Azərbaycanın təklifi REALLAŞDI – Sülh müqaviləsinə gedən yolda TARİXİ ADDIM

Azərbaycanın təklifi REALLAŞDI – Sülh müqaviləsinə gedən yolda TARİXİ ADDIM
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı Birgə Açıqlama yayıb. Açıqlamada çox mühüm mesajlar verilib. 

Belə ki, humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan 32 erməni hərbçini, Ermənistan da öz növbəsində, 2 azərbaycanlı hərbçini azad edir.

Bundan başqa xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Respublikası Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama YAYIB


Birgə Açıqlamada hər iki tərəfin yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcək, beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırıblar.

Birgə Açıqlama son 35 ildə Ermənistanla Azərbaycan arasında irəliyə doğru birgə atılmış ən böyük addımdır. 

Xüsusilə də Beynəlxalq platformalarda qarşılıqlı etimad göstərmək barədə razılaşma bu sənədin bel sütunudur. Bu o deməkdir ki, bundan sonra iki ölkə beynəlxalq tədbirlərdə qarşılıqlı ittihamlardan əl çəkəcək və konstruktiv mövqedən çıxış edəcək. 

Nəzərə alaq ki, son 33 ildə Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını işğal etməsinə, xalqımıza qarşı soyqırımı törətməsinə və maddi-mənəvi sərvətlərimizi dağıdıb məhv etməsinə baxmayaraq, İrəvan bütün platformalarda hər zaman ölkəmizə qarşı fitnə-fəsadlar törədib. Ona görə də uzun fasilədən sonra belə razılığın əldə olunması böyük hadisədir.

Birgə Açıqlama Böyük Sülh Sazişinin təməl daşıdır

Əminliklə demək olar ki, son razılaşma sülh sazişinin ən qısa zamanda imzalanacağına böyük ümidlər yaradır. 

Təsadüfi deyil ki, iki gün öncə Azərbaycan Prezidenti İlham Əliyev bəyan etmişdi ki, tərəfimizdən təqdim edilən 5 əsas məsələ barədə Ermənistan razılığını bildirib. Eyni zamanda, erməni baş nazir Nikol Paşinyan bildirdi ki, biz Azərbaycanla sülh sazişini imzalamağa hazırıq. İki liderin son bəyanatları da sülhün yaxın olmasından xəbər verir. 

Ermənistan Azərbaycanın qarşılıqlı dialoq təklifini qəbul etdi

Bu isə böyük hadisədir. Bu zamana qədər Ermənistan çalışıb ki, danışıqlar prosesində üçüncü, dördüncü tərəflər olsun. Bunun da müəyyən səbəbləri var. Çünki Ermənistan heç zaman müstəqil siyasət yürütməyib. Gah Rusiyanın, gah da Qərbin qoltuğuna qısılıb. Bu faktordan istifadə edən qlobal güclər də sülh danışıqları prosesinə soxulublar. 

Təbii ki, proseslərdə üçüncü tərəfin öz marağı olduğu üçün sülh danışıqları saqqız kimi uzanıb. Azərbaycanın davamlı və qətiyyətli təkidindən sonra danışıqlar prosesindəki üçüncü, dördüncü tərəflər tədricən aradan çıxıb. 

Məsələn, oktyabrın əvvələrində Qranadada razılaşdırılmış görüş son anda baş tutmadı. Çünki Ermənistan və Avropa İttifaqı istəyirdi ki, danışıqlar prosesində Fransa və Almaniya da iştirak etsin. Lakin Azərbaycan bu ideya ilə razılaşmadı. 

Hətta Qranada görüşündən bir müddət əvvəl Azərbaycan təklif etdi ki, tərəflər vasitəçilərin iştirakı olmadan görüşsünlər.

Lakin rəsmi İrəvan öz tərəfdaşlarının təkidi ilə Azərbaycanın bu təklifi ilə razılaşmadı. Bu azmış kimi Qranadada Azərbaycanın iştirakı olmadan Aİ, Almaniya, Fransa və Ermənistan liderləri bir araya gəldilər, hətta bir sənəd də imzaladılar. 

Sonrakı proseslər göstərdi ki, Azərbaycanın təklifi sülh danışıqları üçün ən ideal variantdır və bu hər iki dövlətin maraqlarına xidmət edir. Nəhayət, Azərbaycanın 80 gün əvvəl irəli sürdüyü təklifə Ermənistan cavab verdi və təkliflə razılaşdı. Dünən imzalanan sənəd də bunun sübutudur. Nəhayət, uzun illərdən sonra iki ölkə üçüncü tərəfin iştirakı olmadan ortaq maraqlardan çıxış etdilər. Bu isə çox böyük hadisədir.

Son razılaşma pozula bilərmi?

Ötən gün Azərbaycanla Ermənistanın birgə açıqlamasını Qərb də dəstəklədi. ABŞ Dövlət Departamenti, Aİ Prezidenti Şarlı Mişel və hətta Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi Cozef Borel də bu açıqlamanı alqışladı. 

Onların son açıqlamalarında nə qədər səmimi olduqlarını yaxın günlərdə biləcəyik. Lakin Fransa və Rusiya Birgə Açıqlama barədə hələki fikir bildirməyib. Bu da müəyyən narahatlıq yaradır. 

