Fransanın yeni xarici işlər naziri Stefan Sejurne ilk işgüzar səfərini Ukraynaya edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə "Le Figaro" məlumat yayıb.
Nazir Fransanın Ukraynaya dəstəyini nümayiş etdirmək üçün Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.
Qeyd edək ki, yeni nazirin bu görüşü hələ Ketrin Kolonnanın XİN rəhbəri olduğu zamanlarda planlaşdırılmışdı.
Bizim.Media