Latviya Prezidenti İlham Əliyevi səfərə dəvət etdi

Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri, Latviya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, ölkənizə və xalqınıza sülh və firavanlıq arzulayıram.

Latviya-Azərbaycan dostluq münasibətləri 100 ildən artıq tarixə malikdir, Azərbaycanda çoxsaylı latviyalı yaşamışdır. Biznes sahəsində tərəfdaşlıq sayəsində ölkələrimiz arasında daha sıx əlaqələr qurulmuş, həmçinin gözəl Bakıdan ilhamlanaraq ədəbi, musiqi və incəsənət şedevrləri yaradılmışdır.

Qarşılıqlı maraq doğuran sahələrdə dialoqumuz və strateji tərəfdaşlığımız dərinləşir. Əminəm ki, birgə səylərimiz Latviya ilə Azərbaycan arasında dinamik mübadiləni daha da inkişaf etdirəcəkdir.
Fürsətdən istifadə edərək, Latviyanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə tam dəstəyini bir daha ifadə edirəm. Müstəqillik və ərazi bütövlüyü beynəlxalq nizama əsaslanan qaydaların təməl daşlarıdır və ölkələr arasında dinc yanaşı yaşamanın, dialoqun qorunub saxlanılması çox vacibdir. Dinc, sabit və firavan Cənubi Qafqaz bizim ortaq marağımızdır.

İcazə verin, ölkələrimiz arasında əlaqələri daha da dərinləşdirmək əzmində olduğumu ifadə edim. Bu baxımdan mən Sizin 2024-cü ildə Latviyaya səfər etməyinizi səbirsizliklə gözləyirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məcnun Məmmədovun müavinlərinin sayı artırıldı – FƏRMAN

Məcnun Məmmədovun müavinlərinin sayı artırıldı – FƏRMAN

"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi haqqında Əsasnamə" TƏSDİQLƏNDİ – FƏRMAN

"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi haqqında Əsasnamə" TƏSDİQLƏNDİ – FƏRMAN

“Liverpul” “Qarabağ”la oyuna bu İTKİLƏRLƏ ÇIXACAQ

“Liverpul” “Qarabağ”la oyuna bu İTKİLƏRLƏ ÇIXACAQ

“Uşaq məktəbə getmək istəmirsə, günah valideynlərdədir” – Psixoloq

“Uşaq məktəbə getmək istəmirsə, günah valideynlərdədir” – Psixoloq

“Əhmədin vurulduğunu gördüm, mən qaçsam da, hərbçilər saxladı”

“Əhmədin vurulduğunu gördüm, mən qaçsam da, hərbçilər saxladı”

SON DƏQİQƏ! Sumqayıtda avtomobil təmiri sexi YANIR

SON DƏQİQƏ! Sumqayıtda avtomobil təmiri sexi YANIR

Zelenski Tixanovskaya ilə görüşdü – VİDEO

Zelenski Tixanovskaya ilə görüşdü – VİDEO

Bakı sakininin telefonu əlindən alındı –Tutulanlar var – ANBAAN VİDEO

Bakı sakininin telefonu əlindən alındı –Tutulanlar var – ANBAAN VİDEO

Bu sözdən qanunsuz istifadə edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK

Bu sözdən qanunsuz istifadə edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK

Elektron siqaret qadağası TƏSDİQLƏNDİ – Bu tarixdən QÜVVƏYƏ MİNƏCƏK

Elektron siqaret qadağası TƏSDİQLƏNDİ – Bu tarixdən QÜVVƏYƏ MİNƏCƏK

Dövlət teatrlarında bu vəzifələr LƏĞV EDİLDİ – RƏSMİ

Dövlət teatrlarında bu vəzifələr LƏĞV EDİLDİ – RƏSMİ

“Sabah” futbolçusu ilə yollarını AYIRDI

“Sabah” futbolçusu ilə yollarını AYIRDI

“Hər konsert afişam vurulanda bir doğmam ölüb” - VİDEO

“Hər konsert afişam vurulanda bir doğmam ölüb” - VİDEO

Ramiz Vəliyev də amnistiyaya DÜŞDÜ

Ramiz Vəliyev də amnistiyaya DÜŞDÜ

"Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə" TƏSDİQLƏNDİ

"Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə" TƏSDİQLƏNDİ

Ötən il neçə nəfərin əlillik barədə qərarı LƏĞV EDİLİB? – Agentlik sədrindən AÇIQLAMA

Ötən il neçə nəfərin əlillik barədə qərarı LƏĞV EDİLİB? – Agentlik sədrindən AÇIQLAMA

Azərbaycan bu ölkəyə alma ixrac etməyə BAŞLADI

Azərbaycan bu ölkəyə alma ixrac etməyə BAŞLADI

Bu cür paylaşımlar edənlər CƏZALANDIRILACAQ

Bu cür paylaşımlar edənlər CƏZALANDIRILACAQ

Bu şəxslər 7 min manatadək CƏRİMƏLƏNƏCƏK

Bu şəxslər 7 min manatadək CƏRİMƏLƏNƏCƏK

Azərbaycan və İsrail XİN başçıları GÖRÜŞDÜ: Nələr müzakirə edildi? – YENİLƏNİB

Azərbaycan və İsrail XİN başçıları GÖRÜŞDÜ: Nələr müzakirə edildi? – YENİLƏNİB

260 veteran reabilitasiya olunaraq əlillikdən azad edilib – RƏSMİ

260 veteran reabilitasiya olunaraq əlillikdən azad edilib – RƏSMİ

Hərbi xidmətə çağırılanların DİQQƏTİNƏ – Yekun yoxlanışla bağlı RƏSMİ AÇIQLAMA

Hərbi xidmətə çağırılanların DİQQƏTİNƏ – Yekun yoxlanışla bağlı RƏSMİ AÇIQLAMA

Ən çox problem yaradan Çin maşınları: Bu modellərdən uzaq durun! — SİYAHI

Ən çox problem yaradan Çin maşınları: Bu modellərdən uzaq durun! — SİYAHI

Əlillik təyinatlarının 55-56 faizi BU xəstəliklərə görə VERİLİB

Əlillik təyinatlarının 55-56 faizi BU xəstəliklərə görə VERİLİB

End of content

No more pages to load

RADİO