Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində - FOTO/VİDEO

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam şəhərində olublar.

Bizim.Media xəbər verir ki, dövlət başçılarına şəhərin Baş planı barədə məlumat verilib.

Bildirilib ki, bir vaxtlar qaynar həyatın olduğu, əməksevər insanların qurub-yaratdıqları abad şəhərdən əsər-əlamət qalmayıb. Erməni işğalçılar xislətlərinə uyğun olaraq, Ağdamın ağ damlarını xarabalığa çevirib, şəhəri yerlə-yeksan ediblər. Buna görə Ağdamı “Qafqazın Xirosiması” adlandırırlar.

Məlumat verilib ki, Ermənistan silahlı qüvvələrinin daşı-daş üstə qoymadığı Ağdam şəhəri Azərbaycan dövləti tərəfindən yenidən salınır. Müasir şəhərsalma həlləri əsas götürülməklə yeni şəhər inşa olunur. Ağdamın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq, ona uyğun infrastruktur yaradılır. Bu məqsədlə “Agdam City Hotel” və “Hilton Garden Inn” layihələri icra edilir. Şəhərdə İşğal və Zəfər muzeyləri kompleksi də yaradılır. Kompleks İşğal muzeyindən başlayacaq və Zəfər muzeyi ilə başa çatacaq. Onların arasında isə Xatirə bağı yerləşəcək. Ərazidə dağıntılar olduğu kimi saxlanılacaq. Muzey erməni vandallığının və işğal tarixinin şahidi olaraq gələcək nəsillərə Ağdamın 30 illik acı taleyini çatdıracaq, tarixi həqiqətləri unutmağa imkan verməyəcək.

Həmçinin qeyd olunub ki, şəhərin mərkəzi hissəsində 960 yerlik ümumtəhsil məktəbi də tikiləcək. Muğam Mərkəzi isə birmərtəbəli və ikimərtəbəli bloklardan ibarət olacaq.

Bildirilib ki, şəhərdə salınacaq Mərkəzi park üçün 5 hektar ərazi ayrılıb. Parkın ərazisi 4 zonaya bölünüb və insanların asudə vaxtlarının səmərəli keçirmələri üçün lazımi şərait yaradılacaq.
 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızılın qiyməti 4 700 dolları ötdü

Qızılın qiyməti 4 700 dolları ötdü

Təranə Quliyevaya vəzifə verildi

Təranə Quliyevaya vəzifə verildi

Bu telefonların istifadə müddəti bitdi

Bu telefonların istifadə müddəti bitdi

Buraxılış imtahanı verəcək şagirdlərin NƏZƏRİNƏ

Buraxılış imtahanı verəcək şagirdlərin NƏZƏRİNƏ

Daha bir ölkə SEPAH-ı terror təşkilatı kimi TANIDI

Daha bir ölkə SEPAH-ı terror təşkilatı kimi TANIDI

"Kələm" yükü adı ilə Azərbaycana narkotik gətirmək istədilər - FOTO

"Kələm" yükü adı ilə Azərbaycana narkotik gətirmək istədilər - FOTO

"Bitcoin" bahalaşdı

"Bitcoin" bahalaşdı

Bakıda AİLƏ FACİƏSİ - Ər və arvad həyatını itirdi

Bakıda AİLƏ FACİƏSİ - Ər və arvad həyatını itirdi

Mağazada tanışını bıçaqlayan şəxs TUTULDU

Mağazada tanışını bıçaqlayan şəxs TUTULDU

Rasim Balayev 7-ci sinifdə ona yazdığım məktubu saxlamışdı

Rasim Balayev 7-ci sinifdə ona yazdığım məktubu saxlamışdı

Bu ərazilərdə 4 saat işıq olmayacaq

Bu ərazilərdə 4 saat işıq olmayacaq

Tanınmış sabiq hakim vəfat etdi

Tanınmış sabiq hakim vəfat etdi

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Yaponiya və Koreya istehsalı avtomobil sürənlərə XƏBƏRDARLIQ

Yaponiya və Koreya istehsalı avtomobil sürənlərə XƏBƏRDARLIQ

Bu şəxslər 5000 manat CƏRİMƏ OLUNACAQ

Bu şəxslər 5000 manat CƏRİMƏ OLUNACAQ

Valyuta məzənnələri: Avro və rus rublu bahalaşdı

Valyuta məzənnələri: Avro və rus rublu bahalaşdı

Ukraynada daha bir azərbaycanlı həlak oldu

Ukraynada daha bir azərbaycanlı həlak oldu

Bu ödənişlərə komissiya gəlir – Pulunuzdan tutulacaq

Bu ödənişlərə komissiya gəlir – Pulunuzdan tutulacaq

Bütün diqqətlər Vaşinqtonda: Saat 21.00-da...

Bütün diqqətlər Vaşinqtonda: Saat 21.00-da...

Bakı metrosu əsas bayram günlərində nə qədər sərnişin daşıyıb?

Bakı metrosu əsas bayram günlərində nə qədər sərnişin daşıyıb?

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşdi

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşdi

Tehran bombalandı - VİDEO

Tehran bombalandı - VİDEO

KİV: Qulamhüseyn Möhsəni-Eceyi öldürülüb

KİV: Qulamhüseyn Möhsəni-Eceyi öldürülüb

Aprelin 1-i Ümumdünya Zarafat Günüdür

Aprelin 1-i Ümumdünya Zarafat Günüdür

End of content

No more pages to load

RADİO