Gürcüstan iki OD ARASINDA – Qonşularımız Qərbə yoxsa Şərqə ÜZ TUTACAQLAR?

Gürcüstan tarixi seçim anındadır. Mayın 1-də bu ölkənin parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda dəstəkləyib. Bu fonda ölkə Prezidenti Salome Zurabişvili ona vetə qoyacağını bəyan edib. Lakin məsələ ondadır ki, qanun layihəsi üçüncü oxunuşda qəbul ediləcəyi təqdirdə artıq Prezident veto qoymaq səlahiyyətinə malik olmayacaq. 

Keçən həftə sonu parlamentin sədri Şalva Papuaşvili isə bildirib ki, deputatlar bu həftə xarici agentlər haqqında qanun layihəsinə üçüncü və yekun oxunuşda baxacaqlar.

Həmçinin, o da bəlli olub ki, Gürcüstan parlamentinin Hüquq Komissiyası mayın 13-də keçiriləcək iclasında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə üçüncü oxunuşda baxacaq. Üçüncü iclasda yalnız texniki və redaksiya dəyişiklikləri edilə bilər. Qanun layihəsinin plenar iclasda üçüncü oxunuşda müzakirəyə çıxarılacağı tarixə gəlincə, bu barədə qərar büro tərəfindən veriləcək. 

Görəsən xarici agentlər haqqında qanun son oxunuşda qəbul olunsa, nə baş verəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirir ki, mövcud durumda Gürcüstanda vəziyyət dəyişəcək və Rusiya Qərbin Qafqaza girməsinə əngəl olacaq:

“ABŞ və Avropa artıq Qafqazın ağırlıq mərkəzini Ermənistandan Gürcüstana keçirib. Belədə Gürcüstanda dövlət çevrilişi etməyə çalışacaqlar. Bu da Gürcüstanda rəngli inqilabların baş tutması ilə bağlıdır. Ermənistanda isə bu alınmır. 

Lakin bu dəfə Qərbin Gürcüstanda çevriliş etmək cəhdləri alınmayacaq. Çünki İvanaşvili Rusiyanın adamıdır. Yeni baş nazir də Moskvanın göstərişilə hərəkət edir. Prezident Zurabişvili bu fonda heç nə edə bilməyəcək. Onun veto qoyması ilə məsələ həll olunan deyil. Belə ki, üçüncü oxunuşda parlament təkrar olaraq qanunu qəbul etsə, Konstitusiyaya görə daha Zurabişviliyə ehtiyac qalmayacaq. Oktyabr seçkilərinə qədər hakim partiya xarici agentlər haqqında qanun layihəsini qəbul edib tam başa çatdıracaq”. 

Ekspertə görə, Gürcüstanda vəziyyət dəyişəcək: 

“Vaşinqton ağırlıq mərkəzini Gürcüstana keçirsə də, heç nəyə nail olmayacaq. Qərbpərəstlərin aksiyaları da sonda heç bir nəticə verməyəcək. Bu da Saakaşvilidən sonra əhalinin Qərbə etimadının azalması ilə bağlıdır. Mövcud hakimiyyət hələlik özünü qoruyub saxlaya biləcək. Onların arxasında Rusiya dayanır. Prosesdə son nöqtəni isə oktyabrda olacaq seçkilər qoyacaq. Məhz bu seçkilərin nəticələri Tiflisin hansı yolla gedəcəyinə aydınlıq gətirəcək”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Klub borcları ödəmədi, transfer qadağası ilə ÜZLƏŞDİ

Klub borcları ödəmədi, transfer qadağası ilə ÜZLƏŞDİ

"Teleqram"da başqasının adıyla yazanlar ifşa olunacaq - YENİLİK

"Teleqram"da başqasının adıyla yazanlar ifşa olunacaq - YENİLİK

Ağlamaq hansı hallarda kömək edir və ya əhvalı daha da korlayır - ARAŞDIRMA

Ağlamaq hansı hallarda kömək edir və ya əhvalı daha da korlayır - ARAŞDIRMA

Pezeşkian normallaşmanın əsas şərtini AÇIQLADI

Pezeşkian normallaşmanın əsas şərtini AÇIQLADI

Lukaku heyətdən kənarlaşıdırılır

Lukaku heyətdən kənarlaşıdırılır

Sabah bəzi ərazilərdə QAZ OLMAYACAQ

Sabah bəzi ərazilərdə QAZ OLMAYACAQ

“Ölümümü gözləyirəm, vaxtım gəlib çatmır” - Xalq artisti

“Ölümümü gözləyirəm, vaxtım gəlib çatmır” - Xalq artisti

SON DƏQİQƏ: Binəqədidə partlayış baş verib, xəsarət alan var - VİDEO

SON DƏQİQƏ: Binəqədidə partlayış baş verib, xəsarət alan var - VİDEO

“Tottenhem”in yeni baş məşqçisi müəyyənləşdi

“Tottenhem”in yeni baş məşqçisi müəyyənləşdi

Xaricdən ikinci əl avtomobil almaq istəyənlərə XƏBƏRDARLIQ

Xaricdən ikinci əl avtomobil almaq istəyənlərə XƏBƏRDARLIQ

Azərbaycana xəyanət edən "alim"in əsl siması: İqbal Əbilovun arxasında kimlər dayanır? - VİDEO

Azərbaycana xəyanət edən "alim"in əsl siması: İqbal Əbilovun arxasında kimlər dayanır? - VİDEO

Ayaz Salayev: “Orada Şəfiqə Məmmədovadan başqa namizəd yoxdur” - ÖZƏL

Ayaz Salayev: “Orada Şəfiqə Məmmədovadan başqa namizəd yoxdur” - ÖZƏL

“Mən İranı məhv etdim” - Tramp

“Mən İranı məhv etdim” - Tramp

Yazda varlanmağa ciddi şansı olan BEŞ BÜRC

Yazda varlanmağa ciddi şansı olan BEŞ BÜRC

Ağdamda FACİƏ: 22 yaşlı gənc dayısıqızını bıçaqladı

Ağdamda FACİƏ: 22 yaşlı gənc dayısıqızını bıçaqladı

Maksim Prevo belçikalıların İrandan təxliyəsinə görə Azərbaycana TƏŞƏKKÜR ETDİ

Maksim Prevo belçikalıların İrandan təxliyəsinə görə Azərbaycana TƏŞƏKKÜR ETDİ

Tunel qətliamının şahidi: "İki qardaşım və bir bacımdan hələ də xəbər yoxdur" - FOTO

Tunel qətliamının şahidi: "İki qardaşım və bir bacımdan hələ də xəbər yoxdur" - FOTO

Şəkidə evdə partlayış olub, iki nəfər xəsarət alıb - FOTO/VİDEO

Şəkidə evdə partlayış olub, iki nəfər xəsarət alıb - FOTO/VİDEO

"Fənərbağça"nın prezidenti QƏZAYA DÜŞDÜ

"Fənərbağça"nın prezidenti QƏZAYA DÜŞDÜ

Paytaxt yollarında SIXLIQ VAR

Paytaxt yollarında SIXLIQ VAR

“ABŞ-ın NATO ilə gələcək əməkdaşlığı Trampdan asılı olacaq” - Pentaqon rəhbəri

“ABŞ-ın NATO ilə gələcək əməkdaşlığı Trampdan asılı olacaq” - Pentaqon rəhbəri

Növbəti "Xarıbülbül" Musiqi Festivalına hazırlıqlar BAŞLADI

Növbəti "Xarıbülbül" Musiqi Festivalına hazırlıqlar BAŞLADI

Tarixdə ən bahalı şərab şüşəsi hərracda 812 min dollara satıldı - FOTO

Tarixdə ən bahalı şərab şüşəsi hərracda 812 min dollara satıldı - FOTO

Yaddaşlardan silinməyən QƏTLİAM – 1918-ci ilin bu günündə Qıpçaq kəndində baş verən DƏHŞƏTLƏR – FOTO

Yaddaşlardan silinməyən QƏTLİAM – 1918-ci ilin bu günündə Qıpçaq kəndində baş verən DƏHŞƏTLƏR – FOTO

End of content

No more pages to load

RADİO