1916-cı ildə hazırlanan PLAN – Gizli Sayks-Pikot müqaviləsini İŞİD və Qərblə nə bağlayır?

1916-cı il mayın 9-u və 16-da Böyük Britaniya və Fransa yüksək rütbəli diplomatlar arasında nota mübadiləsi yolu ilə Sayks-Pikot sazişi bağladılar. Bu gizli müqavilə Birinci Dünya Müharibəsinin sonunda Osmanlı İmperiyasının ərazisinin böyük bir hissəsinin müttəfiqlər arasında bölüşdürülməsini nəzərdə tuturdu. Razılaşmaya əsasən müasir Türkiyənin cənub-şərqi, Şimali İraq, Suriya və Livanın bir hissəsi fransızların, müasir İraqın cənub və mərkəzi bölgələri isə ingilislərin nəzarətinə keçməli idi.

Bu iki zona arasındakı ərazidə (bu gün Suriyanın bir hissəsi, İordaniya, İraqın qərbi və Ərəb yarımadasının şimal-şərq hissəsi var) Britaniya-Fransa protektoratlığı altında ərəb krallığının yaradılması planlaşdırılırdı. Müqaviləyə əsasən Bosfor və Çanaqqala boğazları isə vəd edildiyi kimi Rusiyaya verilirdi. 
Lakin sonradan bu planlar dəyişikliklərə məruz qaldı. Bununsa əsas səbəbkarı yeni Türkiyə Cümhuriyyəti və onun lideri Mustafa Kamal Atatürk idi. Amma çox qəribədir ki, Yaxın Şərq baş verənlər hələ də gizli Sayks-Pikot razılaşmasını xatırladır. 

100 il əvvəl Böyük Britaniya və Fransa Sayks-Pikot sazişi ilə Yaxın Şərqi öz aralarında bölüşdürdülər. Paris və London o vaxta qədər bölgəyə hakim olan Osmanlı İmperatorluğunun dağılacağını güman edirdilər. Sayks-Pikot müqaviləsi Birinci Dünya Müharibəsindəki qələbədən sonra  qaliblər arasında qənimət kimi paylanmalı idi. Ancaq sonradan müəyyəm ziddiyyətlər ortaya çıxdı. Nəticədə tamamilə fərqli mənzərə yarandı.

Rusiya bölgüdən narazı qaldı

Sayks-Piko müqaviləsi İkinci Dünya Müharibəsi qaliblərinin maraqları üçün nəzərdə tutulsa da nədənsə Rusiyaya çox az pay düşmüşdü. Üstəlik, Rusiyaya vəd edilən ərazilər qısa zamanda Türkiyə Cümhurriyyətinin nəzarətinə keçdi. Məhz buna görə də Rusiyada bolşevik inqilabından sonra o vaxtkı SSRİ Xalq Xarici İşlər Komissarı Leon Trotski Antanta dövlətlərinin xəyanətinin və onların imperialist niyyətlərinin sübutu kimi müqavilənin mətnini mətbuatda dərc etdi. Müqavilə ilə birgə yayılan xəritədə də sənədi imzalayanların imperialist təfəkkürü açıq şəkildə göstərildi. 

İŞİD layihəsi haradan meydana çıxdı?

Nəzərə alaq ki, Ərəb dünyasında Qərbin Şərqə, ərəb xalqlarına və İslam dünyasına qarşı uzun müddət davam edən qeyri-dost münasibətindən bu gün də danışırlar. Bu, Sayks-Pikot müqaviləsi də bu nəzəriyyəyə tam uyğun gəlir. Baxmayaraq ki, o razılaşma  gizli idi. Amma, müqavilə yalnız imzalayan dövlətlərin maraqlarına xidmət edirdi.

Bir müddət əvvəl Suriyada işidçilər ortaya çıxdı. Nə təsadüfdürsə İŞİD ”dövləti”   Sayks-Pikot müqaviləsinin şərtlərini reallaşdırmağa çalışırdı. İŞİD-in vaxtilə yaydığı xəritə ingilis-fransız razılaşması ilə 1916-cı ildə hazırlanan xəritə ilə üst-üstə düşürdü. Əgər Türkiyə bu dəfə də müqavimət göstərməsəydi, yeni “xilafət” yaradılacaqdı. Xilafətsə adı İslam dövləti olsa da, Qərbin ideyalarını reallaşdıracaq bir terror dəstəsi idi. Qərb İŞİD-in əli ilə Fars körfəzini və Ərəb yarımadasını, eləcə də Türkiyəni xarabazarlığa çevirmək istəyirdi. 

Lakin 100 il əvvəl Türkiyə Cümhuriyyətinin qətiyyəti sayəsində yarımçıq qalan bədnam layihəni Qərb bu dəfə də reallaşdıra bilmədi. Əngəlsə yenə Türkiyə oldu.

Bəs 108 il əvvəlki razılaşmadan Qərb niyə əl çəkmir?

Məlum olduğu kimi Fars körfəzi və Ərəb yarımadası dünyanın ən zəngin karbohidrogen ehtiyatları olan ərazisidir. Ona görə də Qərb hər zaman çalışıb ki, bu bölgə onların nəzarətində olsun. Bəlkə də buna görədir ki, bu zamana qədər böyük ərəb dövlətinin yaranmasına imkan verilməyib. Hazırda 22 ərəb dövləti var. Eyni dini, eyni dili və milli xüsusiyyətləri daşıyan dövlətlərin birləşməməsi doğrudan da təəccüblü görünür. 

Nə təsadüfdürsə ərəb dövlətləri bu gün mehriban qonşuluqdan çox-çox uzaqdır. Hazırda Suriyanın, Omanın digər ərəb dövlətləri ilə münasibətləri düşmənçilik səviyyəsindədir. Bu da Qərbin apardığı düşmənçilik siyasətinin bir parçasıdır. Qərb heç zaman razı olmayacaq ki, ərəb dövlətləri bir araya gəlsin, bir mövqedən çıxış etsin. 
Ona görə də 1916-cı ildə İngilis diplomatı M.Sayks və fransız diplomat F.Georges-Pikot tərəfindən hazırlanmış layihə bir əsr keçməsinə baxmayaraq, yenə də masadadır və öz aktuallığını itirməyib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Maksim Prevo belçikalıların İrandan təxliyəsinə görə Azərbaycana TƏŞƏKKÜR ETDİ

Maksim Prevo belçikalıların İrandan təxliyəsinə görə Azərbaycana TƏŞƏKKÜR ETDİ

Tunel qətliamının şahidi: "İki qardaşım və bir bacımdan hələ də xəbər yoxdur" - FOTO

Tunel qətliamının şahidi: "İki qardaşım və bir bacımdan hələ də xəbər yoxdur" - FOTO

Şəkidə evdə partlayış olub, iki nəfər xəsarət alıb - FOTO

Şəkidə evdə partlayış olub, iki nəfər xəsarət alıb - FOTO

"Fənərbağça"nın prezidenti QƏZAYA DÜŞDÜ

"Fənərbağça"nın prezidenti QƏZAYA DÜŞDÜ

Paytaxt yollarında SIXLIQ VAR

Paytaxt yollarında SIXLIQ VAR

“ABŞ-ın NATO ilə gələcək əməkdaşlığı Trampdan asılı olacaq” - Pentaqon rəhbəri

“ABŞ-ın NATO ilə gələcək əməkdaşlığı Trampdan asılı olacaq” - Pentaqon rəhbəri

Növbəti "Xarıbülbül" Musiqi Festivalına hazırlıqlar BAŞLADI

Növbəti "Xarıbülbül" Musiqi Festivalına hazırlıqlar BAŞLADI

Tarixdə ən bahalı şərab şüşəsi hərracda 812 min dollara satıldı - FOTO

Tarixdə ən bahalı şərab şüşəsi hərracda 812 min dollara satıldı - FOTO

Yaddaşlardan silinməyən QƏTLİAM – 1918-ci ilin bu günündə Qıpçaq kəndində baş verən DƏHŞƏTLƏR – FOTO

Yaddaşlardan silinməyən QƏTLİAM – 1918-ci ilin bu günündə Qıpçaq kəndində baş verən DƏHŞƏTLƏR – FOTO

Hegsetdən ETİRAF: “İranda quru qoşunların yerləşdirilməsi variantını istisna etmirik”

Hegsetdən ETİRAF: “İranda quru qoşunların yerləşdirilməsi variantını istisna etmirik”

Bu seriallar axşam yayımlanmayacaq

Bu seriallar axşam yayımlanmayacaq

Bu ölkədə benzin KƏSKİN BAHALAŞDI

Bu ölkədə benzin KƏSKİN BAHALAŞDI

Su basan ticarət mərkəzləri qanunsuz tikilib yoxsa sadə vətəndaşın evi?

Su basan ticarət mərkəzləri qanunsuz tikilib yoxsa sadə vətəndaşın evi?

Rasim Balayevin yerinə onlardan biri seçiləcək - ADLAR

Rasim Balayevin yerinə onlardan biri seçiləcək - ADLAR

Sabahdan Azərbaycanda balıq ovu QADAĞAN EDİLİR

Sabahdan Azərbaycanda balıq ovu QADAĞAN EDİLİR

Naxçıvanın bu ərazilərində işıq olmayacaq

Naxçıvanın bu ərazilərində işıq olmayacaq

Bayram günlərində zəhərlənənlərin SAYI AÇIQLANDI

Bayram günlərində zəhərlənənlərin SAYI AÇIQLANDI

Bakıda yağışa görə evləri su altında qalan sakinlər otellərə yerləşdirilib – FOTO

Bakıda yağışa görə evləri su altında qalan sakinlər otellərə yerləşdirilib – FOTO

Tramp İranla razılaşmaya hazırdır - ABŞ-ın müdafiə naziri

Tramp İranla razılaşmaya hazırdır - ABŞ-ın müdafiə naziri

Millimizin oyunçuları nə qədər MÜKAFAT ALACAQ?

Millimizin oyunçuları nə qədər MÜKAFAT ALACAQ?

Kallasdan Ukraynaya ayrılan 90 milyard avronun taleyi ilə bağlı AÇIQLAMA

Kallasdan Ukraynaya ayrılan 90 milyard avronun taleyi ilə bağlı AÇIQLAMA

Bayram günlərində baş verən qəzaların ANBAAN VİDEOSU

Bayram günlərində baş verən qəzaların ANBAAN VİDEOSU

“Aztelekom”un Sumqayıtda İNTERNET KRİZİSİ

“Aztelekom”un Sumqayıtda İNTERNET KRİZİSİ

Əfsanəvi boksçu Məhəmməd Əlinin 20 milyonluq evi – Yeni sahibi kimdir? – FOTO

Əfsanəvi boksçu Məhəmməd Əlinin 20 milyonluq evi – Yeni sahibi kimdir? – FOTO

End of content

No more pages to load

RADİO