İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının Baş katibini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalamı qəbul edib.

Bizim.Media xəbər verir ki, Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində böyük səylər göstərdiyini vurğulayan dövlətimizin başçısı 2020-ci ildə işğaldan azad edilmiş Şuşa şəhərinin “İslam dünyasının mədəniyyət paytaxtı” elan olduğunu xatırlayaraq bu qərarın bütün İslam dünyasının Azərbaycana göstərdiyi böyük dəstəyin təzahürü olduğunu bildirib və gələn ay Şuşada təntənəli tədbirlərin keçiriləcəyini məmnunluqla vurğulayıb.

Məhəmməd Əbdülsalam Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhərin şeyxi, böyük imam Əhməd Ət-Tayyib həzrətlərinin salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Əhməd Ət-Tayyib həzrətlərinə çatdırmağı xahiş edib.

Qonaq şeyx həzrətlərinin Prezident İlham Əliyevin sülhün bərqərar olması istiqamətində göstərdiyi səyləri yüksək dəyərləndirdiyini vurğulayıb. O qeyd edib ki, müharibədən çıxmış Azərbaycanın dövlət başçısının öz çıxışlarında sülhə çağırışları heyrətamizdir və təsadüfi deyil ki, Prezident İlham Əliyevin saxlanılan şəxslərin mübadiləsi və sülhün bərqərar olunması istiqamətində irəli sürdüyü təşəbbüsdən sonra Müsəlman Ağsaqqalları Şurası bəyanatla çıxış edib.

Dövlətimizin başçısı deyib ki, Azərbaycanın 28 ildən artıq müddətdə Ermənistanın işğalı və hərbi təcavüzü ilə üzləşməsinə baxmayaraq, məhz ölkəmiz 44 günlük Vətən müharibəsindən sonra Ermənistan ilə münasibətlərin normallaşdırılması və Cənubi Qafqazda davamlı sülhün təmin olunması üçün sülh müqaviləsi təşəbbüsü ilə çıxış edib. Prezident İlham Əliyev işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın maddi-mədəniyyət nümunələrin, həmçinin İslam dininə aid ibadət ocaqlarının dağıdıldığını, bu xüsusda həmin ərazilərimizdə olan 67 məsciddən 65-nin tamamilə darmadağın edildiyini vurğulayıb.

Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərini qeyd edib.

COP28-də iqlim naminə dini pavilyon təşkil olunduğunu və 4000-dən çox insanın bu pavilyonu ziyarət etdiyini diqqətə çatdıran qonaq qeyd edib ki, Əl-Əzhərin şeyxi, böyük imam Əhməd Ət-Tayyib həzrətlərinin birbaşa dəstəyi və onun Roma Papası ilə birgə əməkdaşlığı şəraitində COP28-də dünyanın 30-dan çox dini liderinin iştirakı ilə tədbir keçirilib və bu tədbirdə dini liderlər qlobal iqlim dəyişikliyinin qarşısının alınması istiqamətində “Vicdan çağırışı” adlı bəyanat imzalayıblar. O, COP29 çərçivəsində də ev sahibi olaraq Azərbaycanla əməkdaşlıq şəraitində belə bir tədbiri keçirmək niyyətində olduqlarını deyib.

Prezident İlham Əliyev dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində Azərbaycanın mühüm rol oynadığını vurğulayaraq, bu xüsusda Bakıda keçirilən mötəbər tədbirlərə toxunub. Dövlətimizin başçısı yaxın zamanda ICESCO, UNESCO və BMT-nin Sivilizasiyalar Alyansının dəstəyi ilə Azərbaycanda Mədəniyyətlərarası Dialoq Forumunun yenidən keçiriləcəyini bildirib.

