İlham Əliyev və Mehriban Əliyeva Bakıda ticarət mərkəzinin açılışında iştirak ediblər - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva mayın 27-də Bakıda “Crescent Bay” layihəsinin təqdimatı və “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər. 

Bizim.Media xəbər verir ki, “Pasha Property Management” şirkətinin baş icraçı direktoru Elçin Qədimov Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya “Crescent Bay” layihəsi barədə məlumat verib. 

Sonra dövlət başçısı və Birinci xanım “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər. “Pasha Malls Group” şirkətinin baş icraçı direktoru Yaman Şahin ticarət mərkəzində yaradılan şərait barədə məlumat verib. 

“Crescent Mall” ticarət mərkəzi ənənənin innovasiyalarla qovuşduğu bir məkan kimi Bakının müasir və dinamik inkişafını əks etdirir. 115 min kvadratmetr sahədə alış-veriş, əyləncə və istirahətin təklif edildiyi məkanda 5 mərtəbəli müasir texnologiyalarla inşa edilən bina, 3 mərtəbəli 1193 parkinq yeri, açıq havada yerləşən terras və restoran, həmçinin Azərbaycanda ilk dəfə fəaliyyət göstərəcək musiqili fontan yer alıb. 

Ticarət mərkəzində 107 geyim, qastronomiya, sağlamlıq, uşaq əyləncə mərkəzləri və digər mağazalar var. Bura gələn qonaqlar vaxtlarını səmərəli keçirə biləcəklər. “Crescent Mall”da alıcılara böyüklər və uşaqlar üçün geniş çeşiddə geyimlər, ev avadanlıqları və digər məhsullar təklif olunur. 

Mərkəzdə 2400-ə yaxın işçi fəaliyyət göstərəcək. 

Ticarət mərkəzinin açıq restoranlara qalxan hissəsində çoxmərtəbəli sütunda ölkəmizin mədəni irsinə istinad edən milli elementlərdən ibarət incəsənət nümunəsi həkk edilib. Rəsm əsərində təsvir edilən və sanki orta əsrin milli xalçalarından birbaşa sütuna köçmüş nar rəsmləri dünya, həyat və birlik simvoludur. Açan güllər və quşlar ilə zaman dinamikasında bir araya gələn “Həyat Ağacı” isə sürətlə inkişaf edən, ənənələrimizə sadiq qalaraq gələcəyə doğru inamla hərəkət edən, birlik və azadlıq rəmzini özündə təcəssüm etdirən Azərbaycan xalqını ifadə edir. 

Bundan başqa “Crescent Mall”da SPA, gözəllik və fitnes mərkəzləri də qonaqların xidmətində olacaq. 

Qeyd olunub ki, ən müasir texnologiyalarla inşa edilən ticarət mərkəzində rəqəmsallaşan dünyanın yeni trendlərinə uyğun olaraq süni intellektlə fəaliyyət göstərən məlumat bələdçisi xidməti də var. Burada fəaliyyət göstərən brendlər haqqında ətraflı məlumat verəcək bələdçi, həmçinin istiqamət göstərəcək və xidmətlərlə bağlı sorğuları cavablandıracaq. Bununla da qonaqların ticarət mərkəzi daxilində hərəkəti asanlaşacaq. Məlumat bələdçisi 140 dildə yazılı, Azərbaycan, İngilis və Rus dillərində isə şifahi məlumatlar verə bilir. 

Süni intellektin tətbiqi ilə ticarət mərkəzində müasir və dünyəvi trendlər tarixi və mədəni dəyərlərimizlə də əlaqələndirilib. Bu məqsədlə girişdə qonaqları qarşılayan süni intellektli robot “Leyli” adlandırılıb.
Süni intellekt məlumat bələdçisi Leyli, dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasından müdriklik və gözəllik rəmzi olan Leylini simvolizə edir. 

“Crescent Mall” ticarət mərkəzi kimi obyektlərin istifadəyə verilməsi ölkəmizin iqtisadi potensialını və vətəndaşlara xidmətin yüksək səviyyədə təşkilini nümayiş etdirir. Bundan başqa, ticarət mərkəzi dünyanın ən gözəl və müasir şəhərlərindən biri olan Bakının memarlığı, müasirliyi ilə harmoniya təşkil edərək paytaxtımızı daha da gözəlləşdirir. 















































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Saatlıq əməkhaqqı ilə bağlı YENİLİK – İyun ayınadək...

