Prezident İlham Əliyevə “Caspian Energy” jurnalı təqdim edilib

Bu gün Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimində “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev Azərbaycan Prezidenti İlham Əliyevə “Caspian Energy” jurnalının yubiley nüsxəsini təqdim edib.

Bizim.Media xəbər verir ki, “Caspian Energy Club”dan AZƏRTAC-a verilən məlumata görə, ölkə başçısına şirkətin və “Caspian Energy International Media Group”un fəaliyyəti və gələcək planları barədə məlumat verilib.

“Eyni zamanda, sentyabr ayında işıq üzü görəcək “Əsrin müqaviləsi”nə həsr edilmiş növbəti buraxılış haqda məlumat çatdırılıb.

Bu il “Caspian Energy International Media Group” üçün xüsusi önəm daşıyan tarixdir. “Caspian Energy” brendinin 25-ci ildönümüdür. Məhz 25 il öncə 1999-cu ildə “Caspian Energy” jurnalının ilk buraxılışı işıq üzü görüb. İldönümümüz ərəfəsində Prezident İlham Əliyevə “Caspian Energy” jurnalının yeni nüsxəsini təqdim etmək bizim üçün çox önəmlidir. Ümidvarıq ki, juranlda dərc edilmiş məqalə və müsahibələr Prezidentin diqqətini cəlb edərək marağına səbəb olacaq”, - deyə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev vurğulayıb.

O həmçinin əlavə edib ki, “Caspian Energy” jurnalının 120-ci buraxılışında OPEC-in Baş katibi Haysam Əl-Qaysın, İrlandiyanın ətraf mühit, iqlim, rabitə və nəqliyyat naziri İmon Rayanın, Avstriyanın iqlim fəaliyyəti, ətraf mühit, enerji, mobillik, innovasiya və texnologiyalar üzrə federal naziri Leonora Gevesslerin, Latviyanın iqlim və enerji naziri Kaspars Melnisin müsahibələri və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının məqaləsi dərc olunub.

“Caspian Energy” jurnalı dünyanın 70 ölkəsində oxunur. Jurnalın hər nömrəsində MDB və Aİ ölkələrinin prezidentləri və baş nazirləri, habelə iri transmilli şirkətlərin başçıları ilə müsahibələri, aparıcı ekspertlərin şərhləri və analitik materialları dərc olunur.

Müxtəlif hesablamalara görə, “Caspian Energy” jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının beş aparıcı nəşri sırasındadır. Jurnal həmin regionlarda öz fəaliyyətini müəyyənləşdirmək istəyən bir çox sərmayədarlar üçün oriyentirdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

105 yaşlı britaniyalı qadının uzunömürlülük sirri açıqlandı: hər gün bir qədəh...

105 yaşlı britaniyalı qadının uzunömürlülük sirri açıqlandı: hər gün bir qədəh...

“Bir ayağım qəbirdə, digəri isə...” - “Kişi sözü”nün Niyazı

“Bir ayağım qəbirdə, digəri isə...” - “Kişi sözü”nün Niyazı

Araz Ağalarov həyat yoldaşından boşandı - 27 yaşlı xanımla evləndi - FOTO

Araz Ağalarov həyat yoldaşından boşandı - 27 yaşlı xanımla evləndi - FOTO

"Çinli Nostradamus": İran müharibəsi fəlakətə səbəb olacaq

"Çinli Nostradamus": İran müharibəsi fəlakətə səbəb olacaq

Prezident Soyqırımı qurbanlarının xatirəsini belə yad etdi – FOTO

Prezident Soyqırımı qurbanlarının xatirəsini belə yad etdi – FOTO

İran Dubay və Şarjanı VURDU - Neft kəskin bahalaşdı

İran Dubay və Şarjanı VURDU - Neft kəskin bahalaşdı

XİN-dən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı BƏYANAT

XİN-dən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı BƏYANAT

Türkiyə futbolçuları Kosovo ilə həlledici duelə çıxır

Türkiyə futbolçuları Kosovo ilə həlledici duelə çıxır

Mehriban Əliyeva: "Soyqırımı qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm" - FOTO

Mehriban Əliyeva: "Soyqırımı qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm" - FOTO

Bu gün 1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırımının növbəti İLDÖNÜMÜDÜR

Bu gün 1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırımının növbəti İLDÖNÜMÜDÜR

Messi Zambiyaya qarşı meydana çıxacaq

Messi Zambiyaya qarşı meydana çıxacaq

Paytaxtın 555 küçəsi yuyulub - FOTO

Paytaxtın 555 küçəsi yuyulub - FOTO

Şəmkirdə 18 yaşlı oğlanın meyiti TAPILDI

Şəmkirdə 18 yaşlı oğlanın meyiti TAPILDI

Münhen klubunu TƏRK EDƏCƏK

Münhen klubunu TƏRK EDƏCƏK

Üç möcüzə üçün BUNU YEYİN

Üç möcüzə üçün BUNU YEYİN

Tramp Müctəba Xameneyi HAQDA: “O, yəqin ki, çox ağır vəziyyətdədir”

Tramp Müctəba Xameneyi HAQDA: “O, yəqin ki, çox ağır vəziyyətdədir”

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

“Şamaxı”nın legioneri millinin heyətində meydana çıxdı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Gəncədə zəncirvari QƏZA: İki nəfər xəsarət aldı

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Elvin Cəfərquliyev finalın ƏN YAXŞISI seçildi

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

Sumqayıtda ana və azyaşlı qızını maşın VURDU

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

İsraildə bu şəxslər üçün edam cəzası veriləcək

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

Mayda 14 gün iş yoxdur

Mayda 14 gün iş yoxdur

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

Azərbaycan və İran XİN rəhbərləri regiondakı son prosesləri MÜZAKİRƏ EDİBLƏR

End of content

No more pages to load

RADİO