Prezident İlham Əliyev COP29 çərçivəsində də Azərbaycanın dinlərarası dialoqun təşviqinə dəstək verməyə, bunun bir nümunəsi kimi dünya dini liderlərinin görüşünün keçirilməsinə və bu sahədə əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Söhbət zamanı İslam dünyasında məzhəblərarası dialoqun vacibliyinə toxunulub, bu xüsusda Azərbaycanın nümunəsi uğurlu örnək kimi məmnunluqla qeyd olunub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyanın ən böyük siyahıyaalınması başlayır

Dünyanın ən böyük siyahıyaalınması başlayır

Putin: "İlham Əliyevlə Paşinyanın səyləri sayəsində münasibətlər sabitləşdi"

Putin: "İlham Əliyevlə Paşinyanın səyləri sayəsində münasibətlər sabitləşdi"

Toral Bayramovun qızının ad günündən GÖRÜNTÜLƏR – VİDEO

Toral Bayramovun qızının ad günündən GÖRÜNTÜLƏR – VİDEO

Tofiq Musayevin döyüşü tarixə DÜŞDÜ

Tofiq Musayevin döyüşü tarixə DÜŞDÜ

Əməkdar artistin 4 yaşında AZTV-də çıxışı - VİDEO

Əməkdar artistin 4 yaşında AZTV-də çıxışı - VİDEO

Bu şəhərdə 17 il sonra ilk dəfə uşaq dünyaya gəldi – FOTO

Bu şəhərdə 17 il sonra ilk dəfə uşaq dünyaya gəldi – FOTO

Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım

Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım

“WhatsApp”da profil rəngləri bunu göstərirmiş - Sizi blok edənlər, az danışdığınız və...

“WhatsApp”da profil rəngləri bunu göstərirmiş - Sizi blok edənlər, az danışdığınız və...

Tramp İranla müharibə ilə bağlı xalqa müraciət EDƏCƏK

Tramp İranla müharibə ilə bağlı xalqa müraciət EDƏCƏK

Restoranda DAVA - Qadın müştəri həmcinsini yaraladı

Restoranda DAVA - Qadın müştəri həmcinsini yaraladı

Azərbaycanda bu şəxslərin maaşları 35 faiz artacaq

Azərbaycanda bu şəxslərin maaşları 35 faiz artacaq

Mələkxanım Eyubovadan oğlu ilə bağlı paylaşım - Foto

Mələkxanım Eyubovadan oğlu ilə bağlı paylaşım - Foto

Bakının mərkəzində qanunsuz tikinti aparılır – RƏSMİ AÇIQLAMA

Bakının mərkəzində qanunsuz tikinti aparılır – RƏSMİ AÇIQLAMA

Bu BÜRCLƏR pul içində "üzəcək"

Bu BÜRCLƏR pul içində "üzəcək"

Paşinyan: “Qarabağ hərəkatı dayandırılmalıdır” - VİDEO

Paşinyan: “Qarabağ hərəkatı dayandırılmalıdır” - VİDEO

Gecikən yardım, artan ŞİKAYƏTLƏR - Təcili tibbi yardım bütün xəstələrə niyə eyni müalicəni edir?

Gecikən yardım, artan ŞİKAYƏTLƏR - Təcili tibbi yardım bütün xəstələrə niyə eyni müalicəni edir?

Rasim Balayev 7-ci sinifdə ona yazdığım məktubu saxlamışdı

Rasim Balayev 7-ci sinifdə ona yazdığım məktubu saxlamışdı

Bu telefonların istifadə müddəti bitdi

Bu telefonların istifadə müddəti bitdi

Bu şəxslərin kartlarına pul köçürülməsi başlandı - RƏSMİ

Bu şəxslərin kartlarına pul köçürülməsi başlandı - RƏSMİ

"Qızım blogerlik etməkdənsə, evinin xanımı olsun"

"Qızım blogerlik etməkdənsə, evinin xanımı olsun"

DİM buraxılış imtahanında iştirak edənlərə müraciət ünvanlayıb

DİM buraxılış imtahanında iştirak edənlərə müraciət ünvanlayıb

Suriya liderinin bu VİDEOSU diqqət çəkdi

Suriya liderinin bu VİDEOSU diqqət çəkdi

Qaradağ rayonunun bir qəsəbəsində məktəb onlayn rejimə keçdi - SƏBƏB

Qaradağ rayonunun bir qəsəbəsində məktəb onlayn rejimə keçdi - SƏBƏB

Ötən il Azərbaycanda 1 uşağa Zidan adı verilib

Ötən il Azərbaycanda 1 uşağa Zidan adı verilib

End of content

No more pages to load

RADİO