Azərbaycan niyə Belarus üçün daim etibarlı tərəfdaş sayılıb? – Oleq Qaydukeviçdən ÖZƏL AÇIQLAMA

“Belarus müstəqillik əldə etdikdən sonrakı dövrdə Azərbaycan ölkəmizin ən etibarlı tərəfdaşlarından biri olub. Bu həm də Azərbaycan və Belarus prezidentləri arasında yaxşı münasibətlərin təzahürüdür. Onlar arasında qarşılıqlı etimad mövcuddur”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Belarus parlamentinin beynəlxalq məsələlər üzrə Komissiyası sədrinin müavini, Prezident Palatasının deputatı Oleq Qaydukeviç deyib.

“Münasibətlərimizin yeni mərhələsi başlayır”

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfərini, Prezident İlham Əliyevlə imzalanan sənədləri şərh edən deputat, Belarus-Azərbaycan münasibətlərinin daha da inkişaf edəcəyini vurğulayıb: 

“Uğurun başqa bir açarı odur ki, biz bir-birimizə yaxşılıq, sülh, əmin-amanlıq və yaxşı həyat arzulayırıq. Bu illər ərzində Belarus prezidenti və Azərbaycan rəhbərləri həmişə dedikləri vədləri yerinə yetiriblər. Bilirsiniz ki, bu çox vacib və mühüm nüansdır. 

Bütün bu illər ərzində biz heç vaxt heç kimi təhdid etməmişik, heç vaxt heç bir münaqişəyə qarışmamışıq. Üstəlik, postsovet məkanında sülhün olması üçün hər şeyi etmişik. Bunu Azərbaycanda da, başqa ölkələrdə də bilirlər. Uğurun açarı da məhz budur. Ona görə də bütün bu illərdən sonra Belarus prezidentinin Azərbaycana səfəri münasibətlərin yeni mərhələsinin başlanması deməkdir”, - deyə deputat bildirib. 

“Hər iki ölkə daim sülh üçün çalışıb”

Oleq Qaydukeviç əlavə edib ki, Belarus şirkətləri də işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərəcək. Bu da, münasibətlərin daha da inkişafına xidmət edən amillərdəndir:

“Həqiqətən, Belarus prezidenti Belarus şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin canlanmasına kömək edəcəklərini söylədi. Biz hər yerə yaxşılıqla gəlmişik. Bizim yaxşı münasibətlərimizin də kökü ondan ibarətdir ki, postsovet məkanında olan bütün münaqişələrdə, o cümlədən Azərbaycanın üzləşdiyi münaqişədə biz həmişə ədalətli mövqe tutmuşuq, sülh tələb etmişik, konstruktivlik axtarmışıq və heç vaxt hansısa münaqişələri qızışdırmamışıq. 
Belaruslular həmişə münaqişələrin olmamasına çalışırlar. Bu, çox dürüst mövqedir. Demək lazımdır ki, Azərbaycan da Belarusa münasibətdə hər zaman belə davranıb”.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Maksim Prevo belçikalıların İrandan təxliyəsinə görə Azərbaycana TƏŞƏKKÜR ETDİ

Maksim Prevo belçikalıların İrandan təxliyəsinə görə Azərbaycana TƏŞƏKKÜR ETDİ

Tunel qətliamının şahidi: "İki qardaşım və bir bacımdan hələ də xəbər yoxdur" - FOTO

Tunel qətliamının şahidi: "İki qardaşım və bir bacımdan hələ də xəbər yoxdur" - FOTO

Şəkidə evdə partlayış olub, iki nəfər xəsarət alıb - FOTO

Şəkidə evdə partlayış olub, iki nəfər xəsarət alıb - FOTO

"Fənərbağça"nın prezidenti QƏZAYA DÜŞDÜ

"Fənərbağça"nın prezidenti QƏZAYA DÜŞDÜ

Paytaxt yollarında SIXLIQ VAR

Paytaxt yollarında SIXLIQ VAR

“ABŞ-ın NATO ilə gələcək əməkdaşlığı Trampdan asılı olacaq” - Pentaqon rəhbəri

“ABŞ-ın NATO ilə gələcək əməkdaşlığı Trampdan asılı olacaq” - Pentaqon rəhbəri

Növbəti "Xarıbülbül" Musiqi Festivalına hazırlıqlar BAŞLADI

Növbəti "Xarıbülbül" Musiqi Festivalına hazırlıqlar BAŞLADI

Tarixdə ən bahalı şərab şüşəsi hərracda 812 min dollara satıldı - FOTO

Tarixdə ən bahalı şərab şüşəsi hərracda 812 min dollara satıldı - FOTO

Yaddaşlardan silinməyən QƏTLİAM – 1918-ci ilin bu günündə Qıpçaq kəndində baş verən DƏHŞƏTLƏR – FOTO

Yaddaşlardan silinməyən QƏTLİAM – 1918-ci ilin bu günündə Qıpçaq kəndində baş verən DƏHŞƏTLƏR – FOTO

Hegsetdən ETİRAF: “İranda quru qoşunların yerləşdirilməsi variantını istisna etmirik”

Hegsetdən ETİRAF: “İranda quru qoşunların yerləşdirilməsi variantını istisna etmirik”

Bu seriallar axşam yayımlanmayacaq

Bu seriallar axşam yayımlanmayacaq

Bu ölkədə benzin KƏSKİN BAHALAŞDI

Bu ölkədə benzin KƏSKİN BAHALAŞDI

Su basan ticarət mərkəzləri qanunsuz tikilib yoxsa sadə vətəndaşın evi?

Su basan ticarət mərkəzləri qanunsuz tikilib yoxsa sadə vətəndaşın evi?

Rasim Balayevin yerinə onlardan biri seçiləcək - ADLAR

Rasim Balayevin yerinə onlardan biri seçiləcək - ADLAR

Sabahdan Azərbaycanda balıq ovu QADAĞAN EDİLİR

Sabahdan Azərbaycanda balıq ovu QADAĞAN EDİLİR

Naxçıvanın bu ərazilərində işıq olmayacaq

Naxçıvanın bu ərazilərində işıq olmayacaq

Bayram günlərində zəhərlənənlərin SAYI AÇIQLANDI

Bayram günlərində zəhərlənənlərin SAYI AÇIQLANDI

Bakıda yağışa görə evləri su altında qalan sakinlər otellərə yerləşdirilib – FOTO

Bakıda yağışa görə evləri su altında qalan sakinlər otellərə yerləşdirilib – FOTO

Tramp İranla razılaşmaya hazırdır - ABŞ-ın müdafiə naziri

Tramp İranla razılaşmaya hazırdır - ABŞ-ın müdafiə naziri

Millimizin oyunçuları nə qədər MÜKAFAT ALACAQ?

Millimizin oyunçuları nə qədər MÜKAFAT ALACAQ?

Kallasdan Ukraynaya ayrılan 90 milyard avronun taleyi ilə bağlı AÇIQLAMA

Kallasdan Ukraynaya ayrılan 90 milyard avronun taleyi ilə bağlı AÇIQLAMA

Bayram günlərində baş verən qəzaların ANBAAN VİDEOSU

Bayram günlərində baş verən qəzaların ANBAAN VİDEOSU

“Aztelekom”un Sumqayıtda İNTERNET KRİZİSİ

“Aztelekom”un Sumqayıtda İNTERNET KRİZİSİ

Əfsanəvi boksçu Məhəmməd Əlinin 20 milyonluq evi – Yeni sahibi kimdir? – FOTO

Əfsanəvi boksçu Məhəmməd Əlinin 20 milyonluq evi – Yeni sahibi kimdir? – FOTO

End of content

No more pages to load

RADİO