Rusiyanın “Koçaryan” planı nədən xəbər verir?

Yaxın günlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın və keçmiş prezident Robert Koçaryanın Rusiyanın “Rossiya 1” telekanalına ardıcıl müsahibələri əsas müzakirə mövzusudur. Müsahibəsi zamanı Rusiya ilə münasibətləri, gələcək perspektivləri tez-tez dilə gətirən Paşinyan və erməniləri hazırkı vəziyyətdə revanşı düşünməməyə səsləyən Koçaryan arasındakı çəkişmə Ermənistan siyasi sistemindəki gərginliyin əsas göstəricisidir.

Müsahibələrin Nikol Paşinyanın Moskvaya səfəri ərəfəsində baş verməsi hadisələrin mərkəzində məhz Rusiyanın maraqlarının olduğunu göstərir.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan Moskvadadır - Putinə HESABAT verəcək


Görünən odur ki, Rusiya Ermənistanda iyunun 20-da baş verəcək prezident seçkisini yaxından izləyir və artıq bu seçkinin nəticələrini öz xeyrinə çevirmək üçün fəaliyyətə keçib. 

Lakin Rusiya çox yaxşı başa düşür ki, keçmiş prezident Robert Koçaryanın yenidən prezident seçilməsi elə də asan iş deyil. Çünki Ermənistan ictimai sferası 2018-ci ildən etibarən Qərb meylli ictimai qurumlar və QHT-lər tərəfindən ələ keçirilmiş vəziyyətdədir. 

Paşinyanın siyasi kursunun dəstəkçisi olan bu ictimai qurumlar seçki prosesində Koçaryanın qalib gəlməsinin qarşısındakı ən böyük əngəl hesab oluna bilər.

Çünki erməni xalqı siyasi olaraq ciddi aktivliyə malik deyil və Paşinyanın hakimiyyətə gəldiyi 2018-ci il inqilabında da o qədər güclü siyasi iradə nümayiş etdirməyib. Əsas iş Ermənistandakı Qərb yönümlü ictimai təşkilatlar tərəfindən həyata keçirilib.

Lakin o da məlumdur ki, ölkədə Paşinyandan narazı olan və Ermənistanın Qərb yerinə Rusiya ilə daha sıx əməkdaşlıq etməsini arzulayan tərəflər var. Daha çox Koçaryan və Sarkisyan hakimiyyəti dövründə güclənən oliqarxlardan və mühafizəkar ermənilərdən ibarət olan bu qruplar Paşinyan hakimiyyətindən razı deyillər. Bu maraq qrupları içərisində Sarkisyan-Koçaryan dövründə Qarabağda ciddi investisiya qoymuş şəxslər, keçmiş döyüşçülər də yer alır.

Lakin bu maraq qrupları fərqli siyasi partiyalarda təmsil olunur və vahid müxalifəti təşkil etmirlər.

Ermənistanın üçüncü dünya ölkəsi olduğunu nəzərə aldığımızda paytaxt Yerevan və regionlar arasındakı iqtisadi fərqləri də nəzərə almalıyıq. Paşinyanın əsas dəstəkçiləri olan orta təbəqə daha çox paytaxtda, daha kasıb və mühafizəkar olan kütlə isə regionlarda məskunlaşıb. Bu amil Paşinyanın paytaxtda uğurlu, regionlarda isə uğursuz mitinqlər təşkil etməsini də izah edən əsas amildir.

Regionlardakı narazı kütlə də müxalifət tərəfindən aktiv siyasi proseslərə cəlb edilə bilmir.

Bu dağınıqlığın içərisində Rusiyanın açıq şəkildə Koçaryanı Ermənistan prezidenti edə bilməyəcəyi aydındır.

O zaman Rusiyanın Koçaryana verdiyi dəstək iki baxımdan önəm qazanır:

Birincisi, Koçaryan Paşinyana qarşı Rusiyanın əsas təsir vasitəsi hesab olunur. Rusiya Koçaryana dəstək verməklə, əslində Paşinyana mesaj verir və onu siyasi kursunda Rusiyaya sərf edəcək qərarlara yönəlməyə məcbur edir. Paşinyan nə qədər ki, Rusiyanın maraqlarına uyğun siyasi kurs mənimsəyəcək, Ermənistandakı Rusiya maraqlarını təmin edəcək, Koçaryan amili də bir o qədər zəifləyəcək. 

İkincisi, Rusiya üçün Koçaryan Ermənistan müxalifətini yenidən formalaşdırmaq məsələsində gərəklidir. Onun bu prosesdəki rolu hakimiyyətə gəlmək deyil, əksinə əsas vəzifəsi əlindəki resurslardan və əlaqələrindən istifadə edərək dağınıq müxalifəti birləşdirməkdir. Koçaryanın şəxsi portreti və fəaliyyəti də onun daha çox “təşkilatçı” olduğunu ortaya qoyur.

Çünki Ermənistan müxalifəti hazırda dağınıq vəziyyətdədir.

