Qırmızı dəniz QAYNAYIR – Yaxın Şərqi kim qan gölünə ÇEVİRİR?

Yaxın Şərqdə vəziyyət getdikcə gərginləşir. Müharibə artıq Qəzza zolağından çıxıb Qırmızı dənizə və sahilyanı dövlətlərə keçir. Ötən gün husilərə qarşı ABŞ və Böyük Britaniya hərbi əməliyyata başlayıb. Artıq husilərin Hudeydanın şərqindəki hədəflərinə 10 hava hücumu təşkil edilib.

Nəzərə alaq ki, buna qədər husilər Qırmızı dənizdə hərəkət edən ticarət gəmilərinə davamlı hücumlar təşkil ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

Yaxın Şərqdə GƏRGİNLİK ARTIR – Region böyük savaşın ASTANASINDA


Ötən gün isə İran ordusunun Hərbi Dəniz Qüvvələri Oman dənizində Yunanıstana məxsus “St.Nikolas” adlı neft tankerini ələ keçirib. Əslində bu tanker ABŞ-a məxsus neft məhsullarını daşıyır. Təsadüfi deyil ki, rəsmi Vaşinqton Tehrandan gəmini və ekipaj üzvlərini dərhal azad etməyi tələb edib. 

İran isə gəminin 2023-cü ilin aprel ayında İran neftini daşıyan və ABŞ tərəfindən saxlanılan “Suez Rajan” tankeri olduğunu bildirib. Rəsmi Tehran bir qədər də qabağa gedib tankerin “İran neftinin ABŞ tərəfindən oğurlanmasına cavab olaraq məhkəmənin qərarı ilə saxlanıldığını” qeyd edib. 

ABŞ-ın niyyəti nədir?

Əvvəllər də qeyd etdiyimiz kimi, HƏMAS-İsrail qarşıdurmasının son pərdəsinin arxasında ABŞ-la İran dayanır. Bu iki dövlət maraqlıdır ki, Qəzza bölgəsindəki münaqişə və Qırmızı dənizdəki proseslər daha da böyüsün və bütöv Ərəb yarımadasına yayılsın. 

Vaşinqton “ərəb bahar”ı adı ilə son 20 ildə Tunisdən tutmuş İraqa qədər bir sıra ölkələrdə siyasi-hərbi çevrilişlər etdi. Bunun hesabına zəngin karbohidrogen ehtiyatlarına malik böyük bir coğrafiya ABŞ-ın nəzarətinə və hətta idarəçiliyinə keçdi. Bu gün Tunis də, Misir də, İraq da və hətta Suriyanın yarısı Ağ Evdəkilərin tam nəzarətindədir.

Amma bununla belə Səudiyyə Ərəbistanı, BƏƏ, Livan, İordaniya və Küveyt kimi zəngin neft ölkələri ərköyüncəsinə öz sərvətlərini rahatlıqla satıb, varlanırlar. 

Baxmayaraq ki, bu ölkələrin hər birində ABŞ-ın maraqları müəyyən mənada təmin olunub. Lakin 30 il qabaqkı bölgü 33 trilyon dollar borcun altında qalan ABŞ-ın maraqlarını ödəmir. Ona görə də Vaşinqtondakılar Ərəb yarımadasında kartları yenidən paylamaq istəyirlər. Ərəbləri bir-birinə qırdıra bilməyən ABŞ bu işdə İranın imkanlarından yararlanmaq istəyir.

Bir medalyonun iki üzü: ABŞ və İran 

Əvvəllər də qeyd etdiyimiz kimi, İranın siyasəti hər zaman Qərb ölkələrinin Yaxın Şərqə nüfuz etməsinə yol açıb. Hazırda İranın 22 ərəb ölkəsindən 20-si ilə İran düşmən münasibətindədir.

Yalnız Oman və Suriya ilə normal əlaqələr var. Bundan başqa İranın digər müsəlman ölkələri ilə də münasibətləri ən aşağı səviyyədədir. Bu da onunla bağlıdır ki, molla-fars rejimi din qardaşlarını yox, Qərbi, daha doğrusu ABŞ-ı eşidir. 

