PISA üzrə II ICESCO Nazirlər Konfransının ilk günü yekunlaşıb - FOTO

Mayın 13-də Bakıda PISA üzrə II ICESCO Nazirlər Konfransının ilk günü başa çatıb.

Bizim.Media xəbər verir ki, Elm və Təhsil Nazirliyi, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) təşkilatçılığı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) tərəfdaşlığı ilə keçirilən beynəlxalq konfrans “PISA 2022 nəticələrinə dair icmal: qlobal və regional trendlər” mövzusuna həsr olunub.

Açılış mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bu tədbirin PISA qiymətləndirmələrinin ICESCO-ya üzv dövlətlər üçün vacibliyini müzakirə etmək imkanı yaratdığını söyləyib. Təhsilin qiymətləndirilməsi və siyasətin hazırlanması üçün vahid qiymətləndirmənin effektiv olduğunu deyən Emin Əmrullayev konfransda aparılan fikir mübadilələrinin cəmiyyətlərin gələcək təhsil həyatına töhfə verəcəyinə inamını ifadə edib.
Emin Əmrullayev vurğulayıb ki, tədbirin məqsədlərindən biri də islam ölkələri tərəfindən şagird nailiyyətlərinin qiymətləndirilməsi ilə bağlı beynəlxalq tədqiqatın təşkili prosesində Azərbaycanın vasitəçiliyini təmin etməkdir. Nazir ölkəmizin illər ərzində şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsində iştirak etdiyini və bunun həm təhsilin keyfiyyətinin, həm də rəqabətliliyin artırılması üçün önəmli olduğunu bildirib.

Açılış mərasimində çıxış edən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik bildirib ki, bu konfrans 2022-ci il noyabrın 9-da ICESCO-nun mənzil-qərargahında keçirilən birinci konfransın uğuruna əsaslandığı üçün böyük əhəmiyyət kəsb edir. Baş direktor əlavə edib ki, hazırkı konfrans qlobal mühitdə təhsilin keyfiyyətini yaxşılaşdırmaq istiqamətində üzərimizə götürdüyümüz öhdəliyin sübutudur.

Daha sonra konfransa onlayn qoşulan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer tədbirin təşkili üçün Azərbaycana təşəkkür edib.

PISA tədqiqatının nəticələrindən danışan Andreas Şleyxer qeyd edib ki, şagirdlər üçün məktəbləri daha uzun müddət açıq saxlamaq, rəqəmsal distraktorları məhdudlaşdırmaq, şagirdlərin öyrənmə prosesində valideynlərlə tərəfdaşlığı gücləndirmək, təhsildə təbəqələşmənin qarşısını almaq, müəllimlərin inkişaf və tədris materiallarını ehtiyaclara uyğunlaşdırmaq, məktəblərdə tədrisin keyfiyyət təminatını yaxşılaşdırmaq pandemiyadan sonra daha çox gündəmdə olmalıdır.

Konfransda OECD-nin nümayəndəsi Maykl Vord “PISA 2022 nəticələrinə ümumi baxış: qlobal və regional trendlər” mövzusunda təqdimatla çıxış edib.

Konfransın ilk günü “Şagird nailiyyətləri: riyaziyyat, oxu və təbiət elmləri sahəsində şagirdlər nələr edə bilərlər?”, “Məktəb mühitinin şagirdlərin öyrənmə prosesinə dəstəyi”, “Müəllimlər üçün metodiki vəsait və peşəkar inkişaf təlimlərinin şagird nailiyyətlərinə təsiri” mövzularında panel sessiyaları keçirilib.
Sessiyalar çərçivəsində beynəlxalq nəticələr və ICESCO üzrə iştirakçı ölkələrin nəticələrinin müqayisəli təhlili, PISA-nın Azərbaycan üzrə nəticələri, onların qərarvermədə təsiri, gələcəyin bacarıqları və digər mövzularda interaktiv müzakirələr aparılıb. Müzakirələr zamanı ölkəmizin beynəlxalq qiymətləndirmələrdə aktiv iştirakı qeyd edilib. Əlavə olaraq bildirilib ki, islam ölkələri arasında şagirdlərin qiymətləndirmə çərçivələrinin hazırlanması nəzərdə tutulur və Azərbaycan bu prosesə öz dəstəyini göstərəcək.

