Ukrayna ilə Qərb arasında UÇURUM – ABŞ Zelenskinin şantajına necə CAVAB VERƏCƏK?

Ukrayna ordusunun Avdeyevkadakı məğlubiyyətindən sonra prezident Volodimir Zelenski ABŞ-ı açıq şəkildə təhdid edib. O bildirib ki, ABŞ Ukraynaya yardımı dayandırsa, Kiyev Vaşinqtonu strateji tərəfdaş kimi görməkdən əl çəkəcək.

Nə baş verir?

Zelenskinin təhdidi maraqlıdır ki, ABŞ hökümətinin heç bir iradı ilə qarşılanmayıb. Əksinə, ABŞ Prezidenti Co Bayden Ukrayna qoşunlarının Avdeyevkadan çəkilməsindən sonra konqresmenləri Ukraynaya əlavə hərbi yardım haqqında qanun layihəsini dərhal nəzərdən keçirməyə və qəbul etməyə çağırıb.

Məsələ ilə bağlı Ağ Evin açıqlamasında deyilir: 
 

MÖVZU İLƏ BAĞLI:

Zelenski cəbhə bölgəsinə BAŞ ÇƏKİB - FOTO


“Ukrayna hərbçiləri Konqresin hərəkətsizliyi nəticəsində təchizatın azalması səbəbindən döyüş sursatından istifadəni azaltmaq məcburiyyətində qaldıqdan sonra Avdeyevkadan geri çəkilməyə məcbur olub”.

Nəzərə alaq ki, ABŞ hökuməti cari il üçün Ukraynaya 60 milyard dollar həcmində yardım ayırıb. Lakin Konqres Ağ Evin təqdim etdiyi layihəni təsdiq etməyə hələlik tələsmir. Bu isə Ukrayna hakimiyyəti üçün ciddi sıxıntılar yaradıb. Zelenski açıq şəkildə etiraf edir ki, ABŞ vəd etdiyi maliyyə yardımını verməsə, müharibədə məğlubiyyət qaçılmaz olacaq.

Avdeyevkadakı məğlubiyyət Ukraynada və Qərbdə psixoloji sarsıntı yaradıb. 

Qərbin irimiqyaslı hərbi və maliyyə yardımları müqabilində Ukrayna ordusunun heç bir uğur qazanmaması və ən yaxşı halda müdafiə olunması ciddi suallar doğurur. Ən əsası müharibədə Ukrayna ordusunun uğur qazanmaması Qərbdəki müttəfiqləri arasında ciddi fikir ayrılığına səbəb olub. Bəzi dövlətlər hətta yardımların dayandırılması təklifi ilə çıxış edir. 

Bəzi dövlətlərsə Ukraynanın Avropa üçün artıq başağrısı olduğu qənaətindədir. Məsələn, İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani hesab edir ki, Ukraynanın indiki halda NATO-ya daxil olması “hamı üçün təhlükəlidir” və bu məsələ ehtiyatlı yanaşma tələb edir:

"Bu, NATO ölkələrinin işə qarışmasına gətirib çıxarır və buna görə də bu məsələdə diqqətli olmalıyıq".

Almaniya kansleri Olaf Şolts isə deyib ki, Ukrayna ilə imzalanan təhlükəsizlik razılaşması Almaniyanın münaqişə tərəfi olması və alman əsgərlərinin döyüşəcəyi anlamına gəlmir. Qərbdə fikir ayrılığı getdikcə artır. 

Nəzərə alaq bu il həm Rusiyada, həm Ukraynada, həm də ABŞ-da prezident seçkiləri keçiriləcək. Bundan başqa, Avropa İttifaqı və Avropa Parlamentində də bu yay seçkilər olacaq. Ona görə də bəzi maraqlı qüvvələr ən yaxın zamanda cəbhədə dönüş yaratmaq istəyirlər. Münxen Təhlükəsizlik Konfransında çıxış edən Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borel bildirib ki, Ukraynada döyüş meydanında vəziyyət 3 ay ərzində həll olunacaq.

Cozep Borel Ukraynaya yardımın artırılmasına vacib sayıb:

"Üç ay ərzində döyüş meydanında vəziyyət müəyyənləşəcək. Biz artıq "Avropa seçkilərini gözləyək" və ya "daha çox təfərrüatları bilmək istəyirik" deyə bilmərik. Biz daha sürətli, daha qətiyyətli olmalıyıq, hərbi vəziyyətdə yaşayırıq. Kiyevə daha çox yardım göstərməyə çağırıram”.

Nəzərə alaq ki, yaxın 3 ayda Ukrayna müharibədə dönüş yarada bilməsə, bu təkcə Zelenski və onun komandasının yox, həm də Qərbin bir sıra siyasi dairələrinin sonu olacaq. Ukraynanın uduzması ilk növbədə Co Baydenin və Demokratların bu payızda keçiriləcək Prezident seçkilərində məğlubiyyətinə ciddi əsaslar yaradacaq. 

Respublikaçıların hakimiyyətə gəlməsi isə Ukraynaya yaxşı heç nə vəd etmir. Çünki Donald Tramp başda olmaqla bütün Respublikaçıları bəyan edirlər ki, onlar üçün prioritet ABŞ-ın daxili sosial-iqtisadi problemləridir. 
Respublikaçılar xarici dövlətlərə hər hansı bir maliyyə yardımı etmək barədə düşünmür. Bu da o deməkdir ki, Demokratlar hakimiyyətdən getsə, Ukraynaya maliyyə yardımı dayanacaq. ABŞ yardımı dayandırsa, Qərb ölkələri də Ukraynadan əlini çəkəcək. Ona görə də həm rəsmi Vaşinqton, həm də Avropanın siyasi dairələri ən geci yaxın 3 ayda cəbhə bölgəsində əsaslı dönüş yaratmaq istəyirlər. 

