Paşinyan-Putin görüşünün PƏRDƏARXASI məqamları – Fərhad Məmmədovdan AÇIQLAMA

Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya (7 aprel) səfərinin məqsədi barədə müxtəlif versiyalar mövcuddur. Çünki Nikol növbədənkənar seçki öncəsi Putinlə görüşə çox hazırlaşıb.

Bura erməni liderin kloronavirusa yoluxmamaq üçün özünü təcrid etməsini də əlavə etmək olar. Bəziləri Paşinyanın Rusiya səfərinin növbədənkənar seçimlərdə Kreml münsiflərindən “hə” almağa xidmət etdiyini sanır. 

Amma hamı bu fikirdə deyil...

“Mən düşünmürəm ki, Nikolun Moskva səfəri Ermənistanda keçiriləcək seçkilərdə Rusiyanın dəstəyini qazanmaq üçündür. Yəni, Paşinyan bu 3 il ərzində məhz Rusiyanın dəstəyi naminə addımlar atmayıb. Heç Nikolun elektoratı da (tərəfdarları) onu bu məqsədlə seçməyib”.

Bu sözləri Bizim.Media-ya açıqlayan politoloq Fərhad Məmmədov bildirdi ki, “görüş, Dağlıq Qarabağda münaqişədən sonra yaranan, amma hələ də öz həllini tapmayan məsələlərin müzakirəsinə görədir.
 

Çünki həm Ermənistan, həm də Azərbaycan tərəfdə suallar və gözləntilər var. Əgər tək vasitəçi Rusiyadırsa, Moskva bu məsələlərin həllində fəal olmalıdır.


Azərbaycan tərəfinin gözləntiləri məlumdur. İndiki mərhələdə bu, Laçın dəhlizinə nəzarətin gücləndirilməsi, eyni zamanda Rusiyanın məsuliyyət zonasında hələ də erməni silahlılarının olmasıdır. Bundan başqa xarici vətəndaşların ora getməsi də həll olunmalıdır. Nümunə üçün, bir neçə gün bundan qabaq Fransa jurnalistləri orada olub və sujet işıqlandırıblar. 
 

MÖVZU İLƏ BAĞLI:

Köçəryan Moskvada Putinlə söhbət etdi – NƏDƏN DANIŞDILAR?


Erməni tərəfinin də gözləntiləri var. Bunlardan biri elə Ermənistandakı seçkilərə təsir edəcək və İrəvanın əsir, Bakının diversant adlandırdığı insanların azad olunmasıdır.

Bu, Ermənistanda hakimiyyət uğrunda mübarizədə ən çox ortaya atılan və onların cəmiyyəti tərəfindən qəbul olunan məsələdir. Rusiya bu mövzuda rol oynaya bilər. Əgər Kreml Paşinyandan istədiyini ala bilməsə, Moskva müvafiq məsələnin üstünə getməyəcək və nəticədə Nikol əsir dedikləri diversantları azad edə bilməyən siyasi lider kimi təqdim olunacaq. Belə olan halda, Paşinyan seçkilərdə gözlədiyi dəstəkdən məhrum ola bilər. 

O ki qaldı, Zəngəzur məsələsinə, kommunikasiyaların açılması ilə bağlı yanvarın 11-i imzalanan sənəd gecikdirilir.


Çünki orada dəqiq tarixlər əks olunub. Belə ki, martın 1-ə qədər layihələr təqdim olunmalıydı. Ləngimələri Ermənistandakı daxili siyasi böhran və digər səbəblərlə də əlaqələndirmək olar. Lakin artıq aprelin əvvəlidir. Buna baxmayaraq, yenə də səs-səmir yoxdur. Hesab edirəm ki, Rusiya bu məsələyə də təkan vermək üçün görüşdən yararlanacaq”.

Fərhad Məmmədov sonda vurğuladı ki, Rusiya Paşinyandan istədiklərini yavaş-yavaş almaqdadır.

