İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik ünvanlayıb.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli həmvətənlər!

Müqəddəs Pasxa bayramı münasibətilə sizi – Azərbaycanın bütün xristianlarını ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.

Zəngin multikultural dəyərlərə, tolerantlıq ənənələrinə və nümunəvi dövlət-din münasibətləri modelinə malik olan ölkəmizdə ayrı-ayrı xalqların və konfessiyaların nümayəndələri yüz illərdir ki, mehriban qonşuluq, dostluq və qardaşlıq mühitində vahid ailə kimi yaşayırlar.

Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması, qarşılıqlı hörmətə və etimada əsaslanan birgəyaşayış mədəniyyətinin təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin əsas prioritetlərindən biridir.

Müasir dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa mühüm töhfələr verən Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarımız, o cümlədən pravoslav xristianlar ölkədə gedən böyük quruculuq işlərində və respublikamızın sosial-mədəni həyatında fəal iştirak edirlər. Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunmasında xristian həmvətənlərimizin xidmətlərini yüksək qiymətləndirirəm.

İnanıram ki, onlar Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə qüvvələrini səfərbər edərək bundan sonra da əzmlə çalışacaqlar.

Pasxa bayramı paklığı, yeniliyi, dirçəlişi və xeyirxahlığı təcəssüm etdirir. Bu əziz gündə bir daha hər birinizə xoş bayram ovqatı, ailələrinizə əmin-amanlıq, xoşbəxtlik və rifah arzulayıram.

Bayramınız mübarək olsun!"

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əhaliyə XƏBƏRDARLIQ: Saat 17:00-dək...

Əhaliyə XƏBƏRDARLIQ: Saat 17:00-dək...

Metroya minənlərin NƏZƏRİNƏ: Bu stansiyada təmir işləri başa çatdı - VİDEO

Metroya minənlərin NƏZƏRİNƏ: Bu stansiyada təmir işləri başa çatdı - VİDEO

Mingəçevirdə məktəbdə YANĞIN - Şagirdlər təxliyə olundu

Mingəçevirdə məktəbdə YANĞIN - Şagirdlər təxliyə olundu

Dubaydan gələn Azərbaycan vətəndaşı Moskvada aeroportda SAXLANILDI - FOTO

Dubaydan gələn Azərbaycan vətəndaşı Moskvada aeroportda SAXLANILDI - FOTO

Faciəyə aparan SƏHLƏNKARLIQ: Nəzarətsiz silahlarla övlad cinayət törədərsə, valideynini hansı cəza gözləyir?

Faciəyə aparan SƏHLƏNKARLIQ: Nəzarətsiz silahlarla övlad cinayət törədərsə, valideynini hansı cəza gözləyir?

Azərbaycanda kişi qəbirdaşındakı yazıya görə yeznəsini MƏHKƏMƏYƏ VERDİ

Azərbaycanda kişi qəbirdaşındakı yazıya görə yeznəsini MƏHKƏMƏYƏ VERDİ

ABŞ səfirliyi Nəriman Axundzadəni təbrik etdi

ABŞ səfirliyi Nəriman Axundzadəni təbrik etdi

“Zirə” bu futbolçuya görə 150 min QAZANDI

“Zirə” bu futbolçuya görə 150 min QAZANDI

Kanalizasiya xəttinin üstündə tikilən ev magistral su borusunu partladıb - VİDEO

Kanalizasiya xəttinin üstündə tikilən ev magistral su borusunu partladıb - VİDEO

Tiktoker Benizin məhkəməsində şok etiraf: " Bütün bunları planlaşdırmışdıq öncədən”

Tiktoker Benizin məhkəməsində şok etiraf: " Bütün bunları planlaşdırmışdıq öncədən”

Azərbaycanda bəzi şəxslərə ŞAD XƏBƏR - Evlərini dövlət təmir edəcək

Azərbaycanda bəzi şəxslərə ŞAD XƏBƏR - Evlərini dövlət təmir edəcək

Cenevrədə Ukrayna üzrə danışıqlar davam edir

Cenevrədə Ukrayna üzrə danışıqlar davam edir

“Volt”, “Megastore” və “The Place”da vaxtı keçmiş qida məhsulları AŞKARLANDI – FOTO

“Volt”, “Megastore” və “The Place”da vaxtı keçmiş qida məhsulları AŞKARLANDI – FOTO

İftar və imsak vaxtları – CƏDVƏL

İftar və imsak vaxtları – CƏDVƏL

Anasını öldürən şəxsə HÖKM OXUNDU

Anasını öldürən şəxsə HÖKM OXUNDU

Avropada müharibə HƏYƏCANI – NATO dağılsa, köhnə qitəni KİM QORUYACAQ?

Avropada müharibə HƏYƏCANI – NATO dağılsa, köhnə qitəni KİM QORUYACAQ?

Məktəbdə dəhşətli hadisə - ŞAGİRD YARALANDI

Məktəbdə dəhşətli hadisə - ŞAGİRD YARALANDI

Floridada hava limanı Trampın adını daşıyacaq

Floridada hava limanı Trampın adını daşıyacaq

Temperatur daha da yüksələcək – BU TARİXDƏ

Temperatur daha da yüksələcək – BU TARİXDƏ

Azərbaycan daha bir ölkədən avtomobil almağa BAŞLADI

Azərbaycan daha bir ölkədən avtomobil almağa BAŞLADI

Brilliant Dadaşova: “Həyat yoldaşıma deyirəm ki, nə sevinirsən, arvad-uşağını atıb gedirsən” - VİDEO

Brilliant Dadaşova: “Həyat yoldaşıma deyirəm ki, nə sevinirsən, arvad-uşağını atıb gedirsən” - VİDEO

Müşfiq Zərbəliyev vəfat etdi – FOTO

Müşfiq Zərbəliyev vəfat etdi – FOTO

Ukrayna Lukaşenkoya qarşı sanksiyalar tətbiq etdi

Ukrayna Lukaşenkoya qarşı sanksiyalar tətbiq etdi

Bəstəkarlar İttifaqının sədri: “3600 manat təqaüd alır, 5 manatı gətirib vaxtında vermir” - VİDEO

Bəstəkarlar İttifaqının sədri: “3600 manat təqaüd alır, 5 manatı gətirib vaxtında vermir” - VİDEO

End of content

No more pages to load

RADİO