Azərbaycan və Küveytin Vəkillər kollegiyaları arasında Memorandum İMZALANDI - FOTO

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) və Küveyt Vəkillər Kollegiyası arasında birgə əməkdaşlıq haqqında Memorandumun imzalanma mərasimi keçirilib.

Azərbaycan Vəkillər Kollegiyasından Bizim.Media-ya verilən məlumata görə, memorandumda Küveytdə yaşayan azərbaycanlıların və Azərbaycanda yaşayan küveytlilərin hüquqlarının səmərəli müdafiəsi ilə bağlı birgə təşəbbüslərə dair müddəalar təsbit olunub.

ARVK-nın inzibati binasında keçirilən görüşdə Kollegiyanın sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov rəhbərlik etdiyi qurumun fəaliyyəti, görülən işlər barədə ətraflı məlumat verib. O son illərdə digər ölkələrin vəkillər kollegiyaları ilə memorandumlar imzalanaraq xeyli faydalı əməkdaşlığın qurulduğunu söyləyib.
Eyni zamanda, sədr son dövrlər vəkillikdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə böyük üstünlük verildiyini, Kollegiya tərəfindən yaradılan “Elektron vəkil orderi” sisteminin artıq respublika üzrə fəaliyyətə başladığını, həmin sistemin vəkillər və ictimaiyyət tərəfindən maraqla qarşılandığını, habelə getdikcə İKT mütəxəssisləri sayəsində təkmilləşdirildiyini qeyd edib.

Həmçinin Anar Bağırov son illər dövlət başçısının müasir çağırışlara uyğun həyata keçirilən məhkəmə-hüquq islahatları, ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində görülən işlər, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməsi üçün işlək mexanizmlərin yaradılması barədə qonaqları məlumatlandırıb. Eləcə də hakimlərin sosial müdafiəsindən, məhkəmələrin təminatının yaxşılaşdırılmasından, innovativ və rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsindən danışıb.

Mərasimdə ARVK-nın Baş katibi Bayram Orucov təqdimatla çıxış edərək son dövrlər Kollegiyada görülən işlərin, ölkədə aparılan məhkəmə-hüquq islahatlarının hesabatlılığını təqdim edib.

Baş katib, həmçinin Azərbaycanın Vəkillər Kollegiyasının beynəlxalq təşkilatlarla əlaqələrinin qurulmasından, çoxsaylı nüfuzlu təşkilatlara üzv qəbul edilməsindən, o cümlədən sıx əməkdaşlıq çərçivəsində ərsəyə gətirilən bir sıra layihələrdən söz açıb. O əldə olunan beynəlxalq təcrübələrin Kollegiyanın fəaliyyətindəki rolundan nümunələr gətirib.

Küveyt Vəkillər Kollegiyasının vitse-prezidenti Adnan M.Hassan ARVK ilə əməkdaşlığın qurulmasını yüksək qiymətləndirib, habelə iki ölkə arasında qarşılıqlı əlaqələrdən söz açıb. O, səfərin məqsədi və görüşün əhəmiyyəti barədə ətraflı məlumat verib, ARVK ilə sıx əməkdaşlığın vəkillərin beynəlxalq təcrübəni öyrənmələrində böyük rol oynayacağını söyləyib.

Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq barədə təkliflər səsləndirilib.

Yekunda hər iki tərəf bir-birinə xatirə hədiyyəsi təqdim edib.

Mərasimdən sonra qonaqlar “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun (VB) inzibati binası ilə tanış olub, büronun fəaliyyəti barədə ətraflı məlumatlandırılıb. Vəkil Bürosunun müdiri Kamandar Nəsibov diqqətə çatdırıb ki, hazırda büroda 100-dən çox ölkədən vəkil cübbələri (mantiyaları) toplanıb, ARVK-nın dəstəyi ilə dünyada ilk dəfə “Dünya vəkil cübbələri və atributları” sərgisi keçirilib və muzeyi yaradılıb. Vəkil Bürosundakı həmin muzeydə vəkillik və ədliyyə tarixinə dair medallar, ordenlər, döş nişanları, markalar və pul əsginasları da daxil olmaqla, ümumilikdə 10 minə yaxın eksponat yer alır.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ayaz Salayev: “Orada Şəfiqə Məmmədovadan başqa namizəd yoxdur” - ÖZƏL

