''Biz Rusiyanın atəşkəsin davamlı olmasını təmin edən vasitəçilik səylərini nəzərə alaraq Qarabağdakı vəziyyəti müzakirə etdik''.
Bizim.Media ''TASS''a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
“Münaqişənin nəticələrinin aradan qaldırılmasının və ümumiyyətlə uzunmüddətli siyasi və diplomatik həllinin ədalətli əsasda əldə edilməsinin vacibliyini vurğuladıq və bölgə ölkələrinin bu prosesdə oynaya biləcəyi rolu nəzərdən keçirdik”, - deyə rusiyalı nazir qeyd edib.
Bizim.Media