Rusiya yeni səfərbərliyə HAZIRLAŞIR – “Ukrayna bu ərazilərini də itirə bilər”

Qərb mətbuatının iddiasına görə Rusiya yeni qismən səfərbərlik elan etməklə hücum əməliyyatlarını genişləndirməyə hazırlaşır. "Financial Times"ın məlumatına görə, Rusiyada qismən səfərbərlik 2024-cü ilin sonunda elan edilə bilər. 

Nəşrin Rusiya Silahlı Qüvvələri rəhbərliyinə yaxın mənbəyə istinadən verdiyi məlumata görə, üstünlüyünü qorumaq üçün Moskva yeni yol axtarmalı olacaq.

Həmin iddiada deyilir ki, bu ilin sonu və ya 2025-ci ilin əvvəlində “yeni qismən səfərbərlik qaçılmaz olacaq. 

Aydın məsələdir ki, yeni səfərbərlik olacağı təqdirdə Rusiya cəbhədə daha böyük üstünlük əldə etmək imkanı qazanacaq. Ən azından bu fonda canlı qüvvə baxımından Rusiyanın mövcud imkanları daha da artacaq. Belə vəziyyətdə isə Ukraynanın mövqeyi  daha da zəifləyə bilər.  

Görəsən, Rusiyada yeni qismən səfərbərlik fonunda Ukrayna daha hansı ərazilərini itirə bilər?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirir ki, Rusiyanın yeni səfərbərliyi fonunda Ukrayna Nikolayev və Xarkov vilayətlərini də itirə bilər:

“Hazırda diqqəti çəkən məqam Rusiyanın canlı qüvvənin sayını artırmaq və texnoloji imkanlarını səfərbər etməklə bir neçə istiqamətdə hərbi əməliyyatların miqyasını  genişləndirməsidir. Təxminən 100 km məsafədə cəbhə xətti böyüyüb. Daha əvvəllər Ukraynanın şimal-şərq istiqamətində müharibə getmirdisə, artıq Rusiyanın Bryansk istiqamətindən Xarkov vilayətinə doğru hərbi əməliyyatları genişləndirdiyini görürük. 

Bütün bunlar Rusiyanı məcbur edir ki, qarşıdakı dövrdə şəxsi heyətin sayının artırılması üçün yeni qismən səfərbərlik həyata keçirsin”. 

Həmsöhbətimiz deyir ki, bu isə 200 mindən artıq yeni canlı qüvvənin hərbi xidmətə cəlb olunması demək olacaq: 

“Görünən odur ki, Rusiya Xarkov, Donetsk və Xerson istiqamətində müharibənin miqyasını artırmağı qarşıya məqsəd qoyub. Nəticədə xüsusi əməliyyat adlandırılan savaş real müharibə fazasına keçəcək. Rusiya iri miqyaslı müharibə başlayarsa, Ukrayna Xersondan qərbdəki Nikolayev vilayəti və Xarkov da itirə bilər. Xarkovun ələ keçirilməsi Rusiya ordusunun Luqansk və Donetsk istiqamətindəki mövqelərini də gücləndirə bilər”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lavrov: “Dünya siyasətində güc amili kəskin şəkildə artır” - VİDEO

Lavrov: “Dünya siyasətində güc amili kəskin şəkildə artır” - VİDEO

Saatlıq əməkhaqqı ilə bağlı YENİLİK – İyun ayınadək...

Saatlıq əməkhaqqı ilə bağlı YENİLİK – İyun ayınadək...

Yemək sifarişlərini DRONLAR DAŞIYACAQ – Kuryer peşəsi tarixdən silinir

Yemək sifarişlərini DRONLAR DAŞIYACAQ – Kuryer peşəsi tarixdən silinir

Tanınmış azərbaycanlı müğənninin səsi batdı: Bütün konsertləri LƏĞV EDİLDİ

Tanınmış azərbaycanlı müğənninin səsi batdı: Bütün konsertləri LƏĞV EDİLDİ

Bayram günlərində avtobusla daşınan sərnişinlərin sayı AÇIQLANDI

Bayram günlərində avtobusla daşınan sərnişinlərin sayı AÇIQLANDI

Sükan arxasında telefondan istifadə edən sürücüyə töhmət verildi - FOTO

Sükan arxasında telefondan istifadə edən sürücüyə töhmət verildi - FOTO

Xocavənd şəhərində daha 64 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Xocavənd şəhərində daha 64 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

"Daşdöyən" 3 maşın MODELİ

"Daşdöyən" 3 maşın MODELİ

“Zirə”nin legioneri “FİFA Series-2026”ın ən yaxşı oyunçusu SEÇİLDİ

“Zirə”nin legioneri “FİFA Series-2026”ın ən yaxşı oyunçusu SEÇİLDİ

Unudulmayan İNSANLIQ CİNAYƏTİ – 31 Mart Soyqırımının siyasi ANATOMİYASI

Unudulmayan İNSANLIQ CİNAYƏTİ – 31 Mart Soyqırımının siyasi ANATOMİYASI

Azərbaycanda insanın klonu patent obyekt kimi qəbul EDİLMƏYƏCƏK

Azərbaycanda insanın klonu patent obyekt kimi qəbul EDİLMƏYƏCƏK

Bu ərazilərdə evlər kəskin ucuzlaşacaq

Bu ərazilərdə evlər kəskin ucuzlaşacaq

Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin doğum günüdür – FOTO

Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin doğum günüdür – FOTO

Arnold Şvarseneggerin oğlundan uğurlu debüt - Foto

Arnold Şvarseneggerin oğlundan uğurlu debüt - Foto

Qaradağda 2 yaşlı uşağın MÜƏMMALI ÖLÜMÜ

Qaradağda 2 yaşlı uşağın MÜƏMMALI ÖLÜMÜ

Aprelin ilk GÜNÜNÜN HAVASI: 25 dərəcə isti...

Aprelin ilk GÜNÜNÜN HAVASI: 25 dərəcə isti...

İranın dron və raketləri neftin qiymətini yüksəldir - Analitiklər xəbərdarlıq edir

İranın dron və raketləri neftin qiymətini yüksəldir - Analitiklər xəbərdarlıq edir

Yağışdan sonra sürüşmə zonaları aktivləşib – RƏSMİ

Yağışdan sonra sürüşmə zonaları aktivləşib – RƏSMİ

Nazirliyin bəzi səlahiyyətləri Su Ehtiyatları Agentliyinə verildi - SƏRƏNCAM

Nazirliyin bəzi səlahiyyətləri Su Ehtiyatları Agentliyinə verildi - SƏRƏNCAM

Sərnişin daşımalarında icazənin alınması üçün bu sənədlər də TƏLƏB OLUNACAQ – SİYAHI

Sərnişin daşımalarında icazənin alınması üçün bu sənədlər də TƏLƏB OLUNACAQ – SİYAHI

Çin İran savaşının 32-ci günündə düyməyə basdı: “Dərhal dayandırın!” – VİDEO

Çin İran savaşının 32-ci günündə düyməyə basdı: “Dərhal dayandırın!” – VİDEO

Bu şəxslərə Prezident təqaüdü veriləcək – FƏRMAN

Bu şəxslərə Prezident təqaüdü veriləcək – FƏRMAN

Dünyada ən böyük mis, qızıl və gümüş yatağı bu ərazidə tapıldı

Dünyada ən böyük mis, qızıl və gümüş yatağı bu ərazidə tapıldı

Arif Əsədov: “Qələbənin böyüyü-kiçiyi olmur”

Arif Əsədov: “Qələbənin böyüyü-kiçiyi olmur”

End of content

No more pages to load

RADİO