Vaşinqtonda TƏHDİD, Bakıda ƏMƏKDAŞLIQ... – Ceyms O’Braynın 180 dərəcəlik DÖNÜŞÜ

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn ötən gün Bakıya rəsmi səfərə gəlib. Prezident İlham Əliyevlə müzakirələr aparan ABŞ rəmisi “X” hesabında görüşün konstruktiv keçdiyini bildirib:

"Regionda davamlı, ləyaqətli sülhün bərqərar olması tarixi imkanlar açacaq".

Halbuki, 20 gün əvvəl Ceyms O’Brayn ABŞ Konqresinin yuxarı palatasında çıxışı zamanı Azərbaycana qarşı çox sərt danışmışdı. Bildirmişdi ki, ABŞ Azərbaycana qarşı hərbi yardımı dayandırmalıdır. Halbuki, Azərbaycanın ABŞ-ın hərbi yardımına heç zaman ehtiyacı olmayıb. Üstəlik, Vaşinqtonun hərbi yardımı hər zaman simvolik olub.

Ceyms O’Braynın ikinci əsas fikri bu olmuşdu ki, ABŞ Azərbaycanla təmaslara ara verməli, yüksək səviyyəli nümayəndələrin Azərbaycana səfəri dayandırılmalıdır.
Əslində bu çox ciddi bəyanat idi. Dövlət katibinin köməkçisinin dedikləri ABŞ-Azərbaycan münasibətlərində gərginliyin yaranmasına səbəb oldu. Bununla belə, Azərbaycan ABŞ qarşısında geri addım atmayıb, öz müstəqil siyasətini davam etdirdi.

“U” dönüşü

O’Braynın gərginlik yaradan açıqlamalarından bir neçə gün sonra, ABŞ Azərbaycanla ünsiyyət üçün təşəbbüslərə başladı. Əvvəlcə, uzun müddətdir boş qalan səfir yeri dolduruldu. Ağ Evin rəsmi təmsilçisi nəhayət ki, noyabrın sonunda Azərbaycana gəldi.

Bunun ardınca, Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng etdi. Telefon danışığı zamanı Blinken İlham Əliyevdən xahiş etdi ki, köməkçisi Ceyms O’Braynın Azərbaycana gəlməsinə icazə versin. Azərbaycan Prezidenti ABŞ Dövlət katibinin bu xahişini yerə salmadı və bir həftə sonra Ceyms O’Brayn çarter reysi ilə Bakıya uçdu.

Cəmi 20 gün ərzində baş verən bu proseslər istər-istəməz sual doğurur:

Nə baş verdi ki, ABŞ öz siyasi iddialarından geri çəkildi?

Bu sualın sadə və son illərdə sınanılmış cavabı var. Azərbaycanla güc dilində danışmağın zamanı keçib. Heç bir güc Azərbaycanı öz yolundan döndərə bilməz. Çünki bu yol min illər boyu xalqımızın arzuladığı və gözlədiyi yoldur.

Bu gün heç bir qlobal gücün dedikləri və istəkləri Azərbaycan milli və dövləti maraqlarından üstün ola bilməz. Bu gün İlham Əliyevin siyasi kursu Azərbaycan dövləti və xalqının maraqlarına əsaslanır. Azərbaycan öz iqtisadi potensialını Qərbə yem etmək fikrində deyil. Azərbaycan öz iqtisadi resursları üzərində yüksələrək, regional gücə çevrilməyi hədəfləyib.

Artıq ölkəmiz Qərblə Şərqi, Şimalla Cənubu birləşdirəcək ən əlverişli və unikal körpü olduğunu dünyaya sübut edib. Yəni, bu gün dünya ölkələrinin Azərbaycana daha çox ehtiyacı var, nəinki bizim onlara. Təsadüfi deyil ki, bu gün Azərbaycana dünyanın super gücləri ABŞ, Çin və Rusiya ilə bərabərsəviyyəli və bərabərhüquqlu tərəfdaş kimi davranır. Bu da xalqımızın arzuladığı və görmək istədiyi mənzərədir.

ABŞ da reallığa göz yuma bilmədi...

Məhz bu səbəb görə ABŞ geri çəkildi. Azərbaycanla pozulmuş münasibətləri yenidən qaydaya salmaq üçün hərəkətə keçdi. Belə bir həssas dönəmdə Konqresdə yüksək tonla Azərbaycan əleyhinə danışan Ceyms O’Braynın Bakıya göndərilməsi çox gizlin mətləblərdən xəbər verir.

