Co Baydenin bəyanatında tarixi həqiqətlərin təhrif olunması təəssüf doğurur” - XİN

“ABŞ Prezidenti Co Baydenin erməni anım günü münasibətilə səsləndirdiyi bəyanatında 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması təəssüf doğurur”.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin ABŞ Prezidentinin erməni anım günü münasibətilə etdiyi çıxışına dair şərhində deyilir.

“Qondarma “erməni soyqırımı” mövzusunu siyasiləşdirərək, gündəmə gətirənlər, həmin dövrdə erməni silahlı dəstələri tərəfindən 500 mindən artıq insanın kütləvi öldürülməsi halları, habelə erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər regionlarında törətdikləri kütləvi qırğınlara münasibətdə susqunluq nümayiş etdirir.

100 il bundan öncə baş verən hadisələr yanlış şəkildə təqdim edilərkən, 30 il bundan öncə Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımına hələ də ədalətli qiymətin verilməməsi qərəzlilik və ikili standart nümunəsidir.

1915-ci il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. Lakin məlum olduğu kimi, baş verən hadisələri ört-basdır etmək istəyən, özünü məzlum ölkə kimi qələmə verməyə çalışan Ermənistan, həmin dövrün hadisələrinin birgə tarixi komissiya tərəfindən araşdırılması barədə Türkiyənin təklifini qəbul etməyib.

Tarixin saxtalaşdırılması, “tarixin yenidən yazılması” cəhdləri və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi qəbuledilməzdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Diqqətlər Elvinlə Zubirdə – Axşamkı oyunda bunu edə bilsələr...

Sabiq deputat bacısı oğlunun HƏBSİNİ istəyir...

Elmlər Akademiyası yaxınlığında “Kristal”ın mərkəzi satış ofisi açıldı!

Təranə Musaya ƏSƏBİLƏŞDİ: “Məndən icazəsiz..." - VİDEO

Bakıda 83 yaşlı kişi itkin düşdü

Bakıda 83 yaşlı kişi itkin düşdü

Dağ xizəkçimiz Qış Olimpiya Oyunlarının növbəti mərhələsinə adladı

İsrail hava limanlarını müharibəyə hazırlayır - DETALLAR

Bakının mərkəzində ingilis azarkeşlərin uzun növbəsi – FOTO

Yeni ixtisas açılır: Keçid balı bu qədər olacaq

Zelenski: “Ukrayna və Rusiya bu məsələdə razılığa gəlib”

Xırdalan-Sumqayıt dəmir yolu xətti nə zaman açılacaq? – RƏSMİ AÇIQLAMA

36 gündür fasiləsiz yağış yağır - Tarixə düşdü – VİDEO

Aİ komissarı yenidən Azərbaycana gələcək – Ötən il Ağdama getmişdi

Sürücülərin NƏZƏRİNƏ: Bakıda iki gün bağlı qalan yolda yenə məhdudiyyətlər olacaq - VİDEO

Bakıda ərindən boşanmaq istəməyən qadın falçıya 16 min manat verib - Kuryoz DƏLƏDUZLUQ

Kadiyə 2 oyunluq CƏZA – “Qarabağ” cərimə OLUNDU

SON DƏQİQƏ! Şeyxin müavininin vəziyyəti pisləşdi - Təcili həkimlər çağırıldı

Xruşşovun nəticəsinin Krımla bağlı bəyanatı Rusiya siyasətçilərini QICIQLANDIRDI

“WhatsApp" yazışmaları bu hallarda izlənilə bilər – Ali Məhkəmədən AÇIQLAMA

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər azadlığa buraxıldı

Bu kollecə yeni direktor təyin olundu – FOTO

Uşaqlarımız sosial şəbəkələrdə gündə 5 saat vaxt keçirir - ŞOK RƏQƏMLƏR

Rusiya mətbuatı: “Qarabağ”ın futbolçuları mövsümün ən yaxşı oyununu oynamalıdır”

250 milyonluq villalarını onun adına keçirdi – VİDEO

End of content

No more pages to load

RADİO