Amma bu o qədər də inadırıcı görünmür. Çünki son 2 ildə Ukrayna döyüş bölgəsində heç bir uğura imza atmayıb. Ən yaxşı halda Rusiyanın resurslarını tükəndirib. Amma Qərb üçün bu yetərli deyil. Elə Zelenski üçün də. Ona görə də zamanın daraldığını anlayan Zelenski ABŞ və Avropa ilə hədə dilində danışır. O çox gözəl bilir ki, Rusiya ilə müharibədə məğlubiyyət təkcə onunun yox, çoxlarının siyasi sonu olacaq.

Di gəlki, reallıqlar bəzi adamları çox az narahat edir. Məsələn son günlər dünya Ukrayna müharibəsindən yox, Ukraynanın xarici işlər naziri Dmitri Kulebadan danışır.

Məlum olduğu kimi Münxen Təhlükəsizlik Konfransında iştirak edən Kuleba Ukrayna televiziyasının canlı yayımına siqarla çıxıb. Nazirin verdiyi poz ciddi narazılıq və iradla qarşılansa da, Kulebanın özü bu durumdan narahat deyil. Bu da onu göstərir ki, müharibə heç də hamı üçün faciə deyil.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu dörd qidanın davamlı qəbulu zəhərlənməyə SƏBƏB OLA BİLƏR

Bu dörd qidanın davamlı qəbulu zəhərlənməyə SƏBƏB OLA BİLƏR

Azərbaycan bu sahədə MDB üzrə ən yaxşı göstəriciyə sahib ölkələrdən BİRİDİR – FOTO

Azərbaycan bu sahədə MDB üzrə ən yaxşı göstəriciyə sahib ölkələrdən BİRİDİR – FOTO

Bu tavalar Avropada qadağan edildi: xəstəlik yayır

Bu tavalar Avropada qadağan edildi: xəstəlik yayır

Mərkəzi Asiyadan ölkəmizə kütləvi TURİST AXINI

Mərkəzi Asiyadan ölkəmizə kütləvi TURİST AXINI

Həbsxanalarla bağlı YENİLİK

Həbsxanalarla bağlı YENİLİK

Yanvar ayının ŞANSLI BÜRCLƏRİ – Onları xoş sürprizlər GÖZLƏYİR

Yanvar ayının ŞANSLI BÜRCLƏRİ – Onları xoş sürprizlər GÖZLƏYİR

Dişləri qorumaq üçün QIZIL QAYDA

Dişləri qorumaq üçün QIZIL QAYDA

İsveçrədəki partlayışda 40 nəfər HƏYATINI İTİRDİ – 100-dən çox YARALI VAR – VİDEO

İsveçrədəki partlayışda 40 nəfər HƏYATINI İTİRDİ – 100-dən çox YARALI VAR – VİDEO

Bir zamanlar ulduz idilər, indi qocalar evində yaşayırlar... – FOTO

Bir zamanlar ulduz idilər, indi qocalar evində yaşayırlar... – FOTO

Külək güclənəcək, sulu qar yağacaq – SABAHIN HAVASI

Külək güclənəcək, sulu qar yağacaq – SABAHIN HAVASI

Dövlətin gücü və xalqın BİRLİYİ - Prezidentin Yeni il müraciətindən TARİXİ MESAJLAR

Dövlətin gücü və xalqın BİRLİYİ - Prezidentin Yeni il müraciətindən TARİXİ MESAJLAR

Polis əməkdaşları azyaşlını belə xilas etdi – ANBAAN VİDEO

Polis əməkdaşları azyaşlını belə xilas etdi – ANBAAN VİDEO

İrandan gələn "qarpız"ların içində narkotik AŞKARLANDI – FOTO/VİDEO

İrandan gələn "qarpız"ların içində narkotik AŞKARLANDI – FOTO/VİDEO

Prezidentdən xalqa müraciəti ilə bağlı PAYLAŞIM – VİDEO

Prezidentdən xalqa müraciəti ilə bağlı PAYLAŞIM – VİDEO

Media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il UZADILDI

Media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il UZADILDI

İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədrini TƏBRİK ETDİ

İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədrini TƏBRİK ETDİ

Bricit Bardonun ailəsi Makronun dəfndə iştirakına İCAZƏ VERMƏDİ

Bricit Bardonun ailəsi Makronun dəfndə iştirakına İCAZƏ VERMƏDİ

2026-cı ildə manatın məzənnəsi üçün kritik PROQNOZ

2026-cı ildə manatın məzənnəsi üçün kritik PROQNOZ

Prezidentdən kubalı həmkarına MƏKTUB

Prezidentdən kubalı həmkarına MƏKTUB

Yeni ilin ilk günü BÜRCLƏRƏ nə vəd edir?

Yeni ilin ilk günü BÜRCLƏRƏ nə vəd edir?

İsveçrədə DƏHŞƏTLİ PARTLAYIŞ – Ölən və yaralananlar var – VİDEO

İsveçrədə DƏHŞƏTLİ PARTLAYIŞ – Ölən və yaralananlar var – VİDEO

Öskürəkdən əziyyət çəkənlərə XƏBƏRDARLIQ – Bu içkilərdən UZAQ DURUN!

Öskürəkdən əziyyət çəkənlərə XƏBƏRDARLIQ – Bu içkilərdən UZAQ DURUN!

Hər gün kitab oxumağın 6 FAYDASI

Hər gün kitab oxumağın 6 FAYDASI

61 il eyni məktəbdə çalışan müəllim Rekordlar Kitabına DÜŞDÜ

61 il eyni məktəbdə çalışan müəllim Rekordlar Kitabına DÜŞDÜ

End of content

No more pages to load

RADİO