Brüsseldə keçirilməsi planlaşdırılan görüş Ermənistanda aparılan islahatlara həsr olunacaq.
Bizim.Media xəbər verir ki, bunu brifinqdə ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Miller deyib.
Onun sözlərinə görə, görüş zamanı Ermənistan-Azərbaycan sülh prosesi müzakirə olunmayacaq.
Xatırladaq ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ-ın dövlət katibi Antoni Blinken arasında görüş keçiriləcəyini bildirmişdi.
Bizim.Media