Müşahidə missiyalarının üzvləri: “Azərbaycan beynəlxalq ictimaiyyətə açıq ölkədir” - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova növbədənkənar prezident seçkilərini müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan Pakistan, İordaniya və Malayziya parlament müşahidə missiyaları ilə görüşlər keçirib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə Sahibə Qafarova Azərbaycan tarixində xüsusi əhəmiyyətə malik bu seçkiləri ölkənin gələcək inkişafının müəyyən olunması baxımından mühüm siyasi hadisə adlandırıb. 

O, növbədənkənar prezident seçkilərinin ilk dəfə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü təmin olunmuş şəkildə ölkəmizin bütün ərazisində, o cümlədən Xankəndidə, Şuşada və digər işğaldan azad edilmiş rayonlarda keçirildiyini bildirib.

Milli Məclisin sədri, keçmiş məcburi köçkünlərin artıq bir hissəsinin işğaldan azad olunmuş ərazilərə qayıtdığını və bu seçkilərdə öz doğma torpaqlarında səs verdiklərini diqqətə çatdırıb.

S.Qafarova prezident seçkilərinin azad, demokratik və şəffaf şəraitdə keçirilməsi üçün bütün lazımi tədbirlərin görüldüyünü və seçkilərin qanunvericiliyin tələblərinə, bütün qabaqcıl standartlara uyğun təşkil olunduğunu vurğulayıb. O deyib ki, bu seçkilərdə əsas diqqət çəkən məqamlardan biri də yüksək seçici fəallığının qeydə alınmasıdır. Xalqımız seçki məntəqələrinə gedərək, dövlətimizin gələcəyi naminə səs verib.

Milli Məclisin sədri istər seçkilərə hazırlıq prosesinin, istərsə də səsvermənin çoxsaylı yerli və beynəlxalq müşahidəçilər tərəfindən izlənildiyini qeyd edərək bildirib ki, müşahidəçilər seçki prosesi barədə müsbət fikirlərini bölüşüblər.

Görüşlərdə Pakistan Senatının İqtisadi məsələlər üzrə daimi komitəsinin sədri Faysal Salim Rahman, İordaniya Nümayəndələr Palatası sədrinin birinci müavini Əbdürrəhim Əl Maayah, Malayziya Senatının sədr müavini Nur Cazlan bin Mohamed və Malayziya Nümayəndələr Palatasının sədr müavini Ramli Bin Mohd Nor seçkilərin uğurlu keçməsi ilə əlaqədar xalqımızı və dövlətimizi təbrik ediblər. Qeyd olunub ki, prezident seçkiləri demokratik, beynəlxalq standartlara uyğun, şəffaf və ədalətli şəkildə keçirilib. Vətəndaşların fəallığı, seçicilərin səsvermə başlayan andan məntəqələrə gələrək sərbəst şəkildə öz iradələrini ifadə etmələri prosesin yaxşı təşkil olunduğunu təsdiqləyir. Gənclərin seçkiyə yüksək münasibətinin və fəal qoşulmasının qonaqlarda müsbət təəssürat doğurduğu qeyd edilib.

Müşahidə missiyalarının üzvləri Azərbaycanın inkişafı təqdir edərək beynəlxalq ictimaiyyətə açıq ölkə olduğunu vurğulayıblar.

Pakistan Senatının Daimi Komitə sədri bu gün ölkəsində seçkilər keçirilməsinə baxmayaraq, prezident seçkilərini müşahidə etmək üçün Azərbaycana səfərə gəldiklərini, bunun ölkələrimiz arasında münasibətlərə verilən önəmin ifadəsi olduğunu bildirib.
Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlərimiz arasında münasibətlərin mövcud vəziyyəti və perspektivləri ilə bağlı da müzakirələr aparılıb.




Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan idmanına ağır itki – FOTO

Azərbaycan idmanına ağır itki – FOTO

Kimyəvi maddələrə son: Eviniz üçün 4 möcüzəvi təbii təmizlik vasitəsi

Kimyəvi maddələrə son: Eviniz üçün 4 möcüzəvi təbii təmizlik vasitəsi

Bu 2 rayona qatarla getmək mümkün olacaq – VİDEO

Bu 2 rayona qatarla getmək mümkün olacaq – VİDEO

Evləri, ofisləri həşəratlar basıb – Dezinfeksiya işlərini kim APARMALIDIR?

Evləri, ofisləri həşəratlar basıb – Dezinfeksiya işlərini kim APARMALIDIR?

Hava KƏSKİN DƏYİŞİR – Güclü külək, leysan...

Hava KƏSKİN DƏYİŞİR – Güclü külək, leysan...

SON DƏQİQƏ! ABŞ Ordusunun Baş Qərargah rəisi İSTEFA VERDİ

SON DƏQİQƏ! ABŞ Ordusunun Baş Qərargah rəisi İSTEFA VERDİ

BİZİM TƏQVİM: 3 apreldə baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 3 apreldə baş vermiş tarixi hadisələr

Marsda YENİ KƏŞF - Yadplanetlilər mövcud olublar?

Marsda YENİ KƏŞF - Yadplanetlilər mövcud olublar?

Ev təsərrüfatlarına kredit qoyuluşu ARTIB

Ev təsərrüfatlarına kredit qoyuluşu ARTIB

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində ən çox müraciət edilən ölkələrin adları AÇIQLANDI

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində ən çox müraciət edilən ölkələrin adları AÇIQLANDI

Qaraçı qızı canlandıracaq

Qaraçı qızı canlandıracaq

Avropada reaktiv yanacağın qiyməti rekord həddə çatıb

Avropada reaktiv yanacağın qiyməti rekord həddə çatıb

İranın Hörmüz boğazından keçid üçün rüsum tətbiqi ideyası 40-dan çox ölkə tərəfindən rədd edildi

İranın Hörmüz boğazından keçid üçün rüsum tətbiqi ideyası 40-dan çox ölkə tərəfindən rədd edildi

"Marsel"də maaş xərcləri klub tarixinin rekord səviyyəsinə ÇATDI

"Marsel"də maaş xərcləri klub tarixinin rekord səviyyəsinə ÇATDI

Azərbaycanın “Avroviziya”dakı səhnəyə çıxış sırası AÇIQLANDI

Azərbaycanın “Avroviziya”dakı səhnəyə çıxış sırası AÇIQLANDI

Aprelin bu günlərində dəfnə yarpağı yandırın: Həyatınız görün necə dəyişəcək

Aprelin bu günlərində dəfnə yarpağı yandırın: Həyatınız görün necə dəyişəcək

"Valideyn oğlu evlənəndə qızın musiqi zövqünü yoxlamalıdır"

"Valideyn oğlu evlənəndə qızın musiqi zövqünü yoxlamalıdır"

Qızıl mağazasına müştəri kimi girib üzük oğurladı - VİDEO

Qızıl mağazasına müştəri kimi girib üzük oğurladı - VİDEO

Buffon da istefa verdi

Buffon da istefa verdi

Gəncədə 41 yaşlı kişiyə kəsici alətlə xəsarət yetirildi

Gəncədə 41 yaşlı kişiyə kəsici alətlə xəsarət yetirildi

"Euronews": Regiondakı hadisələr fonunda Azərbaycan-Aİ tərəfdaşlığı möhkəmlənir - FOTO

"Euronews": Regiondakı hadisələr fonunda Azərbaycan-Aİ tərəfdaşlığı möhkəmlənir - FOTO

SEPAH daha bir ABŞ təyyarəsini vurdu – ANBAAN VİDEO

SEPAH daha bir ABŞ təyyarəsini vurdu – ANBAAN VİDEO

Londonda evini rekord qiymətə satdı

Londonda evini rekord qiymətə satdı

Gürcüstanda öldürülən 20 yaşlı Ümid 1 həftə əvvəl evlənibmiş – FOTO

Gürcüstanda öldürülən 20 yaşlı Ümid 1 həftə əvvəl evlənibmiş – FOTO

End of content

No more pages to load

RADİO