Ukrayna üçün son 30 GÜN – Rusiya sülh masasına qalib tərəf kimi OTURACAQ?

Rusiya müharibənin başlanğıcından sonrakı dövrdə ilk dəfə uğurlu hücum əməliyyatlarına başlayıb. CNN xəbər verir ki, Rusiya qüvvələrinin eyni vaxtda bir neçə istiqamətdə uğurla irəliləməsi fonunda Kiyev üçün vəziyyət gündən-günə pisləşməkdə davam edir.

Belə ki, Rusiya qoşunlarının Xarkov istiqamətində irəlilədiyi bildirilir. Telekanalın hesablamalarına görə, bu, xüsusi əməliyyatın ilk günlərindən bəri ən sürətli templə hücumdur.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyadan gözlənilməz HÜCUM - "Xarkovda döyüşlər gedir"


Məlumatda əlavə edilir ki, Rusiya digər sahələrdə də irəliləyiş əldə edərək, Ukrayna Silahlı Qüvvələrini öz mövqelərindən geri çəkilməyə məcbur edir.

CNN etiraf edir ki, sonrakı geri çəkilmə Kiyev üçün Donetsk vilayətinin bütün ərazisinin itirilməsinə gətirib çıxaracaq. 

Həqiqətən də, son zamanlar Kiyev olduqca çətin duruma düşüb. Artıq Ukrayna ordusu əvvəlki tək Rusiya ordusunun hücumlarının qarşısını almağa qadir deyil. Xarkov istiqamətindən yeni cəbhə xəttinin açılması isə Ukraynanın vəziyyətini daha da ağırlaşdırır. 

Yaranmış vəziyyətdə müharibənin seyrinin yenidən dəyişdiyini demək olarmı? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu bildirir ki, artıq müharibənin hansı sonluqla bitəcəyi bəllidir. Onun fikrincə, Rusiya prosesdən qalib çıxacaq:

“Hərbi üstünlük hazırda birmənalı şəkildə Rusiyanın əlindədir. Güman edirəm ki, Qərbin Ukraynanı silah, sursatla təmin etməsinə baxmayaraq, Rusiyanı durdurmaq çətin olacaq. Müharibədən sonra Ukraynanın bərpası ilə bağlı verilən suala NATO baş katibi Stoltenberq bildirib ki, bunun üçün ilk növbədə Kiyev müharibədə qalib gəlməlidir və qalib gəlməyəcəyi təqdirdə, Ukraynanın bərpasına nə ehtiyac var? Bu açıqlamanın özü göstərir ki, NATO-nun birinci şəxsi belə Rusiya ilə savaşda Kiyevin qalib gələcəyinə əmin deyil”. 

Həmsöhbətimiz qeyd edir ki, hazırda Qərbdə Rusiya ilə kompromisə gəlmək üçün müəyyən çağırışlar səslənir:

“Gələn ay İsveçrədə sülh forumunun keçirilməsi nəzərdə tutulub. Burada Rusiya ilə sülh danışıqlarının mümkün variantları barədə müzakirələr açılacaq. Müharibə qanunlarına görə, sülh şərtlərini diqtə edən tərəf qalib tərəf olub. İndiki reallıqda isə qalib tərəf təsirini bağışlayan hələ ki, Rusiyadır. 

Qərbin Ukraynanı silahlandırması da ona görədir ki, müharibə uzansın və Kiyev daha məqbul şərtlərlə danışıqlara getsin. Belə ki, Qərb də gözəl anlayır ki, sonda Ukrayna ciddi ərazi güzəştlərinə getməli olacaq. Qərb bu güzəştlərin hansı həddə və hansı ərazilərdən keçəcəyi ilə bağlı kompromis variantlar üzərində düşünür”. 

Ekspert deyir ki, Putin Belousovu müdafiə naziri təyin etməklə əslində Rusiya iqtisadiyyatını uzunmüddətli müharibəyə hazırlayır: 

“Rusiya hərbi sənaye kompleksi üç növbədə işləyir və bu ordunun hərbi ehtiyacları tam mənada ödənilir. Qərb isə Ukraynanın bir aylıq hərbi ehtiyaclarını belə ödəmək iqtidarında deyil”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Klub borcları ödəmədi, transfer qadağası ilə ÜZLƏŞDİ

Klub borcları ödəmədi, transfer qadağası ilə ÜZLƏŞDİ

"Teleqram"da başqasının adıyla yazanlar ifşa olunacaq - YENİLİK

"Teleqram"da başqasının adıyla yazanlar ifşa olunacaq - YENİLİK

Ağlamaq hansı hallarda kömək edir və ya əhvalı daha da korlayır - ARAŞDIRMA

Ağlamaq hansı hallarda kömək edir və ya əhvalı daha da korlayır - ARAŞDIRMA

Pezeşkian normallaşmanın əsas şərtini AÇIQLADI

Pezeşkian normallaşmanın əsas şərtini AÇIQLADI

Lukaku heyətdən kənarlaşıdırılır

Lukaku heyətdən kənarlaşıdırılır

Sabah bəzi ərazilərdə QAZ OLMAYACAQ

Sabah bəzi ərazilərdə QAZ OLMAYACAQ

“Ölümümü gözləyirəm, vaxtım gəlib çatmır” - Xalq artisti

“Ölümümü gözləyirəm, vaxtım gəlib çatmır” - Xalq artisti

SON DƏQİQƏ: Binəqədidə partlayış baş verib, xəsarət alan var - VİDEO

SON DƏQİQƏ: Binəqədidə partlayış baş verib, xəsarət alan var - VİDEO

“Tottenhem”in yeni baş məşqçisi müəyyənləşdi

“Tottenhem”in yeni baş məşqçisi müəyyənləşdi

Xaricdən ikinci əl avtomobil almaq istəyənlərə XƏBƏRDARLIQ

Xaricdən ikinci əl avtomobil almaq istəyənlərə XƏBƏRDARLIQ

Azərbaycana xəyanət edən "alim"in əsl siması: İqbal Əbilovun arxasında kimlər dayanır? - VİDEO

Azərbaycana xəyanət edən "alim"in əsl siması: İqbal Əbilovun arxasında kimlər dayanır? - VİDEO

Ayaz Salayev: “Orada Şəfiqə Məmmədovadan başqa namizəd yoxdur” - ÖZƏL

Ayaz Salayev: “Orada Şəfiqə Məmmədovadan başqa namizəd yoxdur” - ÖZƏL

“Mən İranı məhv etdim” - Tramp

“Mən İranı məhv etdim” - Tramp

Yazda varlanmağa ciddi şansı olan BEŞ BÜRC

Yazda varlanmağa ciddi şansı olan BEŞ BÜRC

Ağdamda FACİƏ: 22 yaşlı gənc dayısıqızını bıçaqladı

Ağdamda FACİƏ: 22 yaşlı gənc dayısıqızını bıçaqladı

Maksim Prevo belçikalıların İrandan təxliyəsinə görə Azərbaycana TƏŞƏKKÜR ETDİ

Maksim Prevo belçikalıların İrandan təxliyəsinə görə Azərbaycana TƏŞƏKKÜR ETDİ

Tunel qətliamının şahidi: "İki qardaşım və bir bacımdan hələ də xəbər yoxdur" - FOTO

Tunel qətliamının şahidi: "İki qardaşım və bir bacımdan hələ də xəbər yoxdur" - FOTO

Şəkidə evdə partlayış olub, iki nəfər xəsarət alıb - FOTO/VİDEO

Şəkidə evdə partlayış olub, iki nəfər xəsarət alıb - FOTO/VİDEO

"Fənərbağça"nın prezidenti QƏZAYA DÜŞDÜ

"Fənərbağça"nın prezidenti QƏZAYA DÜŞDÜ

Paytaxt yollarında SIXLIQ VAR

Paytaxt yollarında SIXLIQ VAR

“ABŞ-ın NATO ilə gələcək əməkdaşlığı Trampdan asılı olacaq” - Pentaqon rəhbəri

“ABŞ-ın NATO ilə gələcək əməkdaşlığı Trampdan asılı olacaq” - Pentaqon rəhbəri

Növbəti "Xarıbülbül" Musiqi Festivalına hazırlıqlar BAŞLADI

Növbəti "Xarıbülbül" Musiqi Festivalına hazırlıqlar BAŞLADI

Tarixdə ən bahalı şərab şüşəsi hərracda 812 min dollara satıldı - FOTO

Tarixdə ən bahalı şərab şüşəsi hərracda 812 min dollara satıldı - FOTO

Yaddaşlardan silinməyən QƏTLİAM – 1918-ci ilin bu günündə Qıpçaq kəndində baş verən DƏHŞƏTLƏR – FOTO

Yaddaşlardan silinməyən QƏTLİAM – 1918-ci ilin bu günündə Qıpçaq kəndində baş verən DƏHŞƏTLƏR – FOTO

End of content

No more pages to load

RADİO