Ermənilərin Naxçıvan təxribatına deputatdan REAKSİYA – “Müharibəyə ÇEVRİLƏ BİLƏR” 

Ermənistan yenidən atəşkəsi pozub. Belə ki, aprelin 1-də Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, aprelin 1-i saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. 

Qeyd edək ki, İrəvan ABŞ, Aİ və Ermənistan rəhbərliyinin iştirakı ilə aprelin 5-də Brüsseldə keçiriləcək üçtərəfli görüşə hazırlaşır. Belə bir ərəfədə isə Ermənistan atəşkəsin pozulmasına yol verir. 

5 aprel görüşündən öncə belə bir təxribatın törədilməsi nəyə hesablanıb?
 

MÖVZU İLƏ BAĞLI:

MN: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu


Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirir ki, İrəvan atəşkəsi pozmaqla baş verən təxribatı Bakının ayağına yazaraq, Brüsseldə Azərbayanı ittiham edəcək hər hansı bir addım və yaxud gizli razılaşmanın əldə olunmasına nail olmağa çalışır: 

“Ermənistanın Azərbaycanla şərti sərhədlərində son hərəkətləri, habelə Naxçıvan istiqamətində atəşkəsi pozması İrəvanın növbəti təxribata hazırlaşdığının göstəricisi hesab edilməlidir. Çünki Ermənistan sülh istəmir. Sülh istəsəydi müharibədən dərhal sonra Azərbaycanın uzatdığı sülh əlini sıxar və nəticədə bu gün bölgəmizdə sabitlik olardı. 

Ancaq bu gün törədilən təxribatlar əslində 44 günlük müharibədən sonra Azərbaycana qarşı Ermənistanın törətdiyi təxribat silsiləsinin növbəti həlqəsidir. Bütün hallarda olduğu kimi, İrəvanın bu təxribatı da eyni məntiqi sonluqla nəticələnəcək. Ermənistanın bütün təxribatlarına Azərbaycan layiqli cavab verib. Ona görə də bu gün İrəvanın təxribat imkanları məhdudlaşdırılıb. 

Naxçıvan istiqamətində atəşkəsin pozulması isə aprelin 5-də ABŞ, Aİ və Ermənistan arasında Brüsseldə keçiriləcək üçtərəfli görüş ərəfəsində baş verir. 

Görünür, bütün bu təxribatları Bakının ayağına yazmaqla Brüsseldə Azərbayanı ittiham edəcək hər hansı bir addım və yaxud gizli razılaşmanın əldə olunmasına nail olmağa çalışırlar. 

İkincisi, Ermənistandakı Aİ missiyasına hansısa status almaq və ya mümkün statusu razılaşdırmaqla bağlı hərbi pakt qismində Ermənistanın “yeni təhlükəsizliyi” üçün qərarın qəbul edilməsinə çalışacaqlar. Təxribatlar da Ermənistana buna görə lazımdır. 

ABŞ rəsmiləri üçtərəfli görüşdə regional iqtisadi, Ermənistan iqtisadiyyatının dirçəldilməsi məsələlərini müzakirə edəcəklərini bəyan etsələr də, İrəvanın hər hansı bir formada gücləndirilməsi nəticə etibarı ilə onun həm də hərbi baxımdan gücləndirilməsi deməkdir. Çünki Ermənistan iqtisadiyyatının güclənməsi nəticə etibarı ilə onun hərbi baxımdan da güclənməsinə gətirib çıxaracaq”. 

Deputatın fikrincə, bu təxribatlar böyükmiqyaslı müharibəyə də çevrilə bilər: 

“Bu da istisna deyil. Azərbaycan bu təxribatlara cavab verəcək. Erməni təxribatları daha geniş miqyas alarsa, Azərbaycan beynəlxalq hüquqa əsaslanan müdafiə hüququndan  istifadə etməklə şərti sərhədlərindən 30 kilometr daha dərinliyə doğru irəliləməklə öz təhlükəsizliyini təmin edəcək”. 

