Laçının işğalı və azadlığı: tarix AXC-Müsavat cütlüyünün xəyanətini unutmur

Vətən müharibəsinə qədər hər il 18 may tarixini Laçının işğal təqvimi olaraq qeyd edirdik. Artıq təqvimdə belə bir gün yoxdur, bütün torpaqlarımız kimi Laçın da artıq azaddır. Lakin o tarixi də unutmamalıyıq, xüsusilə dərs çıxarmaq və bir daha yaşamamaq üçün.

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, 1992-ci ilin 18 mayı Laçının işğalı ilə nəticələndi, həmin vaxt Xocalıda dəhşətli soyqırımı baş vermişdi, torpaqlarımız bir-bir əldən gedirdi. Bakıda isə hakimiyyət davası aparırdılar.

AXC-Müsavat cütlüyü hakimiyyəti ələ keçirmək üçün torpaqlarımızın işğalına belə razı olacaq qədər məkrli siyasət yürüdürdü.

Həmin vaxt prezident Ayaz Mütəllibovu istefaya verməyə çağırır, əks təqdirdə, qan töküləcəyini bəyan edirdilər. 8 may tarixində Şuşanı işğal edən erməni silahlı dəstələri isə Laçını ələ keçirməklə Ermənistanla quru əlaqəsini yaratmağı planlaşdırırdılar. Şuşanın itirilməsi Azərbaycanda ruh düşkünlüyü yaratmışdı. Şuşanın azad edilməsinin əksinə, Bakıda əsl iqtidar davası gedirdi. 

Mayın 12-dən etibarən orduda itaətsizlik başladı. AXC-Müsavat cütlüyünə yaxın olan Laçın alayının şəhərdən çıxarılmasına start verildi. Bu, açıq şəkildə Laçını erməni işğalçılarına təslim etmək demək idi. Laçında artıq qarışıqlıq yaranmışdı. Mayın 14-dən 15-nə keçən gecə AXC batalyonunun döyüşçüləri cəbhə bölgəsindən geri çəkilməyə başladılar. Geri çəkilərkən yayılan xəbərlər digər bölmələr arasında da qarışıqlıq yaratdı və orduda əsl çaxnaşma başlandı.

Məlumatlara görə, mayın 15-dən başlayaraq, ordunun böyük bir hissəsi heç bir göstəriş olmadan cəbhə bölgəsindən geri çəkildi. Mayın 15-də Ayaz Mütəllibov istefa verdi və hakimiyyət AXC-Müsavat qüvvələrinə keçdi. Həmin gün 777-ci xüsusi təyinatlı batalyon Laçında dayanmadan Qubadlıya, 771-ci hücum dəstəsi isə Yevlaxa getdi. 773-cü hücum dəstəsi də 16 may 1992-ci ilin səhəri Laçını tərk etdi. Mayın 16-da Laçın boşalmışdı və cəbhə bölgəsindən çıxan hərbçilər Bakıya qayıdırdılar. 18 mayda ermənilər asanlıqla, heç bir müqavimət olmadan Laçını işğal etdi.

Qarabağ separatçılarının lideri, Ermənistanın keçmiş prezidenti olmuş Robert Koçaryan Laçının işğalı haqda bunları yazır:

“Şuşanı aldıqdan sonra rəqib ruhdan düşdü. Biz isə qələbədən ilhamlanaraq Laçın istiqamətində irəliləməyə davam etdik. Ermənistanla Qarabağı birləşdirən dəhlizin tutulması bizim üçün həyati əhəmiyyətli idi. Rəqibin müdafiəni təşkil etməsinə imkan verməmək və yenidən güc toplamasına mane olmaq üçün tempi saxlamaq lazım idi. Hücum sürətlə həyata keçirildi, dəstələrimiz kəndləri, demək olar ki, müqavimət olmadan ələ keçirdi.

Düşmən hər şeyi – silahları, texnikanı, döyüş sursatını tərk edərək panika içində geri çəkildi. Qələbə sayəsində təkcə hərbi yox, həm də digər resurslarımızı da artırdıq. Tərk edilmiş bütün kəndlərdə qida, yanacaq təchizatı, ev heyvanları, ehtiyacımız olan hər şey var idi. Yalnız bir həftə ərzində qoşunlarımız bütün Laçın bölgəsini azad etdi və 18 mayda Laçına daxil olduq. Hər şey Şuşadakı ssenaridə olduğu kimi baş verdi. Laçının müdafiəçiləri hücum ərəfəsində onu tərk etdilər və biz boş şəhərə girdik”.

Laçın boyda şəhərin işğalında Ermənistan ordusu cəmi 25 itki verib. Şuşdan sonra Laçın da işğal edildi, amma Bakıda hakimiyyət davası hələ də gedirdi.

Laçının AXC-Müsavat hakimiyyətinin cinayətkar səriştəsizliyi və xəyanəti nəticəsində işğal edildiyi tarixi faktdır. Bu xəyanət torpaqlarımızın 28 il işğalda qalması ilə nəticələndi.


