Prezident Parlamentlərarası İttifaqın Baş katibini qəbul etdi - FOTO/VİDEO

Prezident Parlamentlərarası İttifaqın Baş katibini qəbul etdi - FOTO/VİDEO
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib. 

Bizim.Media xəbər verir ki, Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb. 

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib, bunun Azərbaycan xalqı və dövləti üçün tarixi məqam olduğunu qeyd edib, bu yeni şəraitin regionda sülhün və sabitliyin gücləndirilməsi üçün imkanlar yaratdığını vurğulayıb. 

Dövlət başçısı deyib ki, Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilməyib, Azərbaycan torpaqları işğaldan azad olunmayıb, məcburi köçkünlərin geri qayıtması təmin edilməyib. Azərbaycan tərəfi isə torpaqları işğal altında olan zaman haqlı şəkildə Minsk qrupunun üzv dövlətlərini Ermənistana təzyiq göstərmək, ona müvafiq sanksiyalar tətbiq etmək barədə təkliflər irəli sürdüyü halda, o vaxt Minsk qrupu tərəfindən bu istiqamətdə heç bir addım atılmayıb. 

Prezident İlham Əliyev diqqətə çatdırıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilməyib. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub. 

Dövlət başçısı 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanat çərçivəsində Ermənistanın üzərinə götürdüyü bir sıra öhdəliklərini yerinə yetirmədiyini, son 3 il ərzində Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməkdə davam etdiyini bildirib. 
Azərbaycan Prezidenti ötən il sentyabrın 2-də Ermənistan rəhbərliyinin qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyi” münasibətilə göndərdiyi təbrikin, həmçinin sentyabrın 9-da keçirilmiş dırnaqarası “prezident seçkiləri”nin sülh prosesinə ciddi zəbrbə vurduğunu, Azərbaycanın özünün ərazi bütövlüyünü və suverenliyini təmin etmək üçün antiterror tədbirləri keçirməli olduğunu vurğulayıb. 

Dövlət başçısı bildirib ki, Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur və iki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. 

Prezident İlham Əliyev bu xüsusda qeyd edib ki, Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Bununla yanaşı, dövlət başçısı vurğulayıb ki, Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir. Azərbaycan Prezidenti qeyd etdi ki, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər.

Ermənistanda bunun tez bir vaxtda həyata keçirilməsinin vacibliyini bildirən dövlət başçısı vurğulayıb ki, hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər. 

Qonaq Beynəlxalq Parlamentlər İttifaqının Ermənistanın və Azərbaycanın parlament nümayəndələri arasında dialoq üçün platforma ola biləcəyitəklifi ilə çıxış edib. Dövlət başçısı bu təşəbbüsü yüksək qiymətləndirərək, iki ölkənin parlamentləri arasında məhz bu platformada dialoqun aparılmasının Azərbaycan tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb. 

Fransanın regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış etdiyini, Ermənistanın militarizasiya siyasətini apardığını, geosiyasi intriqaların təşəbbüskarı olduğunu deyən Prezident İlham Əliyev rəsmi Parisin regionda vəziyyətin gərginləşməsinin səbəbkarı olduğunu, müxtəlif beynəlxalq təşkilatlarda və parlament müstəvilərində anti-Azərbaycan siyasət yürütdüyünü də diqqətə çatdırıb. Dövlət başçısı Fransanın Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək məqsədilə siyasət yürütdüyünü, lakin onların bu istiqamətdəki cəhdlərinin əbəs olduğunu vurğulayıb. 

Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsünün dialoqa xidmət etmədiyini vurğulayaraq bildirib ki, bu, ümumiyyətlə, parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir. Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa edilməli olduğunu deyən dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq. 

Martin Çunqonq Parlamentlərarası İttifaqın parlamentarilər arasında dialoqa, inklüzivliyə çağırdığını, eksklüzivliyinin tərəfdarı olmadığı, bu kimi yanaşmaların düzgün qəbul edilmədiyini, beynəlxalq parlamentarizm ənənələri ilə uyğun gəlmədiyini diqqətə çatdırıb. 
Qonaq COP29-la bağlı dövlət başçısını təbrik edərək, COP29 keçiriləcəyi zaman Parlamentlərarası İttifaq çərçivəsində parlament nümayəndə heyətlərini bir araya gətirən, ətraf mühit və iqlim dəyişikliyi istimaqətlərində beynəlxalq səyləri dəstəkləyən bir tədbirin təşkil olunma təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüsü dəstəkləyən dövlət başçısı qonağı Azərbaycanın ev sahibliyi edəcəyi COP29-a dəvət edib. Dəvət məmnunluqla qəbul olunub. 

Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə də təbriklərini çatdırıb, ölkəmizin Hərəkatın parlament ölçüsünün yaradılması təşəbbüsünü təqdir edib. 

Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi müddətində bu təsisatın beynəlxalq nüfuzunun artırılması, yeni əməkdaşlıq sahələrinin yaradılması, bu xüsusda parlament, gənclər ölçülərinin və qadın platformasının təsis olunması istiqamətində təşəbbüslərlə çıxış etdiyini vurğulayıb. 

Görüşdə qarşıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

11:20

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 



Prezident Parlamentlərarası İttifaqın Baş katibini qəbul etdi - FOTO/VİDEO - foto 1


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

“Apple” 24 saat enerji yığmadan işləyə bilən noutbuk TƏQDİM ETDİ - FOTO

“Apple” 24 saat enerji yığmadan işləyə bilən noutbuk TƏQDİM ETDİ - FOTO

Tramp “süni intellekt” ifadəsini rəsmi şəkildə QADAĞAN EDƏCƏK

Tramp “süni intellekt” ifadəsini rəsmi şəkildə QADAĞAN EDƏCƏK

Dəhşətli qətlin törədildiyi kafenin aşpazı "Xəzər Xəbər"ə nələri danışdı? - VİDEO

Dəhşətli qətlin törədildiyi kafenin aşpazı "Xəzər Xəbər"ə nələri danışdı? - VİDEO

İsraildə seçkilər bitdi - İlkin NƏTİCƏLƏR

İsraildə seçkilər bitdi - İlkin NƏTİCƏLƏR

Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - VİDEO

Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - VİDEO

Daha bir ölkə “Avroviziya-2027”dən İMTİNA ETDİ

Daha bir ölkə “Avroviziya-2027”dən İMTİNA ETDİ

Ermənistanın Bərdədə törətdiyi növbəti terrordan altı il ÖTÜR

Ermənistanın Bərdədə törətdiyi növbəti terrordan altı il ÖTÜR

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI

Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına SON QOYDU

Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına SON QOYDU

Yevlaxda yol qəzasında ölən gəncin FOTOSU

Yevlaxda yol qəzasında ölən gəncin FOTOSU

“Starlink” Ukraynada buna görə məhdudlaşdırılıb - Mask AÇIQLADI

“Starlink” Ukraynada buna görə məhdudlaşdırılıb - Mask AÇIQLADI

Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində işıq olmayacaq

Seçkilərdə məğlub olan Bolsonaru ABŞ-yə getdi – KİV

Seçkilərdə məğlub olan Bolsonaru ABŞ-yə getdi – KİV

“Barselona” ona görə CƏRİMƏLƏNDİ

“Barselona” ona görə CƏRİMƏLƏNDİ

İsraildə parlament seçkilərində səsvermə vaxtı UZADILMAYACAQ

İsraildə parlament seçkilərində səsvermə vaxtı UZADILMAYACAQ

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas ÇAĞIRACAQ

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas ÇAĞIRACAQ

Lavrov: “Rusiya ilə ABŞ arasında dizel yanacağı sazişi əlavə şərtlər olmadan bağlanıb”

Lavrov: “Rusiya ilə ABŞ arasında dizel yanacağı sazişi əlavə şərtlər olmadan bağlanıb”

Cəzalanan futbolçular milliyə QAYIDIR

Cəzalanan futbolçular milliyə QAYIDIR

Zelenski: “Ukrayna ordusu Kupyansk istiqamətində 15 kilometrdən çox irəliləyib” - VİDEO

Zelenski: “Ukrayna ordusu Kupyansk istiqamətində 15 kilometrdən çox irəliləyib” - VİDEO

Naxçıvanda yeniyetmə həmyaşıdını BIÇAQLADI

Naxçıvanda yeniyetmə həmyaşıdını BIÇAQLADI

Ərdoğan və Makron regional və beynəlxalq məsələləri müzakirə ediblər

Ərdoğan və Makron regional və beynəlxalq məsələləri müzakirə ediblər

“Fənərbağça” İsmayıl Kartalla yollarını ayırdı

“Fənərbağça” İsmayıl Kartalla yollarını ayırdı

Leyla Əliyevadan Şamaxıya səfəri ilə bağlı PAYLAŞIM - VİDEO

Leyla Əliyevadan Şamaxıya səfəri ilə bağlı PAYLAŞIM - VİDEO

Rusiya Britaniyanın hərbi müəssisələrinin rəhbərlərinə sanksiya TƏTBİQ ETDİ

Rusiya Britaniyanın hərbi müəssisələrinin rəhbərlərinə sanksiya TƏTBİQ ETDİ

End of content

No more pages to load

RADİO