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyanın ən böyük siyahıyaalınması başlayır

Dünyanın ən böyük siyahıyaalınması başlayır

Putin: "İlham Əliyevlə Paşinyanın səyləri sayəsində münasibətlər sabitləşdi"

Putin: "İlham Əliyevlə Paşinyanın səyləri sayəsində münasibətlər sabitləşdi"

Toral Bayramovun qızının ad günündən GÖRÜNTÜLƏR – VİDEO

Toral Bayramovun qızının ad günündən GÖRÜNTÜLƏR – VİDEO

Tofiq Musayevin döyüşü tarixə DÜŞDÜ

Tofiq Musayevin döyüşü tarixə DÜŞDÜ

Əməkdar artistin 4 yaşında AZTV-də çıxışı - VİDEO

Əməkdar artistin 4 yaşında AZTV-də çıxışı - VİDEO

Bu şəhərdə 17 il sonra ilk dəfə uşaq dünyaya gəldi – FOTO

Bu şəhərdə 17 il sonra ilk dəfə uşaq dünyaya gəldi – FOTO

Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım

Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım

“WhatsApp”da profil rəngləri bunu göstərirmiş - Sizi blok edənlər, az danışdığınız və...

“WhatsApp”da profil rəngləri bunu göstərirmiş - Sizi blok edənlər, az danışdığınız və...

Tramp İranla müharibə ilə bağlı xalqa müraciət EDƏCƏK

Tramp İranla müharibə ilə bağlı xalqa müraciət EDƏCƏK

Restoranda DAVA - Qadın müştəri həmcinsini yaraladı

Restoranda DAVA - Qadın müştəri həmcinsini yaraladı

Azərbaycanda bu şəxslərin maaşları 35 faiz artacaq

Azərbaycanda bu şəxslərin maaşları 35 faiz artacaq

Mələkxanım Eyubovadan oğlu ilə bağlı paylaşım - Foto

Mələkxanım Eyubovadan oğlu ilə bağlı paylaşım - Foto

Bakının mərkəzində qanunsuz tikinti aparılır – RƏSMİ AÇIQLAMA

Bakının mərkəzində qanunsuz tikinti aparılır – RƏSMİ AÇIQLAMA

Bu BÜRCLƏR pul içində "üzəcək"

Bu BÜRCLƏR pul içində "üzəcək"

Paşinyan: “Qarabağ hərəkatı dayandırılmalıdır” - VİDEO

Paşinyan: “Qarabağ hərəkatı dayandırılmalıdır” - VİDEO

Gecikən yardım, artan ŞİKAYƏTLƏR - Təcili tibbi yardım bütün xəstələrə niyə eyni müalicəni edir?

Gecikən yardım, artan ŞİKAYƏTLƏR - Təcili tibbi yardım bütün xəstələrə niyə eyni müalicəni edir?

Rasim Balayev 7-ci sinifdə ona yazdığım məktubu saxlamışdı

Rasim Balayev 7-ci sinifdə ona yazdığım məktubu saxlamışdı

Bu telefonların istifadə müddəti bitdi

Bu telefonların istifadə müddəti bitdi

Bu şəxslərin kartlarına pul köçürülməsi başlandı - RƏSMİ

Bu şəxslərin kartlarına pul köçürülməsi başlandı - RƏSMİ

"Qızım blogerlik etməkdənsə, evinin xanımı olsun"

"Qızım blogerlik etməkdənsə, evinin xanımı olsun"

DİM buraxılış imtahanında iştirak edənlərə müraciət ünvanlayıb

DİM buraxılış imtahanında iştirak edənlərə müraciət ünvanlayıb

Suriya liderinin bu VİDEOSU diqqət çəkdi

Suriya liderinin bu VİDEOSU diqqət çəkdi

Qaradağ rayonunun bir qəsəbəsində məktəb onlayn rejimə keçdi - SƏBƏB

Qaradağ rayonunun bir qəsəbəsində məktəb onlayn rejimə keçdi - SƏBƏB

Ötən il Azərbaycanda 1 uşağa Zidan adı verilib

Ötən il Azərbaycanda 1 uşağa Zidan adı verilib

End of content

No more pages to load

RADİO