Konfrans mayın 14-də işini davam etdirəcək.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Klub borcları ödəmədi, transfer qadağası ilə ÜZLƏŞDİ

Klub borcları ödəmədi, transfer qadağası ilə ÜZLƏŞDİ

"Teleqram"da başqasının adıyla yazanlar ifşa olunacaq - YENİLİK

"Teleqram"da başqasının adıyla yazanlar ifşa olunacaq - YENİLİK

Ağlamaq hansı hallarda kömək edir və ya əhvalı daha da korlayır - ARAŞDIRMA

Ağlamaq hansı hallarda kömək edir və ya əhvalı daha da korlayır - ARAŞDIRMA

Pezeşkian normallaşmanın əsas şərtini AÇIQLADI

Pezeşkian normallaşmanın əsas şərtini AÇIQLADI

Lukaku heyətdən kənarlaşıdırılır

Lukaku heyətdən kənarlaşıdırılır

Sabah bəzi ərazilərdə QAZ OLMAYACAQ

Sabah bəzi ərazilərdə QAZ OLMAYACAQ

“Ölümümü gözləyirəm, vaxtım gəlib çatmır” - Xalq artisti

“Ölümümü gözləyirəm, vaxtım gəlib çatmır” - Xalq artisti

SON DƏQİQƏ: Binəqədidə partlayış baş verib, xəsarət alan var - VİDEO

SON DƏQİQƏ: Binəqədidə partlayış baş verib, xəsarət alan var - VİDEO

“Tottenhem”in yeni baş məşqçisi müəyyənləşdi

“Tottenhem”in yeni baş məşqçisi müəyyənləşdi

Xaricdən ikinci əl avtomobil almaq istəyənlərə XƏBƏRDARLIQ

Xaricdən ikinci əl avtomobil almaq istəyənlərə XƏBƏRDARLIQ

Azərbaycana xəyanət edən "alim"in əsl siması: İqbal Əbilovun arxasında kimlər dayanır? - VİDEO

Azərbaycana xəyanət edən "alim"in əsl siması: İqbal Əbilovun arxasında kimlər dayanır? - VİDEO

Ayaz Salayev: “Orada Şəfiqə Məmmədovadan başqa namizəd yoxdur” - ÖZƏL

Ayaz Salayev: “Orada Şəfiqə Məmmədovadan başqa namizəd yoxdur” - ÖZƏL

“Mən İranı məhv etdim” - Tramp

“Mən İranı məhv etdim” - Tramp

Yazda varlanmağa ciddi şansı olan BEŞ BÜRC

Yazda varlanmağa ciddi şansı olan BEŞ BÜRC

Ağdamda FACİƏ: 22 yaşlı gənc dayısıqızını bıçaqladı

Ağdamda FACİƏ: 22 yaşlı gənc dayısıqızını bıçaqladı

Maksim Prevo belçikalıların İrandan təxliyəsinə görə Azərbaycana TƏŞƏKKÜR ETDİ

Maksim Prevo belçikalıların İrandan təxliyəsinə görə Azərbaycana TƏŞƏKKÜR ETDİ

Tunel qətliamının şahidi: "İki qardaşım və bir bacımdan hələ də xəbər yoxdur" - FOTO

Tunel qətliamının şahidi: "İki qardaşım və bir bacımdan hələ də xəbər yoxdur" - FOTO

Şəkidə evdə partlayış olub, iki nəfər xəsarət alıb - FOTO/VİDEO

Şəkidə evdə partlayış olub, iki nəfər xəsarət alıb - FOTO/VİDEO

"Fənərbağça"nın prezidenti QƏZAYA DÜŞDÜ

"Fənərbağça"nın prezidenti QƏZAYA DÜŞDÜ

Paytaxt yollarında SIXLIQ VAR

Paytaxt yollarında SIXLIQ VAR

“ABŞ-ın NATO ilə gələcək əməkdaşlığı Trampdan asılı olacaq” - Pentaqon rəhbəri

“ABŞ-ın NATO ilə gələcək əməkdaşlığı Trampdan asılı olacaq” - Pentaqon rəhbəri

Növbəti "Xarıbülbül" Musiqi Festivalına hazırlıqlar BAŞLADI

Növbəti "Xarıbülbül" Musiqi Festivalına hazırlıqlar BAŞLADI

Tarixdə ən bahalı şərab şüşəsi hərracda 812 min dollara satıldı - FOTO

Tarixdə ən bahalı şərab şüşəsi hərracda 812 min dollara satıldı - FOTO

Yaddaşlardan silinməyən QƏTLİAM – 1918-ci ilin bu günündə Qıpçaq kəndində baş verən DƏHŞƏTLƏR – FOTO

Yaddaşlardan silinməyən QƏTLİAM – 1918-ci ilin bu günündə Qıpçaq kəndində baş verən DƏHŞƏTLƏR – FOTO

End of content

No more pages to load

RADİO