Fransa Prezidenti Emmanuel Makron bu yaxınlarda təyin edilən təhsil naziri Ameli Udea Kasteranı istefaya göndərib.
Bizim.Media ölkə KİV-ə istinadən xəbər verir ki, Kasteranın yerinə Nikol Belube təyin edilib.
Buna səbəb Kasteranın vəzifəyə gəldikdən sonra övladlarının özəl məktəbdə təhsil almasını dövlət məktəbinin vaxt itkisi olduğu ilə əsaslandırması olub. Belə ki, bu fikrinə görə nazir sərt tənqidlə üzləşib.
Qeyd edək ki, Ameli Udea Kastera vəzifəsindən kənarlaşdırılsa da, Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına cavabdeh olaraq qalır.
Bizim.Media