Bakı heç nəyi unutmur, BQXK-nin Xankəndi Ofisi bağlanmalıdır 

Bakı heç nəyi unutmur, BQXK-nin Xankəndi Ofisi bağlanmalıdır 
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) fəaliyyəti hər zaman müəyyən şübhələr və suallar doğurub.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, keçmiş Dağlıq Qarabağ münaqişəsi zamanı da bu təşkilatın fəaliyyəti ətrafında kifayət qədər müəmmalar dolaşırdı. Xüsusən azərbaycanlı əsir və girovlarla bağlı BQXK-nin sərgilədiyi mövqe həmin insanların taleyinin faciəli sonluqla bitməsində az rol oynamayıb. Keçmiş Qarabağ münaqişəsində əsir və girov götürülmüş 4 minə qədər azərbaycanlının aqibəti Ermənistanla yanaşı, məhz BQXK-nin yarıtmaz, məsuliyyətsiz, qeyri-şəffaf fəaliyyəti nəticəsində bu günə qədər də məlum deyil.

Bununla yanaşı, BQXK bütün bu müddət ərzində Azərbaycanın hökuməti ilə hesablaşmayan, onun suverenliyini pozaraq Qarabağdakı separatçılarla gizli əməkdaşlıq edən təşkilatlardan biri olub.

Qeyd etmək yerinə düşər ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) 2000-ci illərin əvvəllərində nəinki Azərbaycanla razılaşdırmadan, heç ona xəbər vermədən Xankəndidə Ofisin açılması ilə bağlı artıq tarixin zibilliyə atılmış qondarma rejimlə saziş imzalayıb. Azərbaycan tərəfinin təkidlərinə baxmayaraq, “konfidensiallıq” bəhanəsi altında sazişin mətnini heç vaxt Azərbaycanla bölüşməyib.

Bütün bu illər ərzində Xankəndi ofisi Bakı Ofisinə yox, İrəvan və Cenevrə ofislərinə tabe olub. Vətən müharibəsindən sonra Azərbaycan tərəfi dəfələrlə BQXK qarşısında Xankəndi ofisinin Bakı ofisinə tabe etdirilməsi məsələsini qaldırmasına baxmayaraq, “Biz müstəqil, qərəzsiz, bitərəf təşkilatıq” düşüncəsi ilə hərəkət edən özündən müştəbeh BQXK Azərbaycanın haqlı tələbini yerinə yetirməkdən boyun qaçırıb. Əslində, BQXK heç vaxt müstəqil təşkilat ola bilməz. BQXK heç beynəlxalq təşkilat da deyil, BQXK İsveçrənin qeyri-hökumət təşkilatıdır.

BQXK-nın qəbuledilməz yanaşmasını görən Azərbaycan tərəfi 2023-cü il fevral ayında BQXK-ya rəsmi nota ünvanlamaq məcburiyyətində qalıb, BQXK-nın Xankəndi ofisinin birbaşa Bakı ofisinə tabe edilməsi və bu məqsədlə konkret vaxt cədvəlinin təqdim edilməsini tələb edib.

Notaya cavab verilməsi ilə bağlı ölkəmizin təkrar sorğularından sonra BQXK təxminən 2 ay yarım sonra, 2023-cü il may ayında təqdim etdiyi cavab notasında aşağıdakıları bildirib: “BQXK-nın Qarabağda fəaliyyətinin əsasını onun özünün hüquqi qiymətləndirməsi təşkil edir və bu mənada təşkilat hesab edir ki, Azərbaycan və Ermənistan arasında silahlı münaqişə hələ də bitməyib. BQXK işlədiyi konkret yerə “de-fakto nəzarət edənlər”lə təmas qurmalıdır. BQXK 2025-ci ildən sonra yarana biləcək yeni reallıqda bu məsələni yenidən nəzərdən keçirə bilər”.

BQXK bununla bir daha təkəbbürlü davranışını, “müstəsnalığı”nı, özünü Azərbaycanın qanuni maraqlarından üstün tutmasını nümayiş etdirib.

BQXK-nın xəritələrdə “Dağlıq Qarabağ”ın ərazisini uzadaraq Ermənistanla birləşdirməsini, Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun hücumunu ləngitməyə çalışmasını, Gəncə hadisələrində həbs edilənlərə “Aclıq edin, Fransa, Almaniya səfirliyinə sığınacaq üçün müraciət edin” kimi mandatından kənar məsləhətini, qaçaqmalçılıqla məşğul olmasını Bakıda yaxşı xatırlayırlar.

Sentyabr əməliyyatından sonra BQXK-nın hələ də Xankəndidə Ofis saxlaması onun xəbis niyyətini, Fransanın, ABŞ-ın, Avropa Parlamentinin, AŞPA-nın anti-Azərbaycan siyasətinin icraçısına çevrilməsini göstərir. BQXK-yə tapşırıblar ki, Ofisi bağlamayın, separatçılar Qarabağa qayıdaraq yenidən qanunsuz əməllərlə məşğul olacaqlar və belə bir şəraitdə BQXK da 2023-cü ilə qədər olduğu kimi, “işləmək”də davam etdirəcək. Hazırda Xankəndi Ofisi Qərbin Qarabağda “gözü və qulağı” rolunu oynayır.