Bu gün ABŞ-la İran Ərəb yarımadasında və Qırmızı dənizdə eyni mövqedən çıxış edir. Hədəf Ərəb yarımadasında yeni və uzun müddətli müharibə ocağı yaratmaqdır. Bununla da Səudiyyə Ərəbistanını, BƏƏ-ni, Küveyti, İordaniyanı və digər ölkələri zəiflədib, onları öz nəzarətlərinə götürməyi planlaşdırırlar. 

ABŞ-la İranın eyni maraqdan çıxış etdiyi barədə dünyanın aparıcı KİV-lərində kifayət qədər araşdırmalar, məqalələr dərc olunub.

Sonuncu dəfə ötən gün 2024-cü il prezident seçkisində respublikaçılardan namizəd olmaq istəyən Florida qubernatoru Ron Desantis bəyan edib ki, ABŞ Prezidenti Co Baydenin Tehranla bağlı siyasəti İrana öz mövqelərini möhkəmləndirməyə imkan verib:

“İran HƏMAS-ı, “Hizbullah”ı maliyyələşdirir... Problemin kökü Baydenin İrana qarşı sanksiyaları yumşaltmasıdır. Onların ölkəsinə böyük pul axınları yönəlib”.

ABŞ savaşı necə maliyyələşdirir?

Yada salaq ki, bundan əvvəl ABŞ-ın Respublikaçılar Partiyası iddia etmişdi ki, Cənubi Koreya banklarında İranın dondurulmuş 6 milyard dolları rəsmi Vaşinqtonun göstərişi ilə Qətərdəki banklara köçürülüb.

İran da həmin pullardan yarımadakı bəzi qruplaşmalara pay verir. Ona görə də 30 noyabr 2023-cü ildə ABŞ Nümayəndələr Palatası əvvəllər sərbəst buraxılmış 6 milyard dolların yenidən dondurulmasına səs verib. Lakin Co Bayden adminstrasiyası Konqresin qərarını lazımsız kağız kimi bir kənara atıb. 

Bu gün aydın olur ki, məlum 6 milyard təkcə İsrailə qarşı vuruşan HƏMAS-a deyil, həm də Ərəb yarımadasında qarışıqlıq salmaq istəyən “Ənsərullah”, “Hizbullah” və digər quruplaşmalara paylanılır. Bu da o deməkdir ki, ABŞ Ərəbistan yarımadasını qarışdırmaq və yeni münaqişə zonaları yaratmaq üçün ən azından 6 milyard dollar “investisiya” yatırıb.

Maraqlıdır ki, bölgədə ABŞ-İran oyununa adekvat cavab verəcək qüvvə yoxdur. 

Məsələn, Qırmızı dənizdə baş verən hadisələrdən sonra Rusiya BMT TŞ-nin iclasının çağırılması üçün müraciət ünvanlayıb. Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi yaydığı bəyanatında isə münaqişə tərəflərini gərginliyin artmasının qarşısını almaq üçün təmkinli olmağa çağırıb. Eyni zamanda Livan da bəyanat yayaraq hücumu pisləyib. Vəssəlam. Halbuki, bu təşəbbüslərin heç birinin effektiv təsiri yoxdur.

Bu da onu göstərir ki, Ərəbistan yarımadasında yeni münaqişə ocağı yaradılır. Müharibə isə artıq qaçılmazdır. O halda münaqişə olmaya bilər ki, yarımadadakı ərəb dövlətləri Vaşinqtonla yenidən bazarlıq masasına əyləşsinlər. Yalnız bundan sonra ABŞ İrana, İran isə “Ənsərullah”, “Hizbullah”, HƏMAS və digər təşkilatlara əmr verəcək ki, “dayanın”. 
Yoxsa bu xəmir çox su aparacaq…