Bu dağınıqlıq isə hər hansı siyasi fəaliyyətə imkan vermir. Dağınıqlığı ciddi təşkilati struktura çevirmək üçünsə, erməni xalqını tanıyan, siyasi təşkilatlanma işində təcrübəsi olan bir şəxsə ehtiyac var. Rusiya Koçaryanı Ermənistan müxalifəti üçün birləşdirici rolu icra edəcək şəxs hesab edir.

Rusiyanın əsas hədəfi də Koçaryan vasitəsilə məhz buna nail olmaq, müxalifəti vahid mərkəzdə birləşdirmək, təşkilatlandırmaq və parlamentdə mümkün olduğu qədər yer tutmaqdır.

Rusiya oxşar ssenarini Gürcüstanda Saakaşviliyə qarşı da uğurla tətbiq edib. Əsas məsələ və planın ən önəmli hissəsi isə Koçaryanın vahid struktura saldığı müxalifətin gələcəkdə kimi siyasi lider kimi Paşinyanın qarşısına çıxaracağıdır. 

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qobu sakinlərinin SU PROBLEMİ: "Bir ildir bu vəziyyətdəyik" - VİDEO

Qobu sakinlərinin SU PROBLEMİ: "Bir ildir bu vəziyyətdəyik" - VİDEO

17 min yerdən 3800-ü BOŞ qaldı - Magistraturada yüksək bal toplayanlar niyə azalır?

17 min yerdən 3800-ü BOŞ qaldı - Magistraturada yüksək bal toplayanlar niyə azalır?

Azərbaycandan Qarsa ilk reys – FOTO

Azərbaycandan Qarsa ilk reys – FOTO

Bakıda qızıl medal qazanan erməni güləşçi: “Azərbaycana təşəkkür edirəm”

Bakıda qızıl medal qazanan erməni güləşçi: “Azərbaycana təşəkkür edirəm”

Sabunçu xəstəxanasında BİABIRÇILIQ: "Dedilər ki, gipsi və binti özün al" - VİDEO

Sabunçu xəstəxanasında BİABIRÇILIQ: "Dedilər ki, gipsi və binti özün al" - VİDEO

Jurnalistika üzrə qabiliyyət imtahanı keçiriləcək – TARİX AÇIQLANDI

Jurnalistika üzrə qabiliyyət imtahanı keçiriləcək – TARİX AÇIQLANDI

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq

İlham Əliyev Qırğızıstana getdi

İlham Əliyev Qırğızıstana getdi

Ev almaq bəhanəsilə daxil olduğu mənzildən 5 min manatlıq qızıl oğurladı

Ev almaq bəhanəsilə daxil olduğu mənzildən 5 min manatlıq qızıl oğurladı

Tanınmış tiktoker həbs edildi

Tanınmış tiktoker həbs edildi

Çin İrana HHM kompleksləri göndəribmi? – RƏSMİ CAVAB – VİDEO

Çin İrana HHM kompleksləri göndəribmi? – RƏSMİ CAVAB – VİDEO

Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır

Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır

Paşinyan: Razılaşmasalar, Rusiyadan 60 milyard dollar tələb edəcəyik - VİDEO

Paşinyan: Razılaşmasalar, Rusiyadan 60 milyard dollar tələb edəcəyik - VİDEO

Sabiq başçının həyat yoldaşının sürdüyü “BMW” “Prius” qiymətinə satıldı -Foto

Sabiq başçının həyat yoldaşının sürdüyü “BMW” “Prius” qiymətinə satıldı -Foto

Emin Quliyevə yüksək VƏZİFƏ VERİLDİ

Emin Quliyevə yüksək VƏZİFƏ VERİLDİ

Lənkəranda 11 otaqlı yaşayış evi yandı – FOTO

Lənkəranda 11 otaqlı yaşayış evi yandı – FOTO

İraqlı nazir Ərdoğanla görüşdə müqaviləni BUNA GÖRƏ imzalamayıb – SENSASİON DETALLAR - VİDEO

İraqlı nazir Ərdoğanla görüşdə müqaviləni BUNA GÖRƏ imzalamayıb – SENSASİON DETALLAR - VİDEO

Günvurma ilə bağlı təcili yardıma nə qədər müraciət olub? – Rəsmi AÇIQLAMA

Günvurma ilə bağlı təcili yardıma nə qədər müraciət olub? – Rəsmi AÇIQLAMA

Dəhşətli qəzada ölən futbolçuların FOTOSU

Dəhşətli qəzada ölən futbolçuların FOTOSU

20 yaşlı gənc yanaraq öldü

20 yaşlı gənc yanaraq öldü

Nazir xanımı ilə festivalı izlədi (FOTO)

Nazir xanımı ilə festivalı izlədi (FOTO)

Rusiya ordusu Ukraynanın dörd kəndini İŞĞAL ETDİ

Rusiya ordusu Ukraynanın dörd kəndini İŞĞAL ETDİ

Zelenski orden qalmaqalından sonra Polşada MÜHÜM danışıqlar aparacaq

Zelenski orden qalmaqalından sonra Polşada MÜHÜM danışıqlar aparacaq

Əməkdar incəsənət xadimi Aqil Məlikovun vəziyyəti ağırdır

Əməkdar incəsənət xadimi Aqil Məlikovun vəziyyəti ağırdır

End of content

No more pages to load

RADİO