İlham Əliyev Sus kəndinin sakinləri ilə səmimi söhbət edib

“Cənab Prezident, Siz 24 saatın heç 4 saatını yatmırsınız. Bura mənim öz torpağımdır. Cənab Prezident, Siz hər dəfə çıxış edəndə kövrəlirəm. Siz dünyada yeganə dövlət başçısısınız ki, müşavirələrdə, iclaslarda üzündən oxumadan çıxış edirsiniz, dünyanı heyran qoyursunuz. Hər prezident bunu bacarmır”.

Bizim.Media xəbər verir ki, bunu Prezidenti İlham Əliyev və Mehriban Əliyevanın Laçın rayonunun Sus kəndinə səfəri zamanı kənd sakinləri ilə görüşdə sakinlərdən biri deyib.

Dövlət başçısı sakinlərlə səmimi söhbət edib:

Prezident İlham Əliyev: Mən demişdim ki, sizi qaytaracağam, qaytardım.

Sakin: Qaytardın, sənə qurban olum. Sağ ol, xalqımın adından, buraya təzə gələn 20 ailənin adından Sizə təşəkkür edirəm. Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Çıxışlarınızda deyirsiniz, ata vəsiyyətini yerinə yetirdim. Sənə qurban olum, gözəl sözdür.

Sakin: Cənab Prezident olmasaydı, biz o Qələbəni qazana bilməzdik.

Prezident İlham Əliyev: Salam, qızım, salam.

Sakin: Mən Sizə uzun ömür, cansağlığı arzulayıram. Mən birincisi şəhidlərə Allahdan rəhmət diləyirəm, şəhid analarının əllərindən öpürəm. Qazilərimizə Allah cansağlığı versin. Bu çöllərdə istidə, yağışda, qarda xidmət edən əsgər balalarımıza Allah ömür versin, qəfil dərddən, bəladan qorusun. Bu günümüzə şükür. Şükür ki, bu sevinci, bu gözəl günü Siz bizə yaşatdınız, mümkün olmayanı mümkün etdiniz. Şükür bu günümüzə.

Prezident İlham Əliyev: Bundan sonra burada, öz doğma dədə-baba torpağınızda rahat yaşamalısınız, xoşbəxt yaşamalısınız.

Sakin: Allah ölənlərimizə də rəhmət eləsin, atalarımıza, analarımıza, cavanlarımıza. Ruhları şad olsun. Bu günə şükür.

Prezident İlham Əliyev: Xalqımızın tarixi həm şərəflidir, həm kədərlidir. Ancaq bizim tariximizdə keçmiş köçkünlər qədər əziyyət çəkən insanlar olmayıb. Həm mənəvi əzab, həm fiziki əziyyət, həm torpaqların itirilməsi, öz yaxınlarının məzarlarını ziyarət edə bilməməyiniz - bu dərdin misli-bərabəri yoxdur. Otuz il ərzində bizə deyirdilər ki, gözləyin, tələsməyin, müharibə aparmayın, bu münaqişənin hərbi həlli yoxdur. Ona görə belə deyirdilər ki, ermənilər burada əbədi yaşasın və biz bu torpaqları görməyək. Bizi razı salmaq istəyirdilər, inandırmağa çalışırdılar ki, məsələ müharibə yolu ilə həll olunmaz. Əsas məqsəd o idi ki, heç vaxt Azərbaycana imkan verməsinlər öz ərazi bütövlüyünü bərpa etsin. Ancaq biz nə etdik? Bax, bunun kimi minlərlə aslanın hesabına gəldik buraya və bu gün burada durmuşuq.
Hərbçi sakin: Bizim cənab polkovnikimiz bu müharibədə çox əziyyət çəkdi.

Sakinlər: Allah dəyməsin, Allah qorusun.

Prezident İlham Əliyev: Bundan sonra da müharibə olmamalıdır. Biz öz müharibəmizi bitirmişik. O, ədalətli müharibə idi, azadlıq müharibəsi idi. Həm 44 gün, həm 1 gün. Onunla da məsələ bitdi. Əgər Ermənistanda kimsə yenidən baş qaldırsa, dəmir yumruğu görəcək.

Sakin: Sağ ol, qadan alaram, sağ ol. Sənə qurban olaram. Cənab Prezident, Allah Sizi qorusun. Çox sağ olun, təşəkkür edirəm.

Prezident İlham Əliyev: Özü də bilirsiniz ki, bu işğal dövründə bəzi torpaqları guya bizə qaytaracaqdılar. Amma Laçından, ümumiyyətlə, söhbət aparmırdılar.

Sakin: Mümkün deyildi. Bir dənə güllə atılmadan Laçını aldın. Sənə qurban olum, Sənin başına dönüm.

Sakin: Laçın, Kəlbəcər, Ağdam bir güllə atılmadan alındı.

Prezident İlham Əliyev: Çünki biz haqq yolundayıq, ona görə Allah da həmişə bizə yardımçı olur.

Sakin: Cənab Prezident, bu görüşümüz həqiqətən də çox gözəl günə təsadüf edir. Bu gün bizim möhtərəm Ulu Öndərimizin 101 illiyidir. Mən özüm 271 saylı məktəbdə işləyirəm. Ulu Öndərimiz bizim məktəbimizə gəlmişdi. Mən o məktəbdən gəlmişəm buraya. Arzu edirəm ki, Sus sakini olaraq sentyabrın 15-dən mən də bu məktəbdə işləyim.

