"Türkiyə bizə qardaş ölkədir, İsrail isə bizim strateji tərəfdaşımızdır. Biz istəyirik ki, bizim dostlarımız bir-biri ilə dost olsunlar", - Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev belə deyib.
Bizim.Media xəbər verir ki, bu barədə yazan İsrail mətbuatı qeyd edir ki, Hikmət Hacıyev Azərbaycanın xarici siyasətinin müəyyənləşməsində mühüm rol oynayır.
Hikmət Hacıyev bildirib ki, rəsmi Bakı Azərbaycan-İsrail-Türkiyə görüşünün keçirilməsinə ev sahibliyi etməyə hazırdır. (Yeni Müsavat)
Bizim.Media