Bunu Ağ Evin üzrxahlığı kimi də qəbul etmək olar. Sanki, Vaşinqton Ceyms O’Braynı Azərbaycanın ədalətinə buraxdı. Nəticə isə ürəkaçan oldu. Həm Azərbaycan tərəfinin rəsmi açıqlamasında, həm də O’Braynın fikirlərindən görüşün müsbət ab-havada keçdiyi aydın hiss olunur.
Bütün sadaladıqlarımız isə o deməkdir ki, ABŞ Azərbaycanla əməkdaşlıqda çox maraqlıdır. Ağ Ev Azərbaycanla münasibətlərin korlanmasının ABŞ üçün hansı mənfi nəticələr doğuracağını yavaş-yavaş anlayır.

Buna görə də, gərginliyin aradan qaldırılmasına çalışır. Göründüyü kimi, Azərbaycanın müstəqil siyasəti qarşısında ABŞ da geri addım atmağa məcbur oldu...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ən kasıb BÜRCLƏR: heç vaxt zəngin olmurlar

Ən kasıb BÜRCLƏR: heç vaxt zəngin olmurlar

Azərbaycan onları axtarır - SİYAHI

Azərbaycan onları axtarır - SİYAHI

Xaricdə təhsil adı altında dələduzluq halları artır: Nələrə diqqət edilməlidir?

Xaricdə təhsil adı altında dələduzluq halları artır: Nələrə diqqət edilməlidir?

Deputatların döş nişanı qızıldan imiş - Qiyməti...

Deputatların döş nişanı qızıldan imiş - Qiyməti...

“X”da pay sahibi olan azərbaycanlının toyudur — VİDEO

“X”da pay sahibi olan azərbaycanlının toyudur — VİDEO

Tarkanın konsertinin qiyməti gündəm oldu: "Bir avtomobil puludur"

Tarkanın konsertinin qiyməti gündəm oldu: "Bir avtomobil puludur"

Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Goranboydakı ağır qəzada ölənlərin kimliyi MƏLUM OLDU

Ən çox pul xərcləyən BÜRCLƏR

Ən çox pul xərcləyən BÜRCLƏR

İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO

İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO

"Zirə" evdə "İmişli"ni məğlub etdi

"Zirə" evdə "İmişli"ni məğlub etdi

Azərbaycanda nə qədər İŞSİZ var?

Azərbaycanda nə qədər İŞSİZ var?

Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ

Meteohəssasları sabah nə gözləyir? - PROQNOZ

Dializ xəstəsinin xəstəxanada virusa yoluxub? - VİDEO

Dializ xəstəsinin xəstəxanada virusa yoluxub? - VİDEO

Buna görə Avropanın birinci aeroportu oldu

Buna görə Avropanın birinci aeroportu oldu

Tərtərdə "Hyundai" yolu keçən piyadanı vurdu

Tərtərdə "Hyundai" yolu keçən piyadanı vurdu

İsmayıllıda bacı-qardaş faciəvi şəkildə həyatını itirdi

İsmayıllıda bacı-qardaş faciəvi şəkildə həyatını itirdi

Bu 3 BÜRC qara geyimdən uzaq durmalıdır

Bu 3 BÜRC qara geyimdən uzaq durmalıdır

Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!

Kimyaçıdan tövsiyə: "3-ü 1-də" şampunlarından istifadə etməyin!

İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ

İran Qətər, Küveyt və BƏƏ-ni HƏDƏLƏDİ

Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi

Bakıda Belçika İspaniyanı, Niderland isə Rumıniyanı məğlub etdi

Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

Goranboyda avtomobillər toqquşdu – Ölənlər var

Kanada sentyabrın 8-dən ABŞ-yə “cavab verəcək”

Kanada sentyabrın 8-dən ABŞ-yə “cavab verəcək”

Yaponiyada növbəti dəfə güclü zəlzələ oldu

Yaponiyada növbəti dəfə güclü zəlzələ oldu

Daşkənddə irimiqyaslı Azərbaycan-Özbəkistan forumu keçirildi - FOTO

Daşkənddə irimiqyaslı Azərbaycan-Özbəkistan forumu keçirildi - FOTO

End of content

No more pages to load

RADİO