Avropa Hörmüzün açılmasına kömək etməsə, ABŞ Ukraynaya silah tədarükünü dayandıracaq - KİV

ABŞ Prezidenti Donald Tramp Avropa müttəfiqlərinin Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpası üçün koalisiyaya qoşulmaqdan imtina edəcəyi təqdirdə Ukraynaya silah tədarükünü dayandıracağı ilə hədələyib.

Bizim.Media xəbər verir ki, bu barədə "Financial Times" qəzeti mənbələrə istinadən yazıb.
 

Tramp ötən ay NATO-nun hərbi dəniz qüvvələrindən boğaz vasitəsilə gəmiçiliyi bərpasında ona kömək olunmasını tələb edib, lakin münaqişəyə cəlb olunmaq istəmədiklərini bildirən Avropa liderlərindən rədd cavabı alıb.


Mənbələrin məlumatına görə, ABŞ lideri cavab olaraq Aİ ölkələri tərəfindən maliyyələşdirilən və NATO-nun Ukrayna üçün silah alışı proqramı olan PURL çərçivəsində tədarükləri dayandıracağı ilə hədələyib.

Nəticədə, NATO-nun baş katibi Mark Rüttenin təkidi ilə təşkilatın əsas üzvləri Fransa, Almaniya və Böyük Britaniya da daxil olmaqla bir qrup ölkə, martın 19-da Hörmüz boğazından təhlükəsiz keçidin təmin edilməsinə töhfə verməyə hazır olduqları barədə birgə bəyanatla çıxış edib. Daha sonra bu mövqeyi dəstəkləyən ölkələrin sayı 35-ə çatıb.

İki rəsminin bildirdiyinə görə, bəyanatın dərc olunmasından əvvəlki iki gün ərzində Rütte, Tramp və ABŞ dövlət katibi Marko Rubio ilə çoxsaylı telefon danışıqları aparıb.

"Prezident Tramp NATO və digər müttəfiqlərindən məyus olduğunu açıq şəkildə ifadə edib və Prezidentin vurğuladığı kimi, Birləşmiş Ştatlar bunu yadda saxlayacaq", - Ağ Evin mətbuat katibinin müavini Anna Kelli daha əvvəl bildirib.
 

Tramp ABŞ-ın İrana qarşı müharibəsinə kömək etmək üçün daha çox iş görmədiklərinə görə Avropa müttəfiqlərindən dəfələrlə narazılığını bildirib, eyni zamanda Rusiya-Ukrayna münaqişəsini Vaşinqtonun deyil, Avropanın problemi adlandırıb.


"Biz NATO-nu qorumaq, onları Rusiyadan qorumaq üçün oradayıq. Lakin onlar bizi qorumağa hazır deyillər. Bu, gülüncdür", - o, ötən həftə Nazirlər Kabinetinin iclasında deyib. Çərşənbə günü Tramp ABŞ-ın NATO-dan çıxması imkanını nəzərdən keçirdiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Yalı çapkını"nın ulduzlarının övladı olacaq

"Yalı çapkını"nın ulduzlarının övladı olacaq

Tramp: “İranla danışıqlar bərpa edilə bilər”

Tramp: “İranla danışıqlar bərpa edilə bilər”

Netanyahu Türkiyəyə xəbərdarlıq etdi

Netanyahu Türkiyəyə xəbərdarlıq etdi

Universitetə qəbulda gərginlik: Plan yerləri niyə azdır? - VİDEO

Universitetə qəbulda gərginlik: Plan yerləri niyə azdır? - VİDEO

Şamaxıda "Niva" dərəyə aşdı – Ölən var

Şamaxıda "Niva" dərəyə aşdı – Ölən var

Dünyanın nüfuzlu universitetində qalmaqal: Cəsədlərin bəzi hissələri internetdə satılıb

Dünyanın nüfuzlu universitetində qalmaqal: Cəsədlərin bəzi hissələri internetdə satılıb

İsrailin Livana hücumlarında ölənlərin STATİSTİKASI

İsrailin Livana hücumlarında ölənlərin STATİSTİKASI

Vaşinqtonda rekord: 16,5 min nəfər həbs edilib

Vaşinqtonda rekord: 16,5 min nəfər həbs edilib

İran ABŞ-nin dəniz blokadasına baxmayaraq, neft ixracını 150% artırdı

İran ABŞ-nin dəniz blokadasına baxmayaraq, neft ixracını 150% artırdı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

“By Ella”dan həbs xəbərlərinə reaksiya

“By Ella”dan həbs xəbərlərinə reaksiya

Odessa sahillərində yük daşıyan gəmi vurulub - VİDEO

Odessa sahillərində yük daşıyan gəmi vurulub - VİDEO

Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

Güləşçimiz ardıcıl 2-ci dəfə dünya çempionu oldu

Göygöldə 23 yaşlı gənc bıçaqlandı

Göygöldə 23 yaşlı gənc bıçaqlandı

"YouTube"a güclü rəqib gəlir – “Bilibili”

"YouTube"a güclü rəqib gəlir – “Bilibili”

Xəzər dənizində bir nəfər itkin düşüb - Axtarılır

Xəzər dənizində bir nəfər itkin düşüb - Axtarılır

"Qarabağ"ın oyununa bilet satışı BAŞLADI

"Qarabağ"ın oyununa bilet satışı BAŞLADI

Gəncədə gənc oğlan evində ölü tapıldı

Gəncədə gənc oğlan evində ölü tapıldı

Ermənistan parlamentində gərginlik: Deputat zaldan qovuldu - VİDEO

Ermənistan parlamentində gərginlik: Deputat zaldan qovuldu - VİDEO

Pensiya kapitalı ilə bağlı vətəndaşları sevindirəcək TƏKLİF

Pensiya kapitalı ilə bağlı vətəndaşları sevindirəcək TƏKLİF

Kim Çen Inın bacısı Şimali Koreya hərbçilərinin Rusiyaya göndərilməsindən DANIŞDI

Kim Çen Inın bacısı Şimali Koreya hərbçilərinin Rusiyaya göndərilməsindən DANIŞDI

"Təbrik Palace" restoranının qarşısında kütləvi dava - VİDEO

"Təbrik Palace" restoranının qarşısında kütləvi dava - VİDEO

Naxçıvanda işıqlar sönəcək: Ünvanlar

Naxçıvanda işıqlar sönəcək: Ünvanlar

Tramp Kim Çen Inla nə vaxt görüşəcəyini AÇIQLADI

Tramp Kim Çen Inla nə vaxt görüşəcəyini AÇIQLADI

End of content

No more pages to load

RADİO