“İsrailin bölgə ilə əlaqəsi və Fələstin dövlətinin yaranması üçün şərait yaratması İranı təcrid etməyin ən yaxşı yoludur”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken Yaxın Şərq turunun yekunlarına dair açıqlamasında deyib.
“Bu, İranı və onun müvəkkillərini təcrid etməyin ən yaxşı yoludur”, - deyə Blinken qeyd edib.
O əlavə edib ki, ABŞ bütün diqqətini İordan çayının qərb sahilindəki vəziyyətin “patlamamasına” diqqət yetirir.
Bizim.Media