Ermənistanda Azərbaycanla sərhədin delimitasiya olunmuş hissəsində, Voskepar kəndi yaxınlığında sərhədçilər üçün müşahidə məntəqələrinin tikintisinə başlanıb.
Bizim.Media ölkə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyana Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının Baş Qərargah rəisi Edqar Unanyan məruzə edib.
“Biz altı müşahidə məntəqəsi quraşdırmışıq, Azərbaycan tərəfi isə hələ ki yollar çəkir, məntəqə quraşdırmayıb. Əldə olunan bütün razılaşmalar yerinə yetirilir”, - deyə Unanyan qeyd edib.
Bizim.Media