Ayaz Salayev: “Orada Şəfiqə Məmmədovadan başqa namizəd yoxdur” - ÖZƏL

“Mən İranı məhv etdim” - Tramp

“Mən İranı məhv etdim” - Tramp

Yazda varlanmağa ciddi şansı olan BEŞ BÜRC

Yazda varlanmağa ciddi şansı olan BEŞ BÜRC

Ağdamda FACİƏ: 22 yaşlı gənc dayısıqızını bıçaqladı

Ağdamda FACİƏ: 22 yaşlı gənc dayısıqızını bıçaqladı

Maksim Prevo belçikalıların İrandan təxliyəsinə görə Azərbaycana TƏŞƏKKÜR ETDİ

Maksim Prevo belçikalıların İrandan təxliyəsinə görə Azərbaycana TƏŞƏKKÜR ETDİ

Tunel qətliamının şahidi: "İki qardaşım və bir bacımdan hələ də xəbər yoxdur" - FOTO

Tunel qətliamının şahidi: "İki qardaşım və bir bacımdan hələ də xəbər yoxdur" - FOTO

Şəkidə evdə partlayış olub, iki nəfər xəsarət alıb - FOTO

Şəkidə evdə partlayış olub, iki nəfər xəsarət alıb - FOTO

"Fənərbağça"nın prezidenti QƏZAYA DÜŞDÜ

"Fənərbağça"nın prezidenti QƏZAYA DÜŞDÜ

Paytaxt yollarında SIXLIQ VAR

Paytaxt yollarında SIXLIQ VAR

“ABŞ-ın NATO ilə gələcək əməkdaşlığı Trampdan asılı olacaq” - Pentaqon rəhbəri

“ABŞ-ın NATO ilə gələcək əməkdaşlığı Trampdan asılı olacaq” - Pentaqon rəhbəri

Növbəti "Xarıbülbül" Musiqi Festivalına hazırlıqlar BAŞLADI

Növbəti "Xarıbülbül" Musiqi Festivalına hazırlıqlar BAŞLADI

Tarixdə ən bahalı şərab şüşəsi hərracda 812 min dollara satıldı - FOTO

Tarixdə ən bahalı şərab şüşəsi hərracda 812 min dollara satıldı - FOTO

Yaddaşlardan silinməyən QƏTLİAM – 1918-ci ilin bu günündə Qıpçaq kəndində baş verən DƏHŞƏTLƏR – FOTO

Yaddaşlardan silinməyən QƏTLİAM – 1918-ci ilin bu günündə Qıpçaq kəndində baş verən DƏHŞƏTLƏR – FOTO

Hegsetdən ETİRAF: “İranda quru qoşunların yerləşdirilməsi variantını istisna etmirik”

Hegsetdən ETİRAF: “İranda quru qoşunların yerləşdirilməsi variantını istisna etmirik”

Bu seriallar axşam yayımlanmayacaq

Bu seriallar axşam yayımlanmayacaq

Bu ölkədə benzin KƏSKİN BAHALAŞDI

Bu ölkədə benzin KƏSKİN BAHALAŞDI

Su basan ticarət mərkəzləri qanunsuz tikilib yoxsa sadə vətəndaşın evi?

Su basan ticarət mərkəzləri qanunsuz tikilib yoxsa sadə vətəndaşın evi?

Rasim Balayevin yerinə onlardan biri seçiləcək - ADLAR

Rasim Balayevin yerinə onlardan biri seçiləcək - ADLAR

Sabahdan Azərbaycanda balıq ovu QADAĞAN EDİLİR

Sabahdan Azərbaycanda balıq ovu QADAĞAN EDİLİR

Naxçıvanın bu ərazilərində işıq olmayacaq

Naxçıvanın bu ərazilərində işıq olmayacaq

Bayram günlərində zəhərlənənlərin SAYI AÇIQLANDI

Bayram günlərində zəhərlənənlərin SAYI AÇIQLANDI

Bakıda yağışa görə evləri su altında qalan sakinlər otellərə yerləşdirilib – FOTO

Bakıda yağışa görə evləri su altında qalan sakinlər otellərə yerləşdirilib – FOTO

Tramp İranla razılaşmaya hazırdır - ABŞ-ın müdafiə naziri

Tramp İranla razılaşmaya hazırdır - ABŞ-ın müdafiə naziri

Millimizin oyunçuları nə qədər MÜKAFAT ALACAQ?

Millimizin oyunçuları nə qədər MÜKAFAT ALACAQ?

End of content

No more pages to load

RADİO