusunu partladıb - VİDEO

Kanalizasiya xəttinin üstündə tikilən ev magistral su borusunu partladıb - VİDEO

Tiktoker Benizin məhkəməsində şok etiraf: " Bütün bunları planlaşdırmışdıq öncədən”

Tiktoker Benizin məhkəməsində şok etiraf: " Bütün bunları planlaşdırmışdıq öncədən”

Azərbaycanda bəzi şəxslərə ŞAD XƏBƏR - Evlərini dövlət təmir edəcək

Azərbaycanda bəzi şəxslərə ŞAD XƏBƏR - Evlərini dövlət təmir edəcək

Cenevrədə Ukrayna üzrə danışıqlar davam edir

Cenevrədə Ukrayna üzrə danışıqlar davam edir

“Volt”, “Megastore” və “The Place”da vaxtı keçmiş qida məhsulları AŞKARLANDI – FOTO

“Volt”, “Megastore” və “The Place”da vaxtı keçmiş qida məhsulları AŞKARLANDI – FOTO

İftar və imsak vaxtları – CƏDVƏL

İftar və imsak vaxtları – CƏDVƏL

Anasını öldürən şəxsə HÖKM OXUNDU

Anasını öldürən şəxsə HÖKM OXUNDU

Avropada müharibə HƏYƏCANI – NATO dağılsa, köhnə qitəni KİM QORUYACAQ?

Avropada müharibə HƏYƏCANI – NATO dağılsa, köhnə qitəni KİM QORUYACAQ?

Məktəbdə dəhşətli hadisə - ŞAGİRD YARALANDI

Məktəbdə dəhşətli hadisə - ŞAGİRD YARALANDI

Floridada hava limanı Trampın adını daşıyacaq

Floridada hava limanı Trampın adını daşıyacaq

Temperatur daha da yüksələcək – BU TARİXDƏ

Temperatur daha da yüksələcək – BU TARİXDƏ

Azərbaycan daha bir ölkədən avtomobil almağa BAŞLADI

Azərbaycan daha bir ölkədən avtomobil almağa BAŞLADI

Brilliant Dadaşova: “Həyat yoldaşıma deyirəm ki, nə sevinirsən, arvad-uşağını atıb gedirsən” - VİDEO

Brilliant Dadaşova: “Həyat yoldaşıma deyirəm ki, nə sevinirsən, arvad-uşağını atıb gedirsən” - VİDEO

Müşfiq Zərbəliyev vəfat etdi – FOTO

Müşfiq Zərbəliyev vəfat etdi – FOTO

Ukrayna Lukaşenkoya qarşı sanksiyalar tətbiq etdi

Ukrayna Lukaşenkoya qarşı sanksiyalar tətbiq etdi

End of content

No more pages to load

RADİO