Saatlıq əməkhaqqı ilə bağlı YENİLİK – İyun ayınadək...

Yemək sifarişlərini DRONLAR DAŞIYACAQ – Kuryer peşəsi tarixdən silinir

Yemək sifarişlərini DRONLAR DAŞIYACAQ – Kuryer peşəsi tarixdən silinir

Tanınmış azərbaycanlı müğənninin səsi batdı: Bütün konsertləri LƏĞV EDİLDİ

Tanınmış azərbaycanlı müğənninin səsi batdı: Bütün konsertləri LƏĞV EDİLDİ

Bayram günlərində avtobusla daşınan sərnişinlərin sayı AÇIQLANDI

Bayram günlərində avtobusla daşınan sərnişinlərin sayı AÇIQLANDI

Sükan arxasında telefondan istifadə edən sürücüyə töhmət verildi - FOTO

Sükan arxasında telefondan istifadə edən sürücüyə töhmət verildi - FOTO

Xocavənd şəhərində daha 64 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Xocavənd şəhərində daha 64 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

"Daşdöyən" 3 maşın MODELİ

"Daşdöyən" 3 maşın MODELİ

“Zirə”nin legioneri “FİFA Series-2026”ın ən yaxşı oyunçusu SEÇİLDİ

“Zirə”nin legioneri “FİFA Series-2026”ın ən yaxşı oyunçusu SEÇİLDİ

Unudulmayan İNSANLIQ CİNAYƏTİ – 31 Mart Soyqırımının siyasi ANATOMİYASI

Unudulmayan İNSANLIQ CİNAYƏTİ – 31 Mart Soyqırımının siyasi ANATOMİYASI

Azərbaycanda insanın klonu patent obyekt kimi qəbul EDİLMƏYƏCƏK

Azərbaycanda insanın klonu patent obyekt kimi qəbul EDİLMƏYƏCƏK

Bu ərazilərdə evlər kəskin ucuzlaşacaq

Bu ərazilərdə evlər kəskin ucuzlaşacaq

Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin doğum günüdür – FOTO

Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin doğum günüdür – FOTO

Arnold Şvarseneggerin oğlundan uğurlu debüt - Foto

Arnold Şvarseneggerin oğlundan uğurlu debüt - Foto

Qaradağda 2 yaşlı uşağın MÜƏMMALI ÖLÜMÜ

Qaradağda 2 yaşlı uşağın MÜƏMMALI ÖLÜMÜ

Aprelin ilk GÜNÜNÜN HAVASI: 25 dərəcə isti...

Aprelin ilk GÜNÜNÜN HAVASI: 25 dərəcə isti...

İranın dron və raketləri neftin qiymətini yüksəldir - Analitiklər xəbərdarlıq edir

İranın dron və raketləri neftin qiymətini yüksəldir - Analitiklər xəbərdarlıq edir

Yağışdan sonra sürüşmə zonaları aktivləşib – RƏSMİ

Yağışdan sonra sürüşmə zonaları aktivləşib – RƏSMİ

Nazirliyin bəzi səlahiyyətləri Su Ehtiyatları Agentliyinə verildi - SƏRƏNCAM

Nazirliyin bəzi səlahiyyətləri Su Ehtiyatları Agentliyinə verildi - SƏRƏNCAM

Sərnişin daşımalarında icazənin alınması üçün bu sənədlər də TƏLƏB OLUNACAQ – SİYAHI

Sərnişin daşımalarında icazənin alınması üçün bu sənədlər də TƏLƏB OLUNACAQ – SİYAHI

Çin İran savaşının 32-ci günündə düyməyə basdı: “Dərhal dayandırın!” – VİDEO

Çin İran savaşının 32-ci günündə düyməyə basdı: “Dərhal dayandırın!” – VİDEO

Bu şəxslərə Prezident təqaüdü veriləcək – FƏRMAN

Bu şəxslərə Prezident təqaüdü veriləcək – FƏRMAN

Dünyada ən böyük mis, qızıl və gümüş yatağı bu ərazidə tapıldı

Dünyada ən böyük mis, qızıl və gümüş yatağı bu ərazidə tapıldı

Arif Əsədov: “Qələbənin böyüyü-kiçiyi olmur”

Arif Əsədov: “Qələbənin böyüyü-kiçiyi olmur”

Fərid Baxşıyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

Fərid Baxşıyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

End of content

No more pages to load

RADİO