“Gürcüstanın Azərbaycana xəyanətinin mütləq cavabı verilməlidir” - Fazil Mustafa 

“Gürcüstanı Avropa Şurası Parlament Assambleyasında təmsil edən nümayəndə heyətinin üzvləri tam tərkibdə sözdə "erməni əsirlərinin qaytarılması" formatında erməni deputatları tərəfindən təqdim olunan qətnamə layihəsinə səs verməklə birbaşa rəsmi Gürcüstanın mövqeyinin ifadə etmişlər”. 

Bizim.Media xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa feysbuk hesabında yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Gürcüstandan Azərbaycana XƏYANƏT – “Ümid edirəm ki, hökumətimiz bunun fərqindədir”


Deputat bildirib ki, burada məsələyə sadəcə bir qrup deputatın fərdi mövqeyi kimi yanaşmaq doğru sayılmaz:

“Buna bir həftə öncə Gürcüstan Prezidentinin erməni qəlbdaşının imzaladığı sənədin altında çəkdiyi Ağrı Dağının rəsmini fəxrlə mediada paylaşması kimi səviyyəsiz davranışının davamı olaraq baxmaq lazımdır. Adam özünü anlamaz yerinə qoyub qosqoca Türkiyəyə qarşı ermənilərin ərazi iddialarını dəstəklədiyini nümayiş etdirməkdən çəkinməmişdir. 

F.Mustafanın sözlərinə görə, Gürcüstanın Azərbaycana qarşı bu cür davranışı heç şübhəsiz ki, bəzi erməni himayəçisi olan Qərb dövlətləri tərəfindən stimullaşdırılan hərəkətdir və dərindən təhlil edərsək heç bu davranışın həmin dövlətin öz maraqlarına da uyğun gəlmədiyini görmək olar:

“Çünki Gürcüstanın illərdir həyat yolu kimi baxdığı Türkiyə və Azərbaycan kimi dövlətlərin dəstəyini itirməyin hansı nəticələr doğuracağını ayrıca izah etməyə zərurət yoxdur. İlk olaraq Gürcüstanın xəyanətinə qarşı nədən başlamalıyıq? Türkiyə ilə birlikdə beynəlxalq platformada Gürcüstana qarşı Rusiyanın mövqelərini açıqca dəstəkləməliyik.

Beynəlxalq platformada Gürcüstanın "işğal olunmuş əraziləri" ifadələrini görməzdən gəlməliyik və bu ifadəni işlətməkdən çəkinməliyik.

İqtisadi sahədə Gürcüstana qarşı Türkiyə ilə birlikdə müəyyən islahedici addımlar barədə düşünməliyik.  Ağrı dağında Türkiyə və Azərbaycan bayraqlarının işıqlandırılmasını bir an öncə gerçəkləşdirməliyik ki, Salome də ermənilər kimi bu möhtəşəm tablonu seyr edib ürək ağrısı ilə paylaşa bilsin.

Bir sözlə, rəsmi Gürcüstan xəyanətkar davranış sərgiləyib, Azərbaycana qarşı AŞ PA-daki təmsilçiləri ermənilərlə birlikdə xüsusi canfəşanlıq göstərib, habelə qardaş Türkiyə üçün həssas mövzu olan Ağrı dağı məsələsində sayğısızlıq nümayiş etdirib. 

Həm də dəfələrlə bu cür davranışlara rəvac verib. Bunun mütləq cavabı olmalıdır. Təbii ki, qonşuluq münasibətlərini pozmadan, beynəlxalq hüquqa zidd davranmadan bunları etməliyik. 

Biz dəmir yumruğu işğalçı, faşist erməni başına endirərək onları az da olsa reallığa qaytardıq, indi bu yumruğu uzaqdan da olsa başqa bəd niyyətlilərin də görə biləcəyi məsafədən vaxtaşırı yuxarı qaldırmamız artıq zərurətə çevrilməkdədir. Bizim Dəmir yumruğumuz Osmanlı tokatı ilə birlikdə ayrı bir islahedici vasitədir”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vəfat edən 21 yaşlı əsgər tanınmış incəsənət xadiminin oğlu İMİŞ – ÖZƏL