Prezident İlham Əliyev: Bəli, əlbəttə.

Sakin: Gənclərimiz də burada qalsınlar. Öz yurdumuzda qurub-yaradaq. Sus sakinləri adından Sizə çox təşəkkür edirik.

Prezident İlham Əliyev: Sus kəndində, Zabuxda məktəblər var. Laçın şəhərində 2 nömrəli məktəb tikilib, 1 nömrəli məktəb də inşa ediləcək.

Sakin: Çox sağ olun, Allah Sizdən razı olsun. Sizi verən Allaha şükür. Allah Sizi əskik eləməsin.

Prezident İlham Əliyev: Sağ olun. Sizə cansağlığı arzu edirəm, burada xoşbəxt yaşayın.

Sakin: Eşq olsun Ali Baş Komandanımıza!

Sakin: Allah razı olsun, ailəmin adından və öz adımdan Sizə təşəkkür edirəm.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Allah kölgənizi əskik etməsin bu xalqın üstündən, cənab Prezident.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Cənab Ali Baş Komandan, Allah Sizi qorusun.

Prezident İlham Əliyev: Çox sağ olun, salamat qalın. Xoşbəxt yaşayın burada.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızılın qiyməti kəskin artdı: Avstraliyanı yeni qızıl həyəcanı bürüdü

Qızılın qiyməti kəskin artdı: Avstraliyanı yeni qızıl həyəcanı bürüdü

Deputatlar tətilə çıxdı

Deputatlar tətilə çıxdı

Cəbrayıl və Zəngilan rayonlarında ilk dəfə Yeni il Qış yarmarkası keçirildi - FOTO

Cəbrayıl və Zəngilan rayonlarında ilk dəfə Yeni il Qış yarmarkası keçirildi - FOTO

Həsənriz kəndində torpaqlar əkin üçün istifadəyə veriləcək

Həsənriz kəndində torpaqlar əkin üçün istifadəyə veriləcək

Azərbaycan XİN: Tayvanın müstəqilliyini tanımırıq

Azərbaycan XİN: Tayvanın müstəqilliyini tanımırıq

Elektron siqaretlərdən istifadə qadağası TƏSDİQLƏNDİ

Elektron siqaretlərdən istifadə qadağası TƏSDİQLƏNDİ

105 nömrəli avtobusdan şikayət: "Qrafik üzrə işləmir"

105 nömrəli avtobusdan şikayət: "Qrafik üzrə işləmir"

İlin son günü hava necə olacaq?

İlin son günü hava necə olacaq?

Milli Məclis İlham Əliyev və birinci xanımı təbrik etdi

Milli Məclis İlham Əliyev və birinci xanımı təbrik etdi

Dəbilqəsiz moped idarə edənlər cərimələnəcək

Dəbilqəsiz moped idarə edənlər cərimələnəcək

Mədəni sərvətlərin qanunsuz istifadəsinə görə CƏRİMƏLƏR artırılır

Mədəni sərvətlərin qanunsuz istifadəsinə görə CƏRİMƏLƏR artırılır

Sosial şəbəkələrdə bəzi məlumatların paylaşılması QADAĞAN EDİLƏCƏK

Sosial şəbəkələrdə bəzi məlumatların paylaşılması QADAĞAN EDİLƏCƏK

Bu işçilərə ən azı 46 gün məzuniyyət veriləcək – SİYAHI

Bu işçilərə ən azı 46 gün məzuniyyət veriləcək – SİYAHI

Atalara ödənişli məzuniyyət veriləcək

Atalara ödənişli məzuniyyət veriləcək

Yaş həddinə görə dövlət qulluğuna xitam verilənlərə ŞAD XƏBƏR

Yaş həddinə görə dövlət qulluğuna xitam verilənlərə ŞAD XƏBƏR

Dövlət qulluqçuları ilə bağlı YENİLİK – Məvaciblərinin 3 mislini ALACAQLAR

Dövlət qulluqçuları ilə bağlı YENİLİK – Məvaciblərinin 3 mislini ALACAQLAR

Bu şəxslərin vərəsələrinə MÜAVİNƏT ÖDƏNİLƏCƏK

Bu şəxslərin vərəsələrinə MÜAVİNƏT ÖDƏNİLƏCƏK

Bu şəxslər rüsumdan AZAD EDİLİR

Bu şəxslər rüsumdan AZAD EDİLİR

Bu hərbçilərin xidmət müddəti azaldılır

Bu hərbçilərin xidmət müddəti azaldılır

Onlara da leytenant rütbəsi veriləcək - Qanun qəbul edildi

Onlara da leytenant rütbəsi veriləcək - Qanun qəbul edildi

Bu şəxslər hər gün ölümlə üz-üzədir: “Əmək haqları artırılmalıdır”

Bu şəxslər hər gün ölümlə üz-üzədir: “Əmək haqları artırılmalıdır”

"Euronews": "Bakı Ağ Şəhər" şəhər transformasiyasının simvoludur – VİDEO

"Euronews": "Bakı Ağ Şəhər" şəhər transformasiyasının simvoludur – VİDEO

Afrika Millətlər Kuboku: Mərakeş növbəti qələbəsini qazandı

Afrika Millətlər Kuboku: Mərakeş növbəti qələbəsini qazandı

Şuşada minatəmizləmədə YENİ QAYDA

Şuşada minatəmizləmədə YENİ QAYDA

End of content

No more pages to load

RADİO