İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzi İlham Əliyevi TƏBRİK ETDİ 

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi İlham Əliyevi fevralın 7-də keçirilən prezident seçkilərindəki qələbə münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Təbrikdə bildirilib:

“Möhtərəm cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırır və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayırıq.

2004-cü ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İƏTGF) təsis edilməsi ilə bağlı Baş Assambleyanın keçirilməsinə mühüm dəstəyiniz İƏT ölkələri gənclərinin inkişafı və birliyinin gücləndirilməsində Zati-alinizin qəti mövqeyinin göstəricisidir. 2010-cu ildə Azərbaycan hökuməti tərəfindən İslam Əməkdaşlıq Təşkilatına bağlı beynəlxalq qurum kimi İƏTGF-nin Avrasiya Regional Mərkəzinə Bakıda ev sahibliyinin edilməsi və dəstəklənməsi regionumuzun liderləri üçün gözəl nümunədir. 

Zati-alinizin İƏTGF-nin beynəlxalq təşkilat kimi yaradılması və institusionallaşması üçün verdiyi dəstəkdən qürur duyur, bunu Azərbaycan Respublikasının İƏT-ə mühüm töhfəsi hesab edirik.
Biz İƏTGF Avrasiya Regional Mərkəzinin İdarə Heyəti olaraq Zati-alinizin etimadı, dəstəyi və qardaş Azərbaycana rəhbərliyi ilə fəxr edir və davamlı olaraq bu etimadı doğrultmaq üçün çalışırıq.

Sizin Azərbaycanda 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməyiniz və həmin il Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi İslam coğrafiyası üçün mühüm hadisələrdən biri idi.

Sizin müdrik siyasətiniz sayəsində Azərbaycanın bütün əraziləri üzərində tam suverenliyini və hüquqi nəzarətini bərpa etməsi təkcə Azərbaycan tarixində deyil, İslam ölkələri tarixində də son iki yüz ildə əldə edilmiş ilk və böyük uğurdur.

Şuşa şəhərinin bu il İslam dünyasının mədəniyyət paytaxtı və İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı seçilməsi Sizin müsəlman dünyasında nüfuzunuzun bariz göstəricisidir. İnanırıq ki, bu il Azərbaycan, xüsusilə Şuşa şəhəri müsəlman gənclərinin həmrəylik mərkəzinə çevriləcəkdir.

Möhtərəm Prezident, İƏT ölkələrinin həmrəyliyinə dəstək verən və qardaş Azərbaycanı inkişaf etdirən fəaliyyətinizə görə Sizə təşəkkür edir, ən xoş arzularımızı bildirmək şərəfinə nail oluruq.

Zati-alinizi bir daha təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, uğurlar diləyirik. Ən yüksək ehtiramımızı və xoş arzularımızı qəbul etməyinizi xahiş edirik.

Hörmətlə,

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya

Regional Mərkəzinin İdarə Heyəti:

Elçin Əsgərov – İdarə Heyətinin sədri

İdarə Heyətinin üzvləri:

Abdulaziz Muminov (Özbəkistan)
Askar Şaikidinov (Qırğızıstan)
Vajiha Haris (Rumıniya)
Janat Çukeyev (Qazaxıstan)
Akerke İskanderova (Qazaxıstan)
Fsahat Ul-Hassan (Pakistan)
Aygül Qabdrahmanova (Tatarıstan)
Rafiq İsmayılov – baş direktor
Vüsal Qurbanov – baş direktor.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“ChatGPT” işçi axtarır - 555 min dollar maaşa

“ChatGPT” işçi axtarır - 555 min dollar maaşa

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq sığınacaqlarında Yeni il şənliyi təşkil olundu – FOTO

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq sığınacaqlarında Yeni il şənliyi təşkil olundu – FOTO

Müharibə dövründə 90 litr qan bağışladı, minlərlə əsgərin həyatını XİLAS ETDİ – Hüsniyyə Hüseynova KİMDİR?

Müharibə dövründə 90 litr qan bağışladı, minlərlə əsgərin həyatını XİLAS ETDİ – Hüsniyyə Hüseynova KİMDİR?

Yanvarın 2-si ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Yanvarın 2-si ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda minlərlə insan bayramdan imtina etdi

Azərbaycanda minlərlə insan bayramdan imtina etdi

Tarixi dəyişiklik: Artıq sərbəst oxunacaq

Tarixi dəyişiklik: Artıq sərbəst oxunacaq

Qızları olacağını açıqladı

Qızları olacağını açıqladı

Leyla və Arzu Əliyevalar “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində - FOTO

Leyla və Arzu Əliyevalar “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzində - FOTO

“Çelsi”nin baş məşqçisi istefaya göndərildi

“Çelsi”nin baş məşqçisi istefaya göndərildi

Leyla və Arzu Əliyevalar ahıl şəxslərlə Yeni il süfrəsində - FOTO

Leyla və Arzu Əliyevalar ahıl şəxslərlə Yeni il süfrəsində - FOTO

Azərbaycana nə qədər palma yağı gətirilib?

Azərbaycana nə qədər palma yağı gətirilib?

Bəy tortu yerə ATDI, toyda ara qarışdı - VİDEO

Bəy tortu yerə ATDI, toyda ara qarışdı - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bu yollar dumanlı olacaq, buz bağlayacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollar dumanlı olacaq, buz bağlayacaq

Xankəndiyə gələn turistlərin sayı artıb – FOTO

Xankəndiyə gələn turistlərin sayı artıb – FOTO

Zaqataladakı qəzada xəsarət alanların kimliyi bilindi – ADLAR

Zaqataladakı qəzada xəsarət alanların kimliyi bilindi – ADLAR

Ötən il Ukraynadakı müharibədə həlak olan azərbaycanlıların SAYI

Ötən il Ukraynadakı müharibədə həlak olan azərbaycanlıların SAYI

"Xanım həyatı istəyirəm, qadına qulluq lazımdır" – FOTO

"Xanım həyatı istəyirəm, qadına qulluq lazımdır" – FOTO

“Kəpəz” hansı futbolçu ilə danışıq aparır?

“Kəpəz” hansı futbolçu ilə danışıq aparır?

Mikayıl Cəfərov vəfat etdi

Mikayıl Cəfərov vəfat etdi

Azərbaycan XİN İsveçrəyə başsağlığı verdi

Azərbaycan XİN İsveçrəyə başsağlığı verdi

Valideyn himayəsindən məhrum uşaqların TALEYİ - Əcnəbilərə, yoxsa azərbaycanlı ailələrə?

Valideyn himayəsindən məhrum uşaqların TALEYİ - Əcnəbilərə, yoxsa azərbaycanlı ailələrə?

Terrorun payız və yaz şumu - Mir Şahinin FİLMİ

Terrorun payız və yaz şumu - Mir Şahinin FİLMİ

İcra sistemində mühüm YENİLİK - Xüsusi icra məmurları işə başlayır

İcra sistemində mühüm YENİLİK - Xüsusi icra məmurları işə başlayır

Mahir Emrelinin SON DURUMU

Mahir Emrelinin SON DURUMU

End of content

No more pages to load

RADİO