Çünki hər iki ölkənin Ermənistana çox güclü təsir imkanları var. Bu dövlətlər Ermənistanda qarşıdurma yaratmaq və hətta hərbi təxribatlar törətmək iqtidarındadır. Ona görə də Fransa və Rusiyanın susqunluğu müəyyən narahatlıq yaradır.

Amma bütün hallarda Ermənistan ilk dəfə müstəqil addım atıb. Vasitəçilərsiz Azərbaycanla bir neçə məsələdə razılığa gəlib. Əgər Paşinyan iqtidarı bu addımların davamını gətirsə, onda ümid etmək olar ki, ilin sonuna kimi yekun sülh sazişi imzalanacaq.

Surxay Atakişiyev, Bizim.Media

Azərbaycanın təklifi REALLAŞDI – Sülh müqaviləsinə gedən yolda TARİXİ ADDIM - foto 1

QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi - bəndinə uyğun olaraq hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Əl-qoluna yiyə dura bilməyən sürücülər: 1000 manata qədər cərimələnə bilərsiniz!

Əl-qoluna yiyə dura bilməyən sürücülər: 1000 manata qədər cərimələnə bilərsiniz!

Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

Ağ zolaq YAXINLAŞIR: Çətinlikləri geridə qoyacaq bürclər

Ağ zolaq YAXINLAŞIR: Çətinlikləri geridə qoyacaq bürclər

Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

ChatGPT-nin məsləhətləri qadının ölümünə səbəb oldu - Dəhşətli İDDİA - FOTO

ChatGPT-nin məsləhətləri qadının ölümünə səbəb oldu - Dəhşətli İDDİA - FOTO

Azərbaycan Somali ilə mədəniyyət sahəsində əməkdaşlığı genişləndirir - FOTO

Azərbaycan Somali ilə mədəniyyət sahəsində əməkdaşlığı genişləndirir - FOTO

İspaniyada qatar qəzasında ölənlərin sayı 68-ə çatdı, aralarında eks-nazir də var - VİDEO

İspaniyada qatar qəzasında ölənlərin sayı 68-ə çatdı, aralarında eks-nazir də var - VİDEO

Güclü yağışa görə matç TƏXİRƏ SALINDI

Güclü yağışa görə matç TƏXİRƏ SALINDI

Neft və qaz bahalaşır: Dünya Bankından XƏBƏRDARLIQ

Neft və qaz bahalaşır: Dünya Bankından XƏBƏRDARLIQ

Rəsmi Bakı İspaniyaya başsağlığı verdi - FOTO

Rəsmi Bakı İspaniyaya başsağlığı verdi - FOTO

Leyla Əliyeva və Arzu Əliyevadan həssas qruplara xüsusi diqqət - FOTO

Leyla Əliyeva və Arzu Əliyevadan həssas qruplara xüsusi diqqət - FOTO

Füzulidə yeniyetmənin ŞOK QİSASI: Atasına görə 86 minlik malı YANDIRDI

Füzulidə yeniyetmənin ŞOK QİSASI: Atasına görə 86 minlik malı YANDIRDI

Pərviz Abubəkirov İŞDƏN ÇIXARILDI

Pərviz Abubəkirov İŞDƏN ÇIXARILDI

Uşakov: “Ukrayna ilə bağlı danışıqlar masasına avropalılar dəvət olunmayacaq” – VİDEO

Uşakov: “Ukrayna ilə bağlı danışıqlar masasına avropalılar dəvət olunmayacaq” – VİDEO

Paytaxtın 16 istiqamətində tıxac var - FOTO

Paytaxtın 16 istiqamətində tıxac var - FOTO

Azərbaycan kubokunda növbəti 1/8 finalçı BİLİNDİ

Azərbaycan kubokunda növbəti 1/8 finalçı BİLİNDİ

Şan balı yoxsa süzmə bal? - Mütəxəssislər ən faydalısını açıqladı

Şan balı yoxsa süzmə bal? - Mütəxəssislər ən faydalısını açıqladı

İsraildə səslərin 85 faizi hesablandı: Netanyahunun bloku 53 mandat qazanıb

İsraildə səslərin 85 faizi hesablandı: Netanyahunun bloku 53 mandat qazanıb

Dövlət xətti ilə ipoteka kreditinin verilməsi QAYDALARI dəyişdi

Dövlət xətti ilə ipoteka kreditinin verilməsi QAYDALARI dəyişdi

Azərbaycan Məkkə Konvensiyasına qoşuldu

Azərbaycan Məkkə Konvensiyasına qoşuldu

Yaxın qohumların 5 milyonluq dələduzluq ƏMƏLLƏRİ

Yaxın qohumların 5 milyonluq dələduzluq ƏMƏLLƏRİ

Azərbaycan iqtisadiyyatına qoyulan kreditin MƏBLƏĞİ

Azərbaycan iqtisadiyyatına qoyulan kreditin MƏBLƏĞİ

Borclu şəxslərin NƏZƏRİNƏ – 10 gün vaxt verildi – FOTO

Borclu şəxslərin NƏZƏRİNƏ – 10 gün vaxt verildi – FOTO

Altı il öncə bu gün – 28 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 28 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

End of content

No more pages to load

RADİO