Zabuxda seçkiyə HAZIRLIQ - Yeni məntəqə yaradılıb, seçicilər qeydiyyata alınıb

“Zabux camaatı 7 fevral növbədənkənar prezident seçkilərinə hazırdır. Doğma yurdumuzda səs verəcəyimizin qürur və sevincini yaşayırıq”.

Bizim.Media report-a istinadən xəbər verir ki, 121 saylı Laçın seçki dairəsinin Zabux kəndində yeni yaradılan 108 saylı seçki məntəqəsinin sədri Mübariz Rüstəmov deyib.

1 saylı Zabux kənd tam orta məktəbində yerləşən məntəqə bütün ləvazimatlarla təchiz edilib. Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb. Eyni zamanda məntəqədəki lövhədə seçicilərin siyahısı vurulub.

M.Rüstəmovun sözlərinə görə, məntəqədə 1500-ə yaxın seçici qeydiyyata alınıb. Onlardan 549 nəfər Zabux sakini, digərləri isə Laçının Minkənd kəndindən başlayaraq Güləbirdə qədər olan əraziləri əhatə edən seçicilərdir.
O bildirib ki, Zabux kəndinin ən yaşlı seçicisi 88 yaşlı Şəmil Fərəcovdur: “O ərizə ilə bizə müraciət edərək səyyar səsvermə hüququndan istifadə etmək istəyini bildirib. Onun və həmçinin səhhətində problem olan seçicilərimizin səsvermə hüququnu təmin etmək üçün səyyar qutular göndəriləcək”.

Qeyd edək ki, Azərbaycanda fevralın 7-ə növbədənkənar prezident seçkiləri təyin olunub.

Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İntuisiyası ən güclü olan 5 BÜRC – Hissləri onları yanıltmır

İntuisiyası ən güclü olan 5 BÜRC – Hissləri onları yanıltmır

Əməkdar jurnalist Nurani ilə vida mərsimi – FOTO

Əməkdar jurnalist Nurani ilə vida mərsimi – FOTO

Bakıda dəhşətli qəza- Ölən və yaralananlar var – Video

Bakıda dəhşətli qəza- Ölən və yaralananlar var – Video

Sözdə “vahid xalq”, əməldə SOYQIRIMI SİYASƏTİ – Rusiyanın Ukraynada dinc əhaliyə qarşı törətdiyi İNSANLIQ CİNAYƏTLƏRİ

Sözdə “vahid xalq”, əməldə SOYQIRIMI SİYASƏTİ – Rusiyanın Ukraynada dinc əhaliyə qarşı törətdiyi İNSANLIQ CİNAYƏTLƏRİ

Temperatur 40 dərəcəyə yüksələcək – PROQNOZ

Temperatur 40 dərəcəyə yüksələcək – PROQNOZ

Yeni orqan kəşf edildi

Yeni orqan kəşf edildi

Xalq artisti yeni imicdə- VİDEO

Xalq artisti yeni imicdə- VİDEO

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Ekspres marşrutun hərəkət sxemi dəyişdiriləcək

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Ekspres marşrutun hərəkət sxemi dəyişdiriləcək

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? – RƏSMİ AÇIQLAMA

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? – RƏSMİ AÇIQLAMA

Hər axşam dəfnə yarpağını yandıranda nə baş verir?

Hər axşam dəfnə yarpağını yandıranda nə baş verir?

Bakıda 27 yaşlı oğlan öldürüldü- Qardaşı saxlanıldı

Bakıda 27 yaşlı oğlan öldürüldü- Qardaşı saxlanıldı

Kəlbəcərdən Laçına daha tez getmək mümkün olacaq – VİDEO

Kəlbəcərdən Laçına daha tez getmək mümkün olacaq – VİDEO

Sahibkarlar üçün yeni güzəştlər - Sentyabrın 1-dən

Sahibkarlar üçün yeni güzəştlər - Sentyabrın 1-dən

Ölkədən çıxışına qadağa qoyuldu

Ölkədən çıxışına qadağa qoyuldu

Azərbaycanda bu şəxslərin mənzilləri pulsuz təmir olunacaq

Azərbaycanda bu şəxslərin mənzilləri pulsuz təmir olunacaq

Qonşu ölkədə süfrələrin vazkeçilməzi sürətlə bahalaşır – qiymət artımı 11 faizi keçdi

Qonşu ölkədə süfrələrin vazkeçilməzi sürətlə bahalaşır – qiymət artımı 11 faizi keçdi

34 ölkənin vətəndaşları Azərbaycana vizasız gələcək – Turizmin inkişafında YENİ MƏRHƏLƏ

34 ölkənin vətəndaşları Azərbaycana vizasız gələcək – Turizmin inkişafında YENİ MƏRHƏLƏ

Azərbaycanda ölümün ən çox qeydə alındığı RAYONLAR

Azərbaycanda ölümün ən çox qeydə alındığı RAYONLAR

Sağalmaz hesab edilən xəstəliyin dərmanı Antarktida buzlaqlarında TAPILDI

Sağalmaz hesab edilən xəstəliyin dərmanı Antarktida buzlaqlarında TAPILDI

Rusiya taxılı Biləcəridən Ermənistana yola salındı – VİDEO

Rusiya taxılı Biləcəridən Ermənistana yola salındı – VİDEO

"Liverpul" 70 milyon avroluq təklif göndərdi

"Liverpul" 70 milyon avroluq təklif göndərdi

Çalışdıqları şirkətdən oğurluq edən şəxslər SAXLANILDI

Çalışdıqları şirkətdən oğurluq edən şəxslər SAXLANILDI

“O, uşağını Trampdan daha çox sevir, buna görə qəzəbliyəm” – VİDEO

“O, uşağını Trampdan daha çox sevir, buna görə qəzəbliyəm” – VİDEO

Bu gün çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Bu gün çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

End of content

No more pages to load

RADİO