Artıq bütün ərazilərimiz üzərində dövlət suverenliyimiz bərpa olunub. Fevralın 7-də prezident seçkiləri müstəqillik dönəmində ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcək.

Bu günlərdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndi şəhərinə səfər etməsini, erməni sakinlərlə görüşməsini simvolik hesab etmək olar. 1920-ci ildən bəri fəaliyyət göstərən Azərbaycan Qızıl Aypara Cəmiyyəti dövlət təşkilatı deyil. Cəmiyyət beynəlxalq aləmdə müsbət reputasiyaya malik olan yüksək etimada malik olan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının üzvü kimi tərəfsiz bir humanitar təşkilatdır.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə BQXK-nın Xankəndi ofisinə olan ehtiyacı da tam olaraq aradan qaldıra bilər. BQXK-nın Xankəndi Ofisinin bağlanmasının tam vaxtıdır. BQXK-nın Xankəndi Ofisi Azərbaycanın suverenliyinə hörmətsiz münasibətin qalığıdır.

Bakı heç nəyi unutmur və səbrlə gözləməyi bacarır.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

“Apple” 24 saat enerji yığmadan işləyə bilən noutbuk TƏQDİM ETDİ - FOTO

“Apple” 24 saat enerji yığmadan işləyə bilən noutbuk TƏQDİM ETDİ - FOTO

Tramp “süni intellekt” ifadəsini rəsmi şəkildə QADAĞAN EDƏCƏK

Tramp “süni intellekt” ifadəsini rəsmi şəkildə QADAĞAN EDƏCƏK

Dəhşətli qətlin törədildiyi kafenin aşpazı "Xəzər Xəbər"ə nələri danışdı? - VİDEO

Dəhşətli qətlin törədildiyi kafenin aşpazı "Xəzər Xəbər"ə nələri danışdı? - VİDEO

İsraildə seçkilər bitdi - İlkin NƏTİCƏLƏR

İsraildə seçkilər bitdi - İlkin NƏTİCƏLƏR

Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - VİDEO

Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - VİDEO

Daha bir ölkə “Avroviziya-2027”dən İMTİNA ETDİ

Daha bir ölkə “Avroviziya-2027”dən İMTİNA ETDİ

Ermənistanın Bərdədə törətdiyi növbəti terrordan altı il ÖTÜR

Ermənistanın Bərdədə törətdiyi növbəti terrordan altı il ÖTÜR

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI

Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına SON QOYDU

Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına SON QOYDU

Yevlaxda yol qəzasında ölən gəncin FOTOSU

Yevlaxda yol qəzasında ölən gəncin FOTOSU

“Starlink” Ukraynada buna görə məhdudlaşdırılıb - Mask AÇIQLADI

“Starlink” Ukraynada buna görə məhdudlaşdırılıb - Mask AÇIQLADI

Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində işıq olmayacaq

Seçkilərdə məğlub olan Bolsonaru ABŞ-yə getdi – KİV

Seçkilərdə məğlub olan Bolsonaru ABŞ-yə getdi – KİV

“Barselona” ona görə CƏRİMƏLƏNDİ

“Barselona” ona görə CƏRİMƏLƏNDİ

İsraildə parlament seçkilərində səsvermə vaxtı UZADILMAYACAQ

İsraildə parlament seçkilərində səsvermə vaxtı UZADILMAYACAQ

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas ÇAĞIRACAQ

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas ÇAĞIRACAQ

Lavrov: “Rusiya ilə ABŞ arasında dizel yanacağı sazişi əlavə şərtlər olmadan bağlanıb”

Lavrov: “Rusiya ilə ABŞ arasında dizel yanacağı sazişi əlavə şərtlər olmadan bağlanıb”

Cəzalanan futbolçular milliyə QAYIDIR

Cəzalanan futbolçular milliyə QAYIDIR

Zelenski: “Ukrayna ordusu Kupyansk istiqamətində 15 kilometrdən çox irəliləyib” - VİDEO

Zelenski: “Ukrayna ordusu Kupyansk istiqamətində 15 kilometrdən çox irəliləyib” - VİDEO

Naxçıvanda yeniyetmə həmyaşıdını BIÇAQLADI

Naxçıvanda yeniyetmə həmyaşıdını BIÇAQLADI

Ərdoğan və Makron regional və beynəlxalq məsələləri müzakirə ediblər

Ərdoğan və Makron regional və beynəlxalq məsələləri müzakirə ediblər

“Fənərbağça” İsmayıl Kartalla yollarını ayırdı

“Fənərbağça” İsmayıl Kartalla yollarını ayırdı

Leyla Əliyevadan Şamaxıya səfəri ilə bağlı PAYLAŞIM - VİDEO

Leyla Əliyevadan Şamaxıya səfəri ilə bağlı PAYLAŞIM - VİDEO

Rusiya Britaniyanın hərbi müəssisələrinin rəhbərlərinə sanksiya TƏTBİQ ETDİ

Rusiya Britaniyanın hərbi müəssisələrinin rəhbərlərinə sanksiya TƏTBİQ ETDİ

End of content

No more pages to load

RADİO