Politoloq öz sözlərinə nümunə kimi, Ermənistanın ATƏT büdcəsini bloklamağını göstərdi:

“Yəni İrəvan Moskvanın maraq dairəsində olan bir addım atıb. Artıq Ermənistan hakimiyyəti Rusiyanın rəğbətini qazanmaq üçün müəyyən məsələlərdə bəzi güzəştlərə gedir”,- deyə Fərhad Məmmədov mövzuya mövqeyini yekunlaşdırdı.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Trampı öldürməyə cəhd edən şəxslə bağlı açıqlama: "O, dəli deyil"

Trampı öldürməyə cəhd edən şəxslə bağlı açıqlama: "O, dəli deyil"

Belqrad–Bakı reysi Heydər Əliyev Beynəlxalq Aeroportunda belə qarşılandı - FOTO

Belqrad–Bakı reysi Heydər Əliyev Beynəlxalq Aeroportunda belə qarşılandı - FOTO

Pul probleminə görə MTV-dəki verilişi bağlandı - VİDEO

Pul probleminə görə MTV-dəki verilişi bağlandı - VİDEO

Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izlədi - FOTO

Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izlədi - FOTO

Avropa İttifaqının yüksək səviyyəli nümayəndə heyəti İrəvana gəlib

Avropa İttifaqının yüksək səviyyəli nümayəndə heyəti İrəvana gəlib

"Bakı Marafonu 2026"nın start və finiş zonasında konsert keçirildi - FOTO

"Bakı Marafonu 2026"nın start və finiş zonasında konsert keçirildi - FOTO

ABŞ hərbçiləri Mərakeşdə itkin düşdü

ABŞ hərbçiləri Mərakeşdə itkin düşdü

Cüdo millimiz “Böyük Dəbilqə”ni 3 medalla başa vurdu

Cüdo millimiz “Böyük Dəbilqə”ni 3 medalla başa vurdu

Xəzərdə artan zəlzələ aktivliyi - TƏHLÜKƏ GÖZLƏNİLİR?

Xəzərdə artan zəlzələ aktivliyi - TƏHLÜKƏ GÖZLƏNİLİR?

Nəsrin Cavadzadə ərə gedir - TOYUDUR

Nəsrin Cavadzadə ərə gedir - TOYUDUR

Pilotlarımız İranın hər yerinə çata bilir - Netanyahu

Pilotlarımız İranın hər yerinə çata bilir - Netanyahu

Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı

Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı

Tbilisidə Azərbaycan vətəndaşı saxlanıldı

Tbilisidə Azərbaycan vətəndaşı saxlanıldı

Çempion "Sabah" Şamaxıdan 3 xalla qayıdır -VİDEO

Çempion "Sabah" Şamaxıdan 3 xalla qayıdır -VİDEO

Gül dərmək niyə risklidir? — Əli dinc durmayanlara XƏBƏRDARLIQ

Gül dərmək niyə risklidir? — Əli dinc durmayanlara XƏBƏRDARLIQ

"Xruşşovka"lar sökülür?

"Xruşşovka"lar sökülür?

İsveçdən tarixi addım: Rusiya ərazisindəki hərbi hədəfləri kosmosdan izləyəcək

İsveçdən tarixi addım: Rusiya ərazisindəki hərbi hədəfləri kosmosdan izləyəcək

Altıncı “Yüksəliş” müsabiqəsinin Ümumi biliklər imtahanı keçirildi

Altıncı “Yüksəliş” müsabiqəsinin Ümumi biliklər imtahanı keçirildi

“Bakı Marafonu 2026”ın qaliblərinə mükafatı Leyla Əliyeva təqdim etdi

“Bakı Marafonu 2026”ın qaliblərinə mükafatı Leyla Əliyeva təqdim etdi

Səhhətində problem yaranan Aygün Kazımova bu gün də səhnəyə çıxmadı - VİDEO

Səhhətində problem yaranan Aygün Kazımova bu gün də səhnəyə çıxmadı - VİDEO

“Bakı Marafonu 2026”dan yaddaqalan FOTOLAR

“Bakı Marafonu 2026”dan yaddaqalan FOTOLAR

Tofiq Paşayevə AĞIR İTKİ

Tofiq Paşayevə AĞIR İTKİ

Möhsün Rəzai ABŞ-ı “aviadaşıyıcıları olan pirat” adlandırdı

Möhsün Rəzai ABŞ-ı “aviadaşıyıcıları olan pirat” adlandırdı

ABŞ-da Trampın adı ilə bağlı 12 layihə və məkan var

ABŞ-da Trampın adı ilə bağlı 12 layihə və məkan var

End of content

No more pages to load

RADİO