XİN başçısı diplomatik fəaliyyəti başa çatan Qətər səfirini QƏBUL EDİB - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzabı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. 

Bu barədə Bizim.Media-ya XİN-dən bildirilib. 

Qeyd edilib ki, görüş zamanı nazir Ceyhun Bayramov Azərbaycan-Qətər əməkdaşlığının qarşılıqlı hörmət, dəstək və əməkdaşlığa əsaslandığını diqqətə çatdırıb. 

İki ölkə arasında mövcud olan yaxın dostluq və qardaşlıq münasibətlərinin, sıx təmasların siyasi dialoqumuzun əsasını təşkil etdiyi vurğulanıb. 

Keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin davam etdiyi son 30 il ərzində Qətərin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyinə verdiyi davamlı dəstəyə görə təşəkkür ifadə olunub. 

İqtisadiyyat, infrastruktur, ticarət, turizm, təhsil, mədəniyyət, media və humanitar mübadilə sahələri üzrə Azərbaycan-Qətər əməkdaşlığı və tərəfdaşlığı üçün böyük potensial və perspektivlərin mövcud olduğu bildirilib. 

Azərbaycan-Qətər münasibətlərinin inkişafına verdiyi töhfəyə görə səfirə minnətdarlıq bildirilib, ona gələcək fəaliyyətlərində uğurlar arzulanıb. 

Səfir Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab qəbula və ünvanına deyilən sözlərə görə təşəkkürünü bildirib, Azərbaycandan ən xoş təəssüratlarla ayrıldığını diqqətə çatdırıb, fəaliyyəti dövründə Azərbaycanın dövlət və hökumət qurum və təşkilatlarından aldığı dəstək üçün minnətdarlıq ifadə edib. 
Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Strateji tərəfdaşlığın regional modeli: Azərbaycan Gürcüstan əlaqələri

Strateji tərəfdaşlığın regional modeli: Azərbaycan Gürcüstan əlaqələri

Ay orbitindən inanılmaz görüntülər: Yer “batdı”, Günəş “yoxa çıxdı” – FOTO

Ay orbitindən inanılmaz görüntülər: Yer “batdı”, Günəş “yoxa çıxdı” – FOTO

Sürətlə yeriyən hər kəs 3 ortaq psixoloji xüsusiyyət daşıyır

Sürətlə yeriyən hər kəs 3 ortaq psixoloji xüsusiyyət daşıyır

ABŞ İrana qarşı nüvə silahından istifadə edəcək? - Ağ Ev BƏYANAT YAYDI

ABŞ İrana qarşı nüvə silahından istifadə edəcək? - Ağ Ev BƏYANAT YAYDI

Səhhətinə görə konsertini LƏĞV ETDİ

Səhhətinə görə konsertini LƏĞV ETDİ

Şəkidə 400 abonent susuz qalıb – SƏBƏB

Şəkidə 400 abonent susuz qalıb – SƏBƏB

Namiq Nəbiyevə HÖKM OXUNDU

Namiq Nəbiyevə HÖKM OXUNDU

“Faizsiz kredit”də REALLIQ – Marketinq hiyləsi kimlərə sərf edir?

“Faizsiz kredit”də REALLIQ – Marketinq hiyləsi kimlərə sərf edir?

Hərbçilərimiz Türkiyədə beynəlxalq hərbi təlimdə - FOTO

Hərbçilərimiz Türkiyədə beynəlxalq hərbi təlimdə - FOTO

Karyera, sevgi, pul - Bu bürclər üçün hər şey dəyişir

Karyera, sevgi, pul - Bu bürclər üçün hər şey dəyişir

Dəmiryolu vağzallarına dair tələblər müəyyənləşdi – QƏRAR

Dəmiryolu vağzallarına dair tələblər müəyyənləşdi – QƏRAR

43 müəssisədə yoxlamalar: Tonlarla zəhərli maddə aşkarlandı - FOTO

43 müəssisədə yoxlamalar: Tonlarla zəhərli maddə aşkarlandı - FOTO

Dağıstanda regional fövqəladə vəziyyət ELAN EDİLDİ

Dağıstanda regional fövqəladə vəziyyət ELAN EDİLDİ

"Qızımın toyu təxirə düşdü" - Video

"Qızımın toyu təxirə düşdü" - Video

Ali Məhkəmə Plenumunun növbəti iclası keçirildi - Foto

Ali Məhkəmə Plenumunun növbəti iclası keçirildi - Foto

“Yeraltı”da yeni sima - hər şey dəyişir - FOTO

“Yeraltı”da yeni sima - hər şey dəyişir - FOTO

İran bu VİDEO ilə meydan oxudu

İran bu VİDEO ilə meydan oxudu

İşdən qanunsuz çıxarılan 44 nəfər əvvəlki işlərinə BƏRPA OLUNDU

İşdən qanunsuz çıxarılan 44 nəfər əvvəlki işlərinə BƏRPA OLUNDU

Bakı Şəhəri üzrə Təhsil İdarəsində YENİ TƏYİNATLAR

Bakı Şəhəri üzrə Təhsil İdarəsində YENİ TƏYİNATLAR

“Sabah” “Araz Naxçıvan”la oyuna itki ilə ÇIXACAQ

“Sabah” “Araz Naxçıvan”la oyuna itki ilə ÇIXACAQ

Biləsuvarda 600 abonentin qazı kəsiləcək

Biləsuvarda 600 abonentin qazı kəsiləcək

Ağdamda məktəb direktoru ilə xadimənin DAVA ETMƏSİNİN səbəbi bilindi

Ağdamda məktəb direktoru ilə xadimənin DAVA ETMƏSİNİN səbəbi bilindi

“Daha güclüsü gəlir?” - Seysmoloqdan Xəzərdəki zəlzələlərlə bağlı açıqlama

“Daha güclüsü gəlir?” - Seysmoloqdan Xəzərdəki zəlzələlərlə bağlı açıqlama

“İmişli” – “Turan Tovuz” oyununda heç-heçə - VİDEO

“İmişli” – “Turan Tovuz” oyununda heç-heçə - VİDEO

End of content

No more pages to load

RADİO