Sahibə Qafarovanın sədrliyi ilə Asiya Parlament Assambleyasının iclası keçirilib - FOTO 

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın 148-ci Assambleyası çərçivəsində keçirilən Asiya Parlament Assambleyasının (APA) Koordinasiya iclasına sədrlik edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Məlumata görə, tədbir iştirakçılarını salamlayan Milli Məclisin sədri bildirib ki, bu, APA-nın Parlamentlərarası İttifaq çərçivəsində Azərbaycanın sədrliyi ilə keçirilən ilk koordinasiya iclasıdır. 

Milli Məclisin sədri diqqətə çatdırıb ki, 2024-cü ilin 20-24 fevral tarixlərində Bakıda “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın təşviqi” mövzusuna həsr olunmuş APA-nın 14-cü plenar iclası keçirilib. İclasda Azərbaycan rəsmi olaraq 2024-2025-ci illər üçün təşkilatın sədri seçilib. O, inamını ifadə edib ki, bu, həm APA, həm də Azərbaycan üçün yeni səhifə açacaq. 
S.Qafarova qeyd edib ki, APA-nın 14-cü plenar iclası 26 dövlətin və 8 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə təşkilat daxilində əməkdaşlığın inkişafı, regional və beynəlxalq proseslərlə bağlı ümumi maraq doğuran müxtəlif məsələlər barədə fikir mübadiləsi aparmaq üçün dəyərli imkan yaradıb. Plenar iclasın yekunları üzrə Bakı Bəyannaməsi qəbul edilib və sənəddə iştirakçıların müzakirə olunan məsələlərlə bağlı ümumi mövqeyi əks olunub. 

Çıxışda qeyd olunub ki, 14-cü plenar iclasda, hamımızın daha qətiyyətli davranmağımızı tələb edən iqlim dəyişikliyi məsələsi də müzakirə edilib. Ötən ilin sonunda beynəlxalq ictimaiyyət COP29-un keçirilməsi üçün yekdilliklə Azərbaycanı seçdi. Spiker diqqətə çatdırıb ki, belə bir mühüm tədbirə ev sahibliyi etmək bizim üçün böyük şərəf və imtiyazdır. Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindən biridir və qlobal Şimalla qlobal Cənub arasında körpülərin yaradılmasında mühüm rol oynayır. Azərbaycan COP29 iqlim danışıqlarında nəzərəçarpacaq irəliləyiş əldə etmək və hərtərəfli danışıqlara kömək etmək üçün ideal mövqedə yerləşir. 

Spiker bugünkü görüşün rolu daim artan parlament diplomatiyasının möhkəmlənməsi və inkişafı məqsədinə xidmət edəcəyinə ümidini ifadə edib.

O, deyib ki, müasir şəraitdə parlament diplomatiyası ölkələr arasında etimadı gücləndirə və mövcud beynəlxalq və regional problemlərin həllinə müsbət təsir göstərə bilər. Parlamentin böhranların, münaqişələrin həlli prosesində iştirakı və parlament diplomatiyası klassik hökumət diplomatiyasını uğurla tamamlaya bilər və ona əvəzsiz töhfə verə bilər. 

Parlamentlərarası təşkilatların fəaliyyətinin genişləndirilməsinə yönəlmiş qlobal tendensiyalar, parlamentlərarası əməkdaşlığı tənzimləyən normativ-hüquqi bazanın inkişafı, parlamentlərin qlobal qərar qəbuletmə proseslərində daim artan iştirakı - bütün bunlar parlamentlərarası əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini göstərir. 

Milli Məclisin sədri diqqətə çatdırıb ki, bu kontekstdə APA-nın rolu xüsusi vurğulanmalıdır. Bu, Asiyada və dünyada əməkdaşlığın, sülhün və sabitliyin möhkəmlənməsinə nail olmaq üçün cari məsələlərin və çağırışların həlli üçün ümumi səyləri birləşdirən parlament diplomatiyasının mühüm platformasıdır. Biz bu platformanın səmərəliliyini artırmaq üçün bütün tədbirləri görməliyik. 

Spiker çıxışının sonunda qeyd edib ki, müzakirə olunan məsələlərlə yanaşı, iki təşkilatın - APA və Parlamentlərarası İttifaqın ümumi məqsədlərin həyata keçirilməsində daha yaxşı nəticələr əldə etmək üçün fəaliyyətlərini və səylərini necə əlaqələndirə biləcəyi barədə də ciddi düşünməliyik.

Həqiqi əməkdaşlıq mexanizmlərinin yaradılması hər iki tərəfin resurslarını artırmağa kömək edə bilər. Bu, şübhəsiz ki, onların biri-birinin fəaliyyətini tamamlayacaq və parlament diplomatiyasının təsirini gücləndirəcək. 

