Arkovdan XƏBƏRDARLIQ: “Paşinyan rus ordusunu ölkədən çıxarsa, hərbi çevrilişlə üzləşə bilər” – ÖZƏL  

“Ermənistan rəhbərliyinin nümayəndələrinin KTMT-yə üzvlüyün dondurulması və 102-ci Rusiya hərbi bazasının ölkədə mövcudluğunun dayandırılması ilə bağlı bəyanatları mövcuddur. Lakin bu bəyanatlar İrəvanın ciddi addımları ilə müşayiət olunmayıb. Buna görə də sözügedən vəziyyət bir çox cəhətdən Moskvaya qarşı şantaj cəhdi kimi görünür. 

Siyasi şantaj taktikası uzun müddətdir ki, Ermənistan hakimiyyəti tərəfindən istifadə olunur. Bu variantdan Kremldən əlavə maliyyə dilənən Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan da fəal şəkildə istifadə edirdi”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında “PolitRus” informasiya-analitik portalının rəhbəri, politoloq Vitali Arkov deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

İşxan Verdyan: “Qərb Ermənistanı müharibəyə cəlb etməyə çalışır” – ÖZƏL 


Ermənistan Kremldən pul dilənir

Hazırda Qərbyönümlü siyasət yürüdən Ermənistanın əsas məqsədinin Rusiyadan maliyyə cəlb etmək olduğuna diqqət çəkən Arkov, Kremlin Paşinyana cavab verəcəyini bildirib:

“Bu baxımdan Nikol Paşinyan sözügedən planlardan əl çəkməsi müqabilində nəsə əldə etmək ümidi ilə Kremllə şantaj dilində dialoq aparmağa çalışır. Nikol Kremlə yaxın erməni siyasətçisi deyil və ona görə də belə bir ünsiyyət formatından qurtula bilməz. Bununla belə, Kremldən cavab gələcək və bu, Ermənistanın hazırkı rəhbərliyi üçün “hiss ediləcək dərəcədə” ağır olacaq”.

“Nikolun Rusiya ordusunu ölkədən çıxarma cəhdləri də heç vaxt reallaşmayacaq”. 

Politoloq qeyd edib ki, hazırda Paşinyanın ordu üzərində səlahiyyəti, demək olar ki, yoxdur:

“Nikol Paşinyanın KTMT-dən çıxmaq və Rusiya ilə hərbi-texniki əməkdaşlığı kəsməklə bağlı planlarını həyata keçirə bilməməsinin başqa səbəbi də var. Çünki Nikol Paşinyan Ermənistan Silahlı Qüvvələri üzərində tam nəzarətə malik deyil və hazırda baş vermə təhlükəsi son dərəcə yüksək olan hərbi çevrilişdən çox qorxur. 

Ermənistan Silahlı Qüvvələrinin komandanlığı və orta rütbəli zabitlərinin böyük əksəriyyəti Rusiya ilə hərbi ittifaqın davam etdirilməsinin tərəfdarıdır. Onlar İrəvandakı siyasətçilərin bu cür hərəkətlərini dövlətə xəyanət kimi qiymətləndirərək Ermənistanın KTMT-dən çıxmasını və Rusiya ordusunun ölkədən çıxarılmasını müdafiə qabiliyyətinə ağır zərbə kimi qiymətləndirirlər”, - deyə V.Arkov əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Balakəndə avtomobil yoldan çıxaraq aşdı

Balakəndə avtomobil yoldan çıxaraq aşdı

Ağac evin üstünə aşdı: “Elə bildik, raket düşdü” - FOTO

Ağac evin üstünə aşdı: “Elə bildik, raket düşdü” - FOTO

Xarazinin evi vuruldu - Özü yaralıdır, arvadı öldü

Xarazinin evi vuruldu - Özü yaralıdır, arvadı öldü

Bu gündən 6 BÜRCÜN həyatı tam dəyişir - NAĞIL KİMİ DÖVR

Bu gündən 6 BÜRCÜN həyatı tam dəyişir - NAĞIL KİMİ DÖVR

Onlar da qənaətə keçdilər - Evdən işləyəcəklər

Onlar da qənaətə keçdilər - Evdən işləyəcəklər

Ukrayna Ufada neft emalı zavoduna zərbə endirdi - VİDEO

Ukrayna Ufada neft emalı zavoduna zərbə endirdi - VİDEO

Bu yolda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı

Bu yolda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı

Babək prospektində moped evakuatora çırpıldı - VİDEO

Babək prospektində moped evakuatora çırpıldı - VİDEO

"Bitcoin" 66 min dollara düşdü

"Bitcoin" 66 min dollara düşdü

Azərbaycan neftinin SON qiyməti

Azərbaycan neftinin SON qiyməti

Fantastikadan QADAĞAYA: Bir zamanlar möcüzəvi görünən insanın klonlaşdırılması niyə qanunla yasaqlanır?

Fantastikadan QADAĞAYA: Bir zamanlar möcüzəvi görünən insanın klonlaşdırılması niyə qanunla yasaqlanır?

Bakıda kürəkənini öldürmək istəyən ata ilə oğlunun cəzası azaldıldı

Bakıda kürəkənini öldürmək istəyən ata ilə oğlunun cəzası azaldıldı

İran İsrailin pilotsuz təyyarəsini vurdu

İran İsrailin pilotsuz təyyarəsini vurdu

Biləcəridə AİLƏ DRAMI: 18 yaşlı oğlan ata və anasını BIÇAQLADI

Biləcəridə AİLƏ DRAMI: 18 yaşlı oğlan ata və anasını BIÇAQLADI

“Eşref Rüya” serialının aktyoru vəfat etdi - FOTO

“Eşref Rüya” serialının aktyoru vəfat etdi - FOTO

Son məzənnə: Avro ucuzlaşdı, rus rublu bahalaşdı

Son məzənnə: Avro ucuzlaşdı, rus rublu bahalaşdı

Trampın çıxışından sonra "Brent" neftinin qiyməti artdı

Trampın çıxışından sonra "Brent" neftinin qiyməti artdı

MN: Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub - FOTO

MN: Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub - FOTO

Cəlilabadda güclü yanğın: 85 yaşlı kişi öldü

Cəlilabadda güclü yanğın: 85 yaşlı kişi öldü

Tramp Makronu ƏLƏ SALDI – “Arvadının yumruğundan sonra...” – VİDEO

Tramp Makronu ƏLƏ SALDI – “Arvadının yumruğundan sonra...” – VİDEO

Overçukdan İrəvana xəbərdarlıq: Ermənistan təhlükəli həddə yaxınlaşır

Overçukdan İrəvana xəbərdarlıq: Ermənistan təhlükəli həddə yaxınlaşır

600 minlik dələduzluq edəndən XƏBƏR VAR

600 minlik dələduzluq edəndən XƏBƏR VAR

Böyük ZƏFƏRİN qazanılmasında TARİXİ ADDIM – Aprel döyüşlərinin siyasi və hərbi-strateji ƏHƏMİYYƏTİ

Böyük ZƏFƏRİN qazanılmasında TARİXİ ADDIM – Aprel döyüşlərinin siyasi və hərbi-strateji ƏHƏMİYYƏTİ

Bakıda bu evlər ucuzlaşacaq

Bakıda bu evlər ucuzlaşacaq

End of content

No more pages to load

RADİO