Ölkə başçısı Zəngilanın daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub.

Bizim.Media xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verib.

Bildirilib ki, layihə üzrə şəhərdaxili yolların ümumi uzunluğu 31 kilometrdir. Layihənin birinci mərhələsində ümumilikdə 17,14 kilometr uzunluğunda yollar salınacaq. İki və dörd hərəkət zolaqlı bu yolların eni 18-34 metr olacaq. Yolboyu velosiped və piyada zolaqları yaradılacaq, yaşıllıqlar salınacaq.
Dövlətimizin başçısına Horadiz–Zəngilan avtomobil yolunda görülən əsaslı təmir işləri barədə də məlumat verilib.

Qeyd edək ki, Horadiz–Zəngilan avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biridir. Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi avtomobil yolunun Horadiz-Zəngilan hissəsi ötən əsrin 80-ci illərində inşa edilib və otuzillik işğal dövründə tamamilə sıradan çıxarılaraq yararsız vəziyyətə salınıb.

Uzunluğu 61 kilometr olan Horadiz–Zəngilan avtomobil yolunun əsaslı təmiri dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən həyata keçirilib. Təmir-tikinti işləri Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi avtomobil yolunun Horadiz-Zəngilan hissəsində aparılıb. Üçüncü texniki dərəcəyə uyğun olaraq əsaslı şəkildə yenidən qurulan yolun torpaq yatağının eni 12 metrdir. Yolboyu mövcud asfalt-beton örtüyü qazılaraq kənarlaşdırılıb, yol yatağının və yol əsasının tikintisi, müxtəlif ölçülü suötürücü boruların inşası, körpülərin təmiri, həmçinin kommunikasiya xətlərinin köçürülməsi işləri görülüb.

Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.

Sonra Prezident İlham Əliyev Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub.
 







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Maksim Prevo belçikalıların İrandan təxliyəsinə görə Azərbaycana TƏŞƏKKÜR ETDİ

Maksim Prevo belçikalıların İrandan təxliyəsinə görə Azərbaycana TƏŞƏKKÜR ETDİ

Tunel qətliamının şahidi: "İki qardaşım və bir bacımdan hələ də xəbər yoxdur" - FOTO

Tunel qətliamının şahidi: "İki qardaşım və bir bacımdan hələ də xəbər yoxdur" - FOTO

Şəkidə evdə partlayış olub, iki nəfər xəsarət alıb - FOTO

Şəkidə evdə partlayış olub, iki nəfər xəsarət alıb - FOTO

"Fənərbağça"nın prezidenti QƏZAYA DÜŞDÜ

"Fənərbağça"nın prezidenti QƏZAYA DÜŞDÜ

Paytaxt yollarında SIXLIQ VAR

Paytaxt yollarında SIXLIQ VAR

“ABŞ-ın NATO ilə gələcək əməkdaşlığı Trampdan asılı olacaq” - Pentaqon rəhbəri

“ABŞ-ın NATO ilə gələcək əməkdaşlığı Trampdan asılı olacaq” - Pentaqon rəhbəri

Növbəti "Xarıbülbül" Musiqi Festivalına hazırlıqlar BAŞLADI

Növbəti "Xarıbülbül" Musiqi Festivalına hazırlıqlar BAŞLADI

Tarixdə ən bahalı şərab şüşəsi hərracda 812 min dollara satıldı - FOTO

Tarixdə ən bahalı şərab şüşəsi hərracda 812 min dollara satıldı - FOTO

Yaddaşlardan silinməyən QƏTLİAM – 1918-ci ilin bu günündə Qıpçaq kəndində baş verən DƏHŞƏTLƏR – FOTO

Yaddaşlardan silinməyən QƏTLİAM – 1918-ci ilin bu günündə Qıpçaq kəndində baş verən DƏHŞƏTLƏR – FOTO

Hegsetdən ETİRAF: “İranda quru qoşunların yerləşdirilməsi variantını istisna etmirik”

Hegsetdən ETİRAF: “İranda quru qoşunların yerləşdirilməsi variantını istisna etmirik”

Bu seriallar axşam yayımlanmayacaq

Bu seriallar axşam yayımlanmayacaq

Bu ölkədə benzin KƏSKİN BAHALAŞDI

Bu ölkədə benzin KƏSKİN BAHALAŞDI

Su basan ticarət mərkəzləri qanunsuz tikilib yoxsa sadə vətəndaşın evi?

Su basan ticarət mərkəzləri qanunsuz tikilib yoxsa sadə vətəndaşın evi?

Rasim Balayevin yerinə onlardan biri seçiləcək - ADLAR

Rasim Balayevin yerinə onlardan biri seçiləcək - ADLAR

Sabahdan Azərbaycanda balıq ovu QADAĞAN EDİLİR

Sabahdan Azərbaycanda balıq ovu QADAĞAN EDİLİR

Naxçıvanın bu ərazilərində işıq olmayacaq

Naxçıvanın bu ərazilərində işıq olmayacaq

Bayram günlərində zəhərlənənlərin SAYI AÇIQLANDI

Bayram günlərində zəhərlənənlərin SAYI AÇIQLANDI

Bakıda yağışa görə evləri su altında qalan sakinlər otellərə yerləşdirilib – FOTO

Bakıda yağışa görə evləri su altında qalan sakinlər otellərə yerləşdirilib – FOTO

Tramp İranla razılaşmaya hazırdır - ABŞ-ın müdafiə naziri

Tramp İranla razılaşmaya hazırdır - ABŞ-ın müdafiə naziri

Millimizin oyunçuları nə qədər MÜKAFAT ALACAQ?

Millimizin oyunçuları nə qədər MÜKAFAT ALACAQ?

Kallasdan Ukraynaya ayrılan 90 milyard avronun taleyi ilə bağlı AÇIQLAMA

Kallasdan Ukraynaya ayrılan 90 milyard avronun taleyi ilə bağlı AÇIQLAMA

Bayram günlərində baş verən qəzaların ANBAAN VİDEOSU

Bayram günlərində baş verən qəzaların ANBAAN VİDEOSU

“Aztelekom”un Sumqayıtda İNTERNET KRİZİSİ

“Aztelekom”un Sumqayıtda İNTERNET KRİZİSİ

Əfsanəvi boksçu Məhəmməd Əlinin 20 milyonluq evi – Yeni sahibi kimdir? – FOTO

Əfsanəvi boksçu Məhəmməd Əlinin 20 milyonluq evi – Yeni sahibi kimdir? – FOTO

End of content

No more pages to load

RADİO