Baba Vəzir oğlu Məsimov “Şərəf” ordeni ilə təltif edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Baba Vəzir oğlu Məsimov (Baba Vəziroğlu) “Şərəf” ordeni ilə təltif edilib.
Qeyd edək ki, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, nasir, şair, tərcüməçi, kinodramaturq Baba Vəzir oğlu 1954-cü il yanvarın 10-da İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olub.
Bizim.Media