İclas daha sonra APA-ya üzv olan ölkələrin parlament nümayəndələrinin Parlamentlərarası İttifaqın 148-ci Assambleyasında APA-nın ümumi mövqeyinin ifadə olunması, həmçinin təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında çıxışları ilə davam etdirilib.







 Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu yolda sürət həddi endirildi – FOTO

Bu yolda sürət həddi endirildi – FOTO

Putin Paşinyandan bunu istədi – VİDEO

Putin Paşinyandan bunu istədi – VİDEO

Avropa Hörmüzün açılmasına kömək etməsə, ABŞ Ukraynaya silah tədarükünü dayandıracaq - KİV

Avropa Hörmüzün açılmasına kömək etməsə, ABŞ Ukraynaya silah tədarükünü dayandıracaq - KİV

Kevin Medinanın Toralın məclisindəki rəqsi DİQQƏT ÇƏKDİ - VİDEO

Kevin Medinanın Toralın məclisindəki rəqsi DİQQƏT ÇƏKDİ - VİDEO

Putin və Paşinyan arasında görüş - YENİLƏNİB/VİDEO

Putin və Paşinyan arasında görüş - YENİLƏNİB/VİDEO

“Sabah” “Astana” ilə yoxlama görüşü keçirəcək

“Sabah” “Astana” ilə yoxlama görüşü keçirəcək

“Sultan Süleyman” və “Hürrəm” 15 ildən sonra çəkiliş meydançasında – FOTO

“Sultan Süleyman” və “Hürrəm” 15 ildən sonra çəkiliş meydançasında – FOTO

Türkiyədə azərbaycanlı gənc öldürüldü – ANBAAN GÖRÜNTÜLƏR

Türkiyədə azərbaycanlı gənc öldürüldü – ANBAAN GÖRÜNTÜLƏR

Zelenski Stiven Uitkoff və Mark Rütte ilə telefonla DANIŞDI

Zelenski Stiven Uitkoff və Mark Rütte ilə telefonla DANIŞDI

Puldan niyə metal qoxusu gəlir?

Puldan niyə metal qoxusu gəlir?

"Rüzgar"ı öldürən əmisi anlaqlı olmayıb? - MƏHKƏMƏ

"Rüzgar"ı öldürən əmisi anlaqlı olmayıb? - MƏHKƏMƏ

Misirin Bənha Universitetində Azərbaycan dilinin tədrisinə başlanıldı – FOTO

Misirin Bənha Universitetində Azərbaycan dilinin tədrisinə başlanıldı – FOTO

ABŞ İrandakı hədəflərə 12 mindən çox döyüş uçuşu həyata KEÇİRİB

ABŞ İrandakı hədəflərə 12 mindən çox döyüş uçuşu həyata KEÇİRİB

İran XİN: “Hazırda heç bir danışıq aparılmır” – VİDEO

İran XİN: “Hazırda heç bir danışıq aparılmır” – VİDEO

Birinin saatı 59, o birinin 229 min manat... - FOTO

Birinin saatı 59, o birinin 229 min manat... - FOTO

Aprel ayı üçün maqnit qasırğalarının PROQNOZU

Aprel ayı üçün maqnit qasırğalarının PROQNOZU

Aİ dondurulmuş Rusiya aktivlərindən Ukraynaya 1.4 milyard avro verəcək

Aİ dondurulmuş Rusiya aktivlərindən Ukraynaya 1.4 milyard avro verəcək

AQTA: Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunmalıdır

AQTA: Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunmalıdır

"Qızıl top"un qalmaqallı qalibi hər gün şərab içir

"Qızıl top"un qalmaqallı qalibi hər gün şərab içir

Rusiya Ayda araşdırmalar aparacaq

Rusiya Ayda araşdırmalar aparacaq

Tehran raket zərbələrindən sonra – FOTO/VİDEO

Tehran raket zərbələrindən sonra – FOTO/VİDEO

Dünyanın ən böyük siyahıyaalınması başlayır

Dünyanın ən böyük siyahıyaalınması başlayır

Putin: "İlham Əliyevlə Paşinyanın səyləri sayəsində münasibətlər sabitləşdi" - VİDEO

Putin: "İlham Əliyevlə Paşinyanın səyləri sayəsində münasibətlər sabitləşdi" - VİDEO

Toral Bayramovun qızının ad günündən GÖRÜNTÜLƏR – VİDEO

Toral Bayramovun qızının ad günündən GÖRÜNTÜLƏR – VİDEO

End of content

No more pages to load

RADİO