2020-ci il 27 sentyabr Laçının və işğal altındakı digər ərazilərin azadlığa qovuşmasının başlanması oldu. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatına başladı və düşmənin 4 ilə işğal etdiyi torpaqlarımızı cəmi 44 günə azad etdi. Laçın artıq azaddır və 18 may təqvimi daha “Laçının işğal günü” kimi qeyd olunmur. Bu, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qələbəsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lukaku heyətdən kənarlaşıdırılır

Lukaku heyətdən kənarlaşıdırılır

Sabah bəzi ərazilərdə QAZ OLMAYACAQ

Sabah bəzi ərazilərdə QAZ OLMAYACAQ

“Ölümümü gözləyirəm, vaxtım gəlib çatmır” - Xalq artisti

“Ölümümü gözləyirəm, vaxtım gəlib çatmır” - Xalq artisti

SON DƏQİQƏ: Binəqədidə partlayış baş verib, xəsarət alan var - VİDEO

SON DƏQİQƏ: Binəqədidə partlayış baş verib, xəsarət alan var - VİDEO

“Tottenhem”in yeni baş məşqçisi müəyyənləşdi

“Tottenhem”in yeni baş məşqçisi müəyyənləşdi

Xaricdən ikinci əl avtomobil almaq istəyənlərə XƏBƏRDARLIQ

Xaricdən ikinci əl avtomobil almaq istəyənlərə XƏBƏRDARLIQ

Azərbaycana xəyanət edən "alim"in əsl siması: İqbal Əbilovun arxasında kimlər dayanır? - VİDEO

Azərbaycana xəyanət edən "alim"in əsl siması: İqbal Əbilovun arxasında kimlər dayanır? - VİDEO

Ayaz Salayev: “Orada Şəfiqə Məmmədovadan başqa namizəd yoxdur” - ÖZƏL

Ayaz Salayev: “Orada Şəfiqə Məmmədovadan başqa namizəd yoxdur” - ÖZƏL

“Mən İranı məhv etdim” - Tramp

“Mən İranı məhv etdim” - Tramp

Yazda varlanmağa ciddi şansı olan BEŞ BÜRC

Yazda varlanmağa ciddi şansı olan BEŞ BÜRC

Ağdamda FACİƏ: 22 yaşlı gənc dayısıqızını bıçaqladı

Ağdamda FACİƏ: 22 yaşlı gənc dayısıqızını bıçaqladı

Maksim Prevo belçikalıların İrandan təxliyəsinə görə Azərbaycana TƏŞƏKKÜR ETDİ

Maksim Prevo belçikalıların İrandan təxliyəsinə görə Azərbaycana TƏŞƏKKÜR ETDİ

Tunel qətliamının şahidi: "İki qardaşım və bir bacımdan hələ də xəbər yoxdur" - FOTO

Tunel qətliamının şahidi: "İki qardaşım və bir bacımdan hələ də xəbər yoxdur" - FOTO

Şəkidə evdə partlayış olub, iki nəfər xəsarət alıb - FOTO/VİDEO

Şəkidə evdə partlayış olub, iki nəfər xəsarət alıb - FOTO/VİDEO

"Fənərbağça"nın prezidenti QƏZAYA DÜŞDÜ

"Fənərbağça"nın prezidenti QƏZAYA DÜŞDÜ

Paytaxt yollarında SIXLIQ VAR

Paytaxt yollarında SIXLIQ VAR

“ABŞ-ın NATO ilə gələcək əməkdaşlığı Trampdan asılı olacaq” - Pentaqon rəhbəri

“ABŞ-ın NATO ilə gələcək əməkdaşlığı Trampdan asılı olacaq” - Pentaqon rəhbəri

Növbəti "Xarıbülbül" Musiqi Festivalına hazırlıqlar BAŞLADI

Növbəti "Xarıbülbül" Musiqi Festivalına hazırlıqlar BAŞLADI

Tarixdə ən bahalı şərab şüşəsi hərracda 812 min dollara satıldı - FOTO

Tarixdə ən bahalı şərab şüşəsi hərracda 812 min dollara satıldı - FOTO

Yaddaşlardan silinməyən QƏTLİAM – 1918-ci ilin bu günündə Qıpçaq kəndində baş verən DƏHŞƏTLƏR – FOTO

Yaddaşlardan silinməyən QƏTLİAM – 1918-ci ilin bu günündə Qıpçaq kəndində baş verən DƏHŞƏTLƏR – FOTO

Hegsetdən ETİRAF: “İranda quru qoşunların yerləşdirilməsi variantını istisna etmirik”

Hegsetdən ETİRAF: “İranda quru qoşunların yerləşdirilməsi variantını istisna etmirik”

Bu seriallar axşam yayımlanmayacaq

Bu seriallar axşam yayımlanmayacaq

Bu ölkədə benzin KƏSKİN BAHALAŞDI

Bu ölkədə benzin KƏSKİN BAHALAŞDI

Su basan ticarət mərkəzləri qanunsuz tikilib yoxsa sadə vətəndaşın evi?

Su basan ticarət mərkəzləri qanunsuz tikilib yoxsa sadə vətəndaşın evi?

End of content

No more pages to load

RADİO