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub oldu

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub oldu

Livanında BMT-nin üç sülhməramlısı YARALANDI

Livanında BMT-nin üç sülhməramlısı YARALANDI

Matviyenko: “Zelenskinin Maduro kimi qaçırılması tərzimiz deyil”

Matviyenko: “Zelenskinin Maduro kimi qaçırılması tərzimiz deyil”

Banklar iki ayda kredit faizlərindən nə qədər gəlir əldə edib? – RƏSMİ

Banklar iki ayda kredit faizlərindən nə qədər gəlir əldə edib? – RƏSMİ

Tatarıstanda zavodda baş verən yanğında yeddi nəfər ölüb

Tatarıstanda zavodda baş verən yanğında yeddi nəfər ölüb

Bu küçədə 1 saatda 100 sürücü niyə cərimə EDİLİR? - BDYPİ-dən AÇIQLAMA

Bu küçədə 1 saatda 100 sürücü niyə cərimə EDİLİR? - BDYPİ-dən AÇIQLAMA

"Bir daha həmin yerə getmərəm"

"Bir daha həmin yerə getmərəm"

Bakının qlobal "fırtınaya" qarşı planı: Təhlükəsizlik yastığı hazırdır

Bakının qlobal "fırtınaya" qarşı planı: Təhlükəsizlik yastığı hazırdır

Türkiyə millisinə yeni himn bəstələyəcək

Türkiyə millisinə yeni himn bəstələyəcək

Meloni Fars körfəzi ölkələrinə elan olunmamış SƏFƏR ETDİ

Meloni Fars körfəzi ölkələrinə elan olunmamış SƏFƏR ETDİ

Oktay Kaynarcanın qarşısında yerə uzandı - Video

Oktay Kaynarcanın qarşısında yerə uzandı - Video

“Bu, sadəcə divara rəsm çəkmək deyil, vandalizm aktıdır”

“Bu, sadəcə divara rəsm çəkmək deyil, vandalizm aktıdır”

Türkiyə lirəni xilas etmək üçün bu yola əl atdı

Türkiyə lirəni xilas etmək üçün bu yola əl atdı

"Küçədə nə danışırlarsa, efirdə də onu edirlər"

"Küçədə nə danışırlarsa, efirdə də onu edirlər"

54 ildən sonra Yerin tam fotosu çəkildi

54 ildən sonra Yerin tam fotosu çəkildi

İsrail ən iri qaz yatağında hasilatı bərpa etdi

İsrail ən iri qaz yatağında hasilatı bərpa etdi

Nizami Kino Mərkəzində vandalizm aktının ANBAAN GÖRÜNTÜLƏRİ

Nizami Kino Mərkəzində vandalizm aktının ANBAAN GÖRÜNTÜLƏRİ

Tanınmış jurnalistə vəzifə verildi – FOTO

Tanınmış jurnalistə vəzifə verildi – FOTO

Bakıda tarixi binanı zədələyənlərin FOTOLARI

Bakıda tarixi binanı zədələyənlərin FOTOLARI

Baba Vəziroğlu QƏZƏBLƏNDİ: “Hələ Rasim Balayevin torpağı yaşdır, ayıbdır!” - EKSKLÜZİV

Baba Vəziroğlu QƏZƏBLƏNDİ: “Hələ Rasim Balayevin torpağı yaşdır, ayıbdır!” - EKSKLÜZİV

Del Pyero İtaliya milli komandasını dünya futbolunun gülüş obyekti adlandırıb

Del Pyero İtaliya milli komandasını dünya futbolunun gülüş obyekti adlandırıb

"10 yaşımda metronun qabağında qələm satırdım"

"10 yaşımda metronun qabağında qələm satırdım"

İranlı fermerin VİDEOSU gündəm oldu: Tüfənglə ABŞ helikopterini “vurdu”

İranlı fermerin VİDEOSU gündəm oldu: Tüfənglə ABŞ helikopterini “vurdu”

Şahin Mustafayev Çin səfiri ilə GÖRÜŞDÜ

Şahin Mustafayev Çin səfiri ilə GÖRÜŞDÜ

End of content

No more pages to load

RADİO