Vəfat edən 21 yaşlı əsgər tanınmış incəsənət xadiminin oğlu İMİŞ – ÖZƏL

Bu İnstitutun əməkdaşlarına “Tərəqqi” medalı verildi – ADLAR

Bu İnstitutun əməkdaşlarına “Tərəqqi” medalı verildi – ADLAR

Şahin Şıxlinskinin məhkəməsi başladı

Şahin Şıxlinskinin məhkəməsi başladı

Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salındı – VİDEO

Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salındı – VİDEO

Prezidentdən Gülçöhrə Məmmədova ilə bağlı SƏRƏNCAM

Prezidentdən Gülçöhrə Məmmədova ilə bağlı SƏRƏNCAM

DSX-nin döyüş bayraqlarının təsvirində dəyişiklik edildi- FOTO

DSX-nin döyüş bayraqlarının təsvirində dəyişiklik edildi- FOTO

Prezident bu şəxsləri təltif etdi – SİYAHI

Prezident bu şəxsləri təltif etdi – SİYAHI

SON DƏQİQƏ! Gürcüstanda ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Gürcüstanda ZƏLZƏLƏ oldu

Monteneqro XİN başçısı Azərbaycana GƏLİR

Monteneqro XİN başçısı Azərbaycana GƏLİR

21 yaşlı əsgər hospitalda vəfat edib – RƏSMİ

21 yaşlı əsgər hospitalda vəfat edib – RƏSMİ

Xatirə Yeni il şənliyi üçün Xankəndinin yerinə, Moskvanı seçdi? – AÇIQLAMA – VİDEO

Xatirə Yeni il şənliyi üçün Xankəndinin yerinə, Moskvanı seçdi? – AÇIQLAMA – VİDEO

Prokuror Vardanyanın ömürlük həbsini TƏLƏB ETDİ

Prokuror Vardanyanın ömürlük həbsini TƏLƏB ETDİ

DYP-dən sürücülərə və piyadalara MÜRACİƏT: “Ehtiyatsızlıq bir ömürlük peşmanlığa çevrilə bilər”

DYP-dən sürücülərə və piyadalara MÜRACİƏT: “Ehtiyatsızlıq bir ömürlük peşmanlığa çevrilə bilər”

Cəsəd parçalarını bəzək əşyası kimi satırmış - DƏHŞƏTLİ CİNAYƏT

Cəsəd parçalarını bəzək əşyası kimi satırmış - DƏHŞƏTLİ CİNAYƏT

Bakıda daha bir evin bünövrəsi çökür – FOTO/VİDEO

Bakıda daha bir evin bünövrəsi çökür – FOTO/VİDEO

Əhməd İsmayılov: “Türk ölkələrinə qarşı dezinformasiya dalğası genişlənir”

Əhməd İsmayılov: “Türk ölkələrinə qarşı dezinformasiya dalğası genişlənir”

Nigar Fərhadla bağlı daha bir QALMAQAL

Nigar Fərhadla bağlı daha bir QALMAQAL

Zelenski: “Rusiyanın mövqeyini bilirik, Donbası tamamilə işğal etmək istəyirlər”

Zelenski: “Rusiyanın mövqeyini bilirik, Donbası tamamilə işğal etmək istəyirlər”

Gümüşün qiyməti rekord həddə ÇATDI

Gümüşün qiyməti rekord həddə ÇATDI

Sabah bu ərazilərdə 13 dərəcə şaxta olacaq

Sabah bu ərazilərdə 13 dərəcə şaxta olacaq

Mais Bərxudarovun sürücüsü olmuş hərbçi qəzada həlak oldu – VİDEO

Mais Bərxudarovun sürücüsü olmuş hərbçi qəzada həlak oldu – VİDEO

Peşə Təhsili üzrə Dövlət Agentliyinə yeni direktor TƏYİN OLUNDU

Peşə Təhsili üzrə Dövlət Agentliyinə yeni direktor TƏYİN OLUNDU

Bakı Limanına ən çox bu ölkədən yüklər gəlir – RƏSMİ

Bakı Limanına ən çox bu ölkədən yüklər gəlir – RƏSMİ

Rusiya azərbaycanlı döyüşçüdən üz döndərdi: Əl-ayaqlarını itirib - FOTO/VİDEO

Rusiya azərbaycanlı döyüşçüdən üz döndərdi: Əl